Yazmağa sözüm yox sənə
Nə yazım axı sənə?
Yazmağa söz də yoxdur.
Gəl barışaq deməyə
Nə güc nə üz də yoxdur.
Sən məni tanıyırsan,
Axı bilirsən ki mən,
Bir qapını bir dəfə,
Çırpdımsa heç dönmərəm.
Nə yazım axı sənə?
Bir-birmizə ögeyik.
Biz ayrı bədənlərdə,
Çarpan ayrı ürəyik.
İndi hamı ayrılır:
Kimi dost tanışından,
Kimisi arvadından,
Kimsə ölüb ayrılır
Artıq əzablarından.
Mən isə ta əzəldən
Xoşbəxtlikdən ayrıyam.
Içində sən olmayan ,
Gələcəyə baölıyam.
Mən yuxudan tez durub
ən az yatan insanam
ən az yatan insanam
Küçə pişikləriylə
Başın qatan insanam.
Sənləmi baş qatım mən?
İstəyirsən yenidən
Yolmu sənə azım mən?
Yazmağa söz də yoxdur
De sənə nə yazım mən?
Yorumlar
Yorum Gönder