Hər həyatda sevən adam.
Gün gələr həyatdan ölüb gedərəm.
Dönərəm geriyə başqa şəkildə.
Ya ağac olaram ya ot olaram,
Ya pişik olaram, ya it olaram.
Gələrəm yolunda duraram sənin.
Quyruqmu qısaram mırıldayaram.
Bəlkə də daş atıb qovarsan məni,
Ya torpaq olaram tapdalıyarsan.
Ya da əllərinlə ovarsan məni.
Çıxaram qarşına hər bir küçədə
Bəlkə rəhmin gəlib sığallayarsan,
Önümə bir sümük atıb gizlicə,
Keçib bir kənarda hey ağlayarsan.
Daha bilməzsən ki, önündəki it,
Və ya tapdadığın torpaq mən idim.
Sən hardan biləsən xəzan olunca,
Pəncərənə baxan yarpaq mən idim.
Bilirəm gün gələr sən unutarsan,
Bəlkə də yadına salmazsan məni.
Amma sən bunu bil hər həyatımda,
Hər cür varlığımla sevərəm səni..
Yorumlar
Yorum Gönder