Çıxıb gedənimə..

Üzünü, gözünü unutmuşam mən .
Adınsa düşməyir hələ dilimdən.
Ağlayıb o qədər sınmışam qadın.
Gəl bir anam kimi yapış əlimdən.

Axı bir-birimizin hər şeyi idik.
Atan əvəziydim , qardaşın idim.
Gör necə məsumca arzular vardı
Mən sənin gələcək yoldaşın idim.

Sən heç nə bilmirsən heç nə görmürsən.
Bilmirsən göz yaşın qurutmaq nədir.
Dəlitək illərcə səssiz sevdiyin
adamın üz gözün unutmaq nədir.

Sağ ikən sevgiyə yas tutmaq nədir…

Yorumlar

Bu blogdaki popüler yayınlar

Cəmiyyətimizin bu günü..

Albaniya haqqında

yarımallah 7-ci hissə