Son vaxtlar ölkə gündəmini zəbt edən intiharlar təbii ki, hamımızın psixologiyasına müəyyən mənada təsir edir. Düzdür intiharın müxtəlif səbəbləri var və müxtəlif səbəbləri olduğu kimi intihar edənlərə də baxış bucağı tamamilə fərqlidir. bəziləri buna günah bəziləri çıxış yolu bəziləri cəsarət bəziləri də qorxaqlıq kimi baxır. kim nə deyir desin maddi problemlər heç vaxt intihara səbəb ola bilməz. İnsanları intihara cəlb edən ən böyük amil məhz onların yaxın ailə üzvləri və doğmalarının şəxsinə qarşı olan fikir və münasibətindən irəli gəlir. elə özüm də dəfələrlə intihar haqqında ciddi düşünüb özümə qəsd etmək istəmişəm. belə ki 2010-2011-ci illərdə Sərhəd qoşunlarının Çevik Hərəkət taborunda bir il hərbi xidmətdə olmuşam. xidmət zamanı sözün əsl mənasında cəhənnəmi gözlərimlə görmüşəm. vətən eşqiylə hərbiyə get, şəhadət arzusu ilə yaşa amma gəlib tam fərqli şey gör. vətəni düşməndən qorumaq atəşiylə alışıb yan amma səni üzən sındıran erməni yox qanı qanından , canı canından olan millətin olsun. bilirsizmi nə qədər pis təsir edir adama? Yəqin ki söhəbətin "dedovşina"dan yerlibazlıqdan getdiyini anladız. Ali təhsilli olduğum üçün ilk günlərdə gözəl hörmət sahibi idim. sonra bölüyümüzdəki yetimliklə böyüyən arıq sısqa bir ləzginin incidildiyini görüb onu müdafiə etdiyimçün günüm oldu qara. özümü dəfələrlə döydülər. gördülər bəs eləmir adıma ləkə yaxdılar. guya mən zabitlərə işləyirəm. halbuki vicdanım qarşısında həmişə üzüağ idim. kiminsə sözün başqasının yanında danışan xəbərçilik edən insan olmamışam. Suka damğasın vurdular mənə. öz ali təhsilli prizivlərimi qoyub yetim aciz bir uşağı müdafiə etdiyimçün mən o adı qazandım. günüm döndü itin gününə. mənə o bir ildə o qədər əzab verdilər o qədər incitdilərki hamı yatandan sonra gedib ən gizli qapalı yerdə oturub uşağ kimi ağlayıb hirsimi boşalırdım. elə bilirsiz əlim qolum yoxdu? 190 sm boyum var. professional cü-do ilə məşğul olmuşam. 2-3 nəfəri eyni anda məhv edə bilərdim. amma bir tək ailəmi düşündüm. beyni qanlı olduğumu bilirdim. bilirdimki davaya başlasam sonunda mütləq o hərbi hissədən azı 10 meyit çıxacaqdı amma təhsil aldığım illəri düşündüm, mənim məhbus olacağım olan halda anamın nələr çəkəcəyini göz önünə gətirdim. axı onun tək ümidi mən idim. oğlu böyüyəcək işləyəcək və ailəni kasıblıqdan xilas edəcəkdi. bütün bunları düşünərək bir il boğazında sümük qalan körpə uşaqlar kimi səbr etdim. dəfələrlə özümü öldürmək istəyəndə məhz anamı göz önünə gətirib səbr etdim. anamın iki damla göz yaşın çəkdiyim əzablardan üstün tutdum. fakt dəfələrlə əlimdə silahla girib o oğraşları qırıb sonra da öz başıma sıxmaq istəmişdim. amma anamın mənə olan ümidləri məni yaşatdı. İntiqam hissim də zamanla ölüb getdi. çünki bilirdim kiməsə lazımam kiminsə mənə ehtiyacı var. gəlib müəllim işlədim. bugun onlarla şagirdim tələbədir və mənim tarix ixtisasımı sevə sevə davam etdirirlər.bugun mənim ölümdən qurtardığım neçə insan var. bircə səbrlə mən cəmiyyətə gərəkli insan oldum. İntiharın ən böyük səbəbi də məhz gərəksizlikdir. Yəni artıq sənin doğmaların sevdiklərin sənə gərək duymur, sən onlara lazım deyilsən, kiməsə lazım olmadığını düşünmək emosional insanlar üçün son qərardır.intiharı edənlərin hamısı emosional insanlardır. özlərindən başqa hamını düşünən özgənin dərdinə yanan insanlardır. və gün gəlib onlar sevgi qayğı görməyəndə gərəksiz olduqlarını biləndə intihara əl atırlar. heç nə yox əgər biz yanımızdakılara tez tez onların bizə lazım olduqların deyə bilsək azacıq qayğı göstərib qucaqlaya bilsək vallah intihar olmaz. onlar bizə görə yaşayarlar. nə qədər əzab çəksələr də bizə görə yaşayarlar. insan sevildiyini özləndiyini gərəkli olduğunu biləndə əzrayılın da əlindən sağ çıxır. Bizi məhv edən insanlığımızın olmamasıdır. cəmiyyət olaraq qəddarıq. elə murdar cəmiyyətik ki. biz Azərbaycan xalqı (əksəriyyəti) zalımın güclünün önündə götə girib yaltaqlıq edib zəifin önündə gücümüzü nümayiş etdiririk. kasıba hökm edib varlının poxun yeyirik. nə qədər ki özümüzü islah edən deyilik, nə qədər ki yanımızdakılara sevgi verə bilən deyilik gün gələcək sevdiklərimiz nəfəs qədər yaxın olduqlarımız da canına qıyacaq.
Cəmiyyətimizin bu günü..
Millət olaraq qəribəyiq vallah. Iki il öncə sosial şəbəkələrdə kitab təbliğatı dalğa kimi başladı. Demək olar hamını bürümüşdü. Nə qədər gəncimiz başlamışdı kitabla şəkillər çəkdirib paylaşmağa. əsas o idiki, hətta oxumayan insanlar belə kitaba meyl edirdi. Amma bəzi ağzıgöyçəklər başladı ki, əşşi onlar özlərin reklam edirlər, kitabla gözə girirlər, qız tutmağa çalışır bu əxlaqsızlar. Nəticədə insanların kitaba olan sevgisini məhv etdilər. Ay şərəfsiz!!! Sənin kimilər maşınlarına Ələsgəəər ay ələsgər siqanlı qoyub , Üzeyirin mənasız mahnılarıyla qız, qadın dalınca düşəndə olar, amma , bir gənc kitabla bir qıza yaxınlaşa bilməz? Bax millət olaraq özümüz işıq gələn hər dəliyə barmaq edirik. And ola Zevsə ki, Sabirin, Cəlilin dövründəki həmin xalqıq. Heç dəyişməmişik. Dəyişən sadəcə geyimlərimiz və şəhərlərimizdir. Zehniyyət baxımından 100 il öncəki xalqıq. Haradan elm təhsil mədəniyyət qoxusu gəlirsə ora düşmən münasibətilə baxırıq. Bir gənc oğlan kitabxanaya gedir ona mamauşağı da...
Yorumlar
Yorum Gönder