Sənə ehtiyacım var
Sənə ehtiyacım var
Gülməyimə baxma mənim,
İçimdə ağrım acım var.
Gəl gözlərinlə gör,sənə,
Gör necə ehtiyacım var.
Bu gecə də, sənsiz keçir.
Bu gecə də soyuq yataq.
Sanki cəhənnəmdi vallah,
Üstümə gəlir ev otaq.
Dünəndən qalan çaxırla
Yuxuya bu gün gedirəm.
Bəlkə yuxularma gəldin,
Gör nəyə ümid edirəm.
Bəxtim də qaradır mənim,
Vallah başım da bəlalı
Üstəlik sənin yoxluğun
Biraz da edib havalı.
Bu elə bir lənətdir ki,
Ağuşuna alıb məni.
Sadəcə bunu bil yetər,
Kimsə əvəz etmir səni.
Sən gedəndən ta bu günə,
əllərim də qalıb yetim .
sənin adınla böyüyür,
küçədən tapdığım itim.
O da biraz hürür mənə,
Halıma danlayır məni.
Bir it qədər də olmadın,
Sən yox, o anlayır məni.
Amma yenə də doğmasan,
Yenə də əzizsən mənə.
Bir bilsən ki, nə qədərdir,
Bu gün ehtiyacım sənə..
Yorumlar
Yorum Gönder