yarımallah 7-ci hissə
Geriyə mütləq Arub kəndindən qayıtmalı idilər. O üzdən
də sakitcə kəndə doğru yol aldılar. Onları uzaqdan izləyən bir qrup arublu isə
gördüklərini danışmaqdan ötrü sürətlə kəndə doğru qaçırdılar ki, bu iki nəfərin
o yumru şeyin içinə girməsini və heç nə olmamasını anlatsınlar. Stivgil də bir
neçə saatdan sonra kəndə çatdılar. Artıq gecə yarısı idi. kənddə bircə iri ocaq
yanırdı və bir neçə nəfərdən başqa hamısı yatmışdı. Stivgili görən oyaq qalmış
Arublular ehtiramla daha doğrusu qorxudan yaranan hörmətlə onları qarşılayıb yatmaq
üçün iki iri heyvan dərisi gətirdi. Yorqunluqdan Stivlə Martin elə uzanan kimi
yuxuya getdilər. O qədər piyada yol gəzmişdilər ki, oyananda artıq günorta idi. yuxudan durub əl- üzlərini yuyub
, çantalarındakı qurudulmuş ət parçasından yeyib getmək istəyirdilər ki,
arublular onların ətrafına yığışdı. Eynən kənddəki kimi hamı əlində heyvan
ölüsü, dəri, bitki kökləri, meyvələrlə onların qabağında səcdə edib ayaqlarını
öpürdülər. Axı onlar hamıdan fərqli idi. kənddəki baş ovçunu yandıran o yumru qəribə
şey bunları yandırmadı, üstəlik bu iki qəribə adam onun içinə girib çıxdılar və
az sonra həmin o yumru şey göyə qalxıb yox oldu. Bu arublular üçün əsl möcüzə
idi. O üzdən indi hamı onlar üçün qurban gətirmişdi. Stivlə Martin dərin hörmətlə
arublulara təşəkkür edib, hərəyə iki ədəd qırmızı cır alma götürüb qalxanda birdən
Martin dünənki qurban kəsilməkçün təpəyə çıxarılan qızın cəsədini payaya kəçirilmiş
şəkildə gördü. Martinin halının getdikcə pisləşdiyini görən Stiv nə olduğunu
soruşmadan onun baxdığı tərəfə başını çevirdikdə bu dəhşətli mənzərəni gördü.
Stivi ağlamaq tutmuşdu. Özünü heç cürə ələ ala bilmirdi. Elə bu an dünənki
başçı da qalibanə addımlarla və fərəhlə Stivin qabağına gəlib , əliylə qızın
payaya keçirilmiş cəsədin göstərərək öz dilində dedi:
Tanrı bizim torpaqlara gəldi. Əvvəl biz inanmadıq
,amma, Tanrı o yumru şeyin içinə girdi, yanmadı. Tanrının gəlişi naminə bu qızı
sizə qurban etdim.
Stiv başçının jestlərindən az da olsa onun qızı
öldürdüyünü anlamışdı. Bu üzdən heç cürə sakit dura bilməzdi. Yoxsa bu murdar
adət yenə də davam edəcək və başqa qəbilələrə də yayılacaqdı. Ona görə də
başçının qolundan tutub ortadakı –qızın öldürüldüyü təpəyə gətirib onu iri
daşın qabağında diz üstə çökdürdü. Stiv başçının sağ qolunun biləyindən tutub
iri daşa sıxaraq, hələ də yerdə qalan , kəskin ucluqlu orta ölçülü , hələ də
üstü qanlı olan daşı götürüb bir anda başçının əlinə çırpdı. Öz dilində Stiv
onu söyə-söyə durmadan vururdu. Ananı sikim, fahişənin dölündən yaranan qəddar
alçaq zalım. Bu əlinlə öldürdün qızı? Durmadan əlindəki daşı başcının əlinə o qədər
vurdu ki, başçının sağ əli biləyindən qopub düşdü. Başçı vəhşicəsinə, heyvan
kimi bağırırdı. Bütün arublular şokda idi. Stiv ilə əvvəl qızın cəsədin sonra
isə başçının kəsilən əlini göstərib ,
bundan sonra insanlar qurban olmayacaq deyə bağırdı. Yoxsa hamının əli belə kəsiləcək.
Arublular Stivin nə demək istədiyini anlamışdı. Stiv kəsdiyi əli də götürüb təpədən
düşüb, Arublulardan birinin əlindəki uzun çomağı götürüb, kəsilən əli çomağın
başına sancıb Martinlə oradan uzaqlaşdı.
Digər kəndə gedənlərin hamısı qayıtmışdı. Bircə
Stivlə Martindən başqa. O üzdən hamının gözü şimalda idi. bu həmdə kənd əhalisi
üçün əsl sınaq idi. əgər Stiv Arubdan
sağ-salamat geri dönəcəkdisə deməli əsl tanrı idi. axı hamı Arubdan qorxurdu. Kimsə
oradan sağ qayıtmamışdı. Başda Böyük ana olmaqla hamı ocağın ətrafında yığışıb
nə baş verəcəyini gözləyirdilər. əgər onların Tanrı bildikləri Stiv qayıtmasa
idi Böyük ana bu qəribə adamları şeytan adlandırıb, hamısın qovacaq və İnannanı
da yenidən mağaraya salacaqdı. Amma onun arzuları və planları ürəyində qaldı.
Çox keçmədiki ormanın başındakı təpənin üstündən
iki qaraltı göründü. Lili sevincək , gəlirlər, gəlirlər deyə qışqırmağa
başladı. Təxminən yarım saatdan sonra Stivgil kəndə çatdı. Böyük ana da
yarınmaq üçün Stivin qabağına gəldi. Stiv sığınacağın yerləşdiyi təpəyə çatanda
hamı onun əlindəki iri çomağı və üstündəki kəsilmiş əli görüb qorxuya düşmüşdü.
Stiv Liliyə baxaraq, gözləri ilə tərcümə et deyib, Böyük anaya baxa –baxa sözə
başladı:
Bu Arubun başçısının əlidir. Insanları qurban kəsdiyi
üçün əlini kəsdim. Tanrı insanı qəbul etmir. Bu əl isə sizdə qalacaq. Qoy bu hamıya dərs olsun. Bütün ətrafdakılara xəbər
edin. Bundan sonra insan insanı kəsməyəcək. Lili sözləri tərcümə etdikdən sonra
Stiv əlindəki çomağı Böyük Anaya atdı. Böyük ana dəhşət qorxu içində idi. o elə
bilirdi ki Stiv onun qəlbindəkiləri bilir və o üzdən də qorxuyla səcdə edib
daha çox yalvararaq dizin-dizin geri qayıtdı. Elə bu an Stivin gözləri ,
sevincdən üzü parlayan İnannaya sataşdı. Stiv təbəssümlə İnannanın yanına gəlib
onun əllərindən tutaraq alnından öpdü. İnanna ilk dəfə idi ki, kiminçünsə belə
darıxırdı. O üzdən öz dilində Stivə: Nə yaxşı ki , arublular səni yemədi, sağ
qayıtdın deyib gülümsündü.
Bütün heyət əslində nə baş verdiyini öyrənmək istəyirdi.
O üzdən Martin hamını sığınacağa yığıb Stivi də çağırdı. Stiv şalvarının arxa
cibindən vərəqi götürüb Martinə uzatdı ki, möhkəm səslə hamıya oxusun. Martin məktubu
oxuyandan sonra hamı lal kimi susub qalmışdı. Heçkəs nə baş verdiyini
anlamırdı. Elə bu an Lili dilləndi. Məqbərədə də xeyirlə şərin savaşından
yazılmışdı. Deyəsən burada bir eynilik var. Bəs əgər belədirsə onda bizi buraya
hansı qüvvə gətirib? Allah ? Yoxsa yadellilər ? axı kimdir bunlar ?
Stiv Arublularla olan söhbəti başdan , uçan naməlum
obyektə kimi, məktubu necə tapmalarından ta geri qayıtdıqları ana kimi olan hər
şeyi danışdı. Martin də enerjisi olduqca az qalan cib telefonu ilə çəkdiyi qısa
videonu da onlara göstərdi. Hamı yerdə olan naməlum uçan aparata baxırdı. Geriyə
başqa yol qalmamışdı. İnanmaq və tale ilə barışmaq lazım idi. onlara ümid verən
tək şey isə geri dönəcəkləri zaman , hər şeyin yenidən olduğu kimi , qaldığı
yerdən davam edəcək sözləri idi. O üzdən demək olar hamı dizlərin qucaqlayıb
oturmuşdu. Elə bu an Stiv sözə başladı. Biz bu ağaçlıqda çox qala bilən
deyilik. O üzdən gərək özümüz üçün ev tikək. Çünki hər şey ola bilər. Hamısı
razı idi bu təklifə. O üzdən də vaxt itirmədən hamı çölə çıxdı. Ev üçün ən
münasib yer meşənin ortasındakı tala idi. çünki orada müdafiə olunmaq daha asan
idi. o üzdən də bütün kişilər vaxt itirmədən işə başladı. İlk öncə 9 nəfərin
qalacağı böyüklükdə evin sxemi torpağın üzərində çəkildi. Daha sonra isə çəkilmiş
cizgilərin üzərindən eyni ilə qazmağa başladılar. Həmin günü axşama kimi evin
özülü tam olaraq qazıldı. Səhərisi gün özül daşlarla dolduruldu və heyvan təzəkləri
və palçığın qarışığı ilə suvandı. Daha sonra isə taxtaları yonub qəliblər
hazırlayaraq 7 kişi birlikdə çayın kənarına düşdü. Çayın müəyyən hissəsinin
qabağını kəsib torpaq tərəfə yönəltdilər ki , yer islansın və palçıq bol olsun.
Üçüncü gün hamılıqla yerdən quru otları qucaq-qucaq yığıb çay kənarına gəlib ,
otları palçığın içinə töküb əlləri ilə qarışdırmağa və sonra isə tapdamağa
başladılar. Asta-asta palçığı qəliblərə
doldurub , kərpic formasına salıb , səliqə ilə kənarda otların üstünə yığdılar.
On gün sonra isə bütün kərpiclər hazır idi və qurumuşdu. Növbəti üç gün ərzində
hamılıqla kərpicləri daşıyıb meşəyə gətirib evi tikməyə başladılar. Bir həftə
sonra isə ev tamamən hazır idi. üstünə iri budaqları pərdi kimi yığıb, damı
hazıladılar. Daha sonra isə hörülmüş nazik çubuqlardan pəncərə örtükləri və
qapılar hazırlandı. Beləcə ev tamamən hazır idi. ən sonda isə sarıtorpaq şirəsi
ilə evin iç və çöl divarlarını suvayıb qurumaq üçün lazım olan müddətdə də evin
ətrafını ağaclarla hasarladılar. Beləcə ev hazır idi. evin iri zalı , 5 ədəd
yataq otağı və bir ədəd yemək otaqı vardı. Çöldə isə mətbəx kimi istifadə edilməkçün
balaca bir otaq və otağın kənarında yemək hazılamaq üçün soba tikmişdilər. Evi
qızdırmaq üçün də mərkəzdəki iri zalda divar sobası hazırlamışdılar ki , qış gələndə
soyuq olmasın. Hər şey tam hazır olandan sonra hamı çantalarını götürüb evə
köçdü. Anlaşılan o idiki Stiv İnanna və qızcığaz bir otaqda yatacaqdı. Qadınlar
ayrı otaqda, Martinlə Cozef, Neytonla Əli və Maksla Con isə birlikdə yatacaqdı.
Yatacaq kimi isə hamı heyvan dərisindən istifadə edəcəkdi.
Yeni evə köçdüklərinin ikinci günü idi . Böyük ana
və cüssəli oğlan evə gəldilər. Cozef zarafatyana, deyəsən ev mübarəkinə gəliblər
deyib qapını açıb onları həyətə buraxdı. Böyük ana həyətə girən kimi diz çöküb
İL İL deməyə başladı. Yəni ki öz dilində Tanrını-Stivi çağırırdı. Stiv səsi
eşidib həyətə çıxanda qadın diz üstə ona doğru yaxınlaşıb öz dilində danışmağa
başlamaq istəyirdi ki, Stiv onu dayandırdı ki, Lilini çağırıb tərcümə etsin.
Lili gələndən sonra Stiv ona danışmağa izn verən kimi qadın başladı. Uzaq ellərdən
, günən çıxan tərəfdən Kasaplar göydəki ulduzlar qədər birlikdə buralara gəlir.
Axırıncı dəfə gələndə mən uşaq idim. Hər şeyi məhv edib getmişdilər. İndi yenə
də bizi məhv edəcəklər. ətrafdakı tayfalar da onlardan qorxduğu üçün o gözəl,heyvanla
bol olan yerlərdən köçüb bura gəlmişlər. İndi Tanrı kömək eləməsə biz hamımız məhv
olacıq. Böyük ana təlaşla imdad et
tanrım deyə yalvarırdı. Bu yalan ola bilməzdi. gələnin kimliyindən aslı
olmayaraq bir şey bəlli idi ki , onlar əsl təhlükə idi. O üzdən Stiv Böyük
anaya dedi: Elə indi get və ən sürətlə qaçan adamlarını ətrafa göndər. Qoy Namanlar,
Turuklar , Yaxavlar və Arublar buraya yığılsın. Deyin ki Tanrı böyük birlik istəyir.
Əgər bu birlik olmasa yer üzün şər qüvvələr tutacaq onda hamı məhv olacaq.
Günün sonunda artıq iki minə yaxın kişi kəndə
yığılıb Tanrını gözləyirdi. Hamının gəldiyini
biləndən sonra Stiv dostları ilə kəndə gəlib , təpənin üzərinə çıxdı. Lili də
onun yanına gəldiki Stivin sözlərini onlara tərcümə etsin. Hamı Stivi görən
kimi səcdə etdikdən sonra o sözə başladı. Şərqdən Kasaplar gəlir. Onların
qarşısı alınmasa ilk öncə Turuklar, daha sonra isə hamınız məhv olacaqsız. Mən
sizdən birləşib vahid xalq kimi mübarizə aparmağı tələb edirəm. Bir olsaq kimsə bizə qalib gələ
bilməz. Lili tərcümə etdikdən sonra hamı coşğuyla , yüksək səslə Ulu Tanrı
bizimlədir deyə bağırışmağa başladılar. Xəbəri Böyük anaya çatdıran Turuk
ovçusu Dörd Ayaq idi. Stiv onu yanına çağırıb Kasapların harada ,hansı məsafədə
olduğunu soruşduqda, o dedi:
Yeddi dəfə gün çıxıb batandan sonra onlar Turukda
olacaq. Yəni ki 7 günə kasaplar artıq turukların kəndlərinə çatacaqdı. O üzdən
də Stiv vaxt itirmədən hamını götürüb Turuka doğru hərəkət etməyə başladı. Turukların
əsas məskəni yeddi iri təpənin arasında yerləşirdi və buradan böyük çölə yol
gedirdi. Dəqiq olan o idiki kasaplar bu istiqamətdən gələcəkdi. Stiv ətrafı
müşahidə etdikdən sonra dostlarını yanına yığıb müdafiə planın onlara izah
etdi. Plana əsasən hamı , hətta qadınlar da meşədən ağacları qırıb gətirəcək, təpələrin
arasında hasarlar çəkiləcək və hər təpənin üstündə isə müdafiə qülləsi tikiləcəkdi.
Təpələrə isə iri yuvarlaq daşlar yığılacaqdı. Plan hamıya izah edildikən tam beş
gün sonra müdafiə istehkamı hazır idi. Bu hamı üçün əsl bir möcüzə idi. hamı
tanrının ağlına heyrət edirdi. Təxminən on günlük ərzaq da yığılıb hazır
olandan sonra Lilidən başqa bütün qadınlar Stivgilin qaldığı kəndə yola
salındı. Lili tərcümə üçün qalmalı idi. Lola və İnanna zatən gətirilməmişdi,
onlar kənddəki evdə qalmışdılar. O üzdən təkcə turukların qadınları qocaları və
uşaqları kəndə yola salındı.
Beləlikdə yeni doğan günəşin ilk şəfəqlərində çölün başından ilk qaraltılar görülməyə
başladı. Hardasa bir saat sonra təxminən
sayı on min nəfər olan kasaplar tam göründülər. İki saat sonra isə kasaplar tam
olaraq müdafiə istehkamını uzaqdan mühasirəyə aldılar. Kasapların başçısı
olduqca heybətli, iki metrə yaxın boyu olan, boğazından insan kəllələri asılmış
biri idi. Başçı ən qabağda durub təpələrin arasındakı çəpərlərə , təpələrin
üstündəki daşlara baxıb hər şeyi anlamışdı. O üzdən qışqıraraq nəsə deyib
döyüşçülərinin yanına getdi. Döyüşçülərinin hamısı iri, ucu iti taxta nizələrlə
silahlanmışdı. Istehkamın içindəkilər bu mənzərəni sakitcə qorxa-qorxa izləyirdi
ki, bir də gördülər kasaplar oradan uzaqlaşmağa başladı. Hamı maraqla onların
hara getdiyini nə etdiyini izləyirdi ki, birdən Stiv Martinə baxaraq təlaşla səsləndi:
Martin bunlar qərbə, biz olan kəndə gedirlər. Anlaşılan odur ki onlar bizi
buradan çıxarıb döyüşməkçün kəndə gedir. Başçı planımızı anlayıb.
Həqiqətən də kasapların başçısı bu istehkama hücum
etməyin çətin olacağını anlayıb Böyük ananın kəndinə doğru irəliləməyi əmr
etmişdi. Ən yaxşı halda onlar istehkamdan çıxıb döyüşəcək ya da
öz yerlərində qalacaqdılar. Belə olduqda isə digər kəndləri çapıb
talamaq daha rahat idi.
Bu əsl fiasko idi. o qədər əziyyət çək amma boşa
çıxsın hər şey. Beş qəbilənin döyüşçüləri burada , qadınları isə sahibsiz halda
kəndlərdə qalmışdı.
Kasaplar istehkamdakılara baxıb qışqıra-qışqıra kəndə
doğru yol aldılar. Nəsə etmək lazım idi. Yoxsa hamı qırılacaqdı. Bu isə əsl təhlükə
idi. qadınların birinə bir şey olsaydı o zaman tanrı haqqında olan əfsanələr
yoxa çıxacaq və hamı onları öldürəcəkdi. Stiv bunları dərk edirdi. O üzdən uzaqlaşan kasapları seyr edərək yeni
plan üzərində çalışırdı..
Yorumlar
Yorum Gönder