Bağışla məni
Bağışla yenə də qapını döydüm
Bilirəm bu
böyük arsızlıq oldu
Gəlmişəm deyəm ki dözə bilmirəm
Səndən o tərəfə yalnızlıq oldu..
Ayrılıq
anları sən ağlayanda
Mən özgələriylə qatdım başımı
Indi sən xoşbəxtsən mən isə yalqız
Silirəm gözümdən axan yaşımı
Səndən o tərəfə yalnızlıq oldu
Dizin-dizin gəzib axtardım səni
Gəlmişəm deyəm ki, dözə bilmirəm
Üzüm
ayağına, bağışla məni...
Yorumlar
Yorum Gönder