Yarımallah-2

                                                II Hissə
Bağdad hava limanına ayaq basan kimi Stiv o isti bürkülü havanı yasəmən ətri kimi ciyərlərinə çəkib qarşısına çıxan hər bir ərəbə gülər üzlə Assalamu, Yallah deyə-deyə onları gözləyən avtobusa tərəf sevincək irəliləyirdi. Bir saatdan sonra onlar artıq əvvəlcədən qalmaq üçün ayrılmış otelə yerləşib İraq xalqı haqqında ingilis dilində olan bukletləri oxuya-oxuya istirahət edirdilər.
 Axşam tərəfi Stivlə Martin Bağdadın mərkəzindəki Old City kafesinə getdilər.  Bu kafeyə adətən xaricilər , əsasən türklər gələrdi. Çünki bu boyda şəhərdə yeganə kafe idiki burada spirtli içkilər satılırdı. Kafenin həyətində ona yaxın xurma ağacı vardı. Ağacların altında sərin bir yerə masalarını çəkib sifarişlərini verdikdən sonra Stiv sözə başladı:
Sabah qazıntıya başlayırıq eləmi ?
-Hamilə qadınlar kimi nə tələsirsən? Dünən az qala düşmən kimi qarşılayırdın məni. İndi nə oldu ? Martin gülə-gülə soruşdu.
Bilirsənmi Martin 3 aydır ailəmi yuxumda belə görə bilmirəm. əvəzində düz üç aydır ki bir qadın gəlir yuxularıma. Məndən yardım istəyir hər dəfə. Əslində mənə elə gəlir ki , o qadın hansısa Amerikalı və ya Avropalı bir qadındır bəlkə də İŞİDin əlindədir.  O üzdən gəlmişəm. Bəlkə onu tapa bildim , yardım edə bildim.
Martin Stivə baxıb başın bulayaraq həminki xəyalpərəst ,öz dünyası olan oğlansan , heç dəyişməmisən, biraz böyü deyərək ofisiantın gətirdiyi sərin viskini başına çəkib mən səni bəşəriyyətə yardım etmək üçün gətirmişəm sən isə bir qadını düşünürsən sözlərin də əlavə etdi.
Sən nə bilirsən ? Bəlkə də o qadın həqiqətdir. Yoxsa 3 ay niyə yuxularıma gəlsinki deyərək Stiv də qarşısındakı viskini içib bir siqaret yandırdı.
Stiv həqiqətən də xəyalpərəst insan idi. bəzən tək qalanda həzin musiqi sədaları altında elə xəyallar qururdu ki, normalda özü də bu xəyallara gülərdi. Gah Donald Trampın kürəkəni olurdu, gah BMT-nin baş katibi olurdu, gah NATO-nun generalı , gah da bir neçə növ üzrə olimpiya çempionu olurdu. Hətta bir dəfə Ümumdünya dövlətini qurub yer üzərində əsl cənnət də yaratmışdı xəyallarında. İndi isə viskini içə-içə yuxularındakı qadını xilas etməkçün İraqdakı ABŞ hərbi qüvvələrinin quru qoşunları komandiri idi və terroristləri qıra-qıra qadını xilas da etmişdi, hətta iki güllə yarası alsa da qadının qarşısında ağrıların biruzə verməyib filmlərdəki qəhrəmanlar kimi sərt üz cizgiləri ilə “qorxmayın siz artıq azadsız” deyirdi. Onu xəyallardan oyandıran Martinin  səsi oldu. Qalx gedək daha. Yatıb dincələk ki səhər tezdən iş başında olacıq. Buralarda günorta istidən işləmək olmur  deyib hesabı ödəyib qalxdılar.
Sübh azanı veriləndə elmi heyət artıq iş başında idi. Çadırlar qurulmuş, qazıntı üçün fəhlələr də gəlmişdi. Bir neçə dəqiqədən sonra Stiv təpənin ətrafın gəzərək ayaqla yoxladıqdan sonra qazıntının məhz şimal istiqamətindən başlamasını bildirdi. Çünki şimal istiqamətində təpə kiçilirdi. Çox güman bura ya məqbərinin girişi ya da uçmuş tərəfi idi. Fəhlələr ərəb olduğu üçün Bismillah deyib əllərindəki beli torpaqa basdılar. Demək olar ki bu fəhlələrin hamısı müharibənin xüsusən də qaniçən Səddam Huseynin qurbanları idilər. əksəriyyəti də bu qazıntıya pula görə yox, xaricilərin olduğuna görə gəlmişdi. Az qala hamısı sarışın amerika qadınlarının xəyalını qurmuşdu. Qısa şort və yubkada ağ baldırları olan xarici qadınların xəyalı onları bu qazıntıya gətirmişdi. Aralarında Əli ibn Huseyn hamıdan fərqlənirdi. Olduqca dindar və savadlı (az-maz ingiliscə bildiyi üçün ) kimi görünsə də əslində o da gözləri ilə qısa donlu xarici qadın axtarırdı. əfsus ki arxeoloji qazıntıya gələn qadınlar- Lola, Mikaella, Culiya, Lili və Cenifer hamısı şalvar geymişdi. Yəqin sabah qısa geyərlər ümidiylə fəhlələr yeri qazır və bir-birləri ilə ərəbcə danışaraq xaricilərin onları istismar etməsindən, bunların hamsının  Mason olmasından danışaraq hətta ara bir onları söyürdü də. Yanlarındakı tərcüməçinin ərəb olduğuna görə gəlmələrin ərəb dili bilməməsindən qüdrətlənib Nasir ibn Malik adlı fəhlə isə ağız dolusu onları söyəndə birdən dilçi alim Neyton Ştars ərəbcə cavab verdi: bizə demişdilər İraqlılar mehriban qonaqpərvər xalqdır, siz həqiqətənmi iraqlısız ? Demək olar ki ərəblərin hamısı pərt olmuşdu. Bircə Əli ibn Huseyn söymədiyinə görə fəxrlə ingiliscə donquldandı ki bunların hamısı imansızlıqdandır. Bizim dinimizdə söyüş haramdır. Bu əclaflar həqiqi islamı bilsəydilər indi siz də yəqin bizim dinimizlə maraqlanırdız. Belələridir islamı gözdən salanlar. Neyton Əliyə baxıb gülümsünərək haqlısan əziz dost deyib oradan uzaqlaşdı. Təxminən üç saatdan sonra fəhlələr çığırmağa başlayanda başda Stiv olmaqla hamısı ora qaçdı. Doğrudan da bura giriş idi. sadəcə fəhlələrdən biri səhvən daşı yerındən oynatdığına görə təxminən bir metrlik çuxur yaranmışdı və az öncə söyüş söyən Nasir də o çuxura düşmüşdü. Birazdan o çuxuru  giriş bərabərində doldurandan sonra məqbərənin içinə girmək mümkün idi. qeydləri aparandan sonra ilk öncə Stiv ,ardıyca isə bütün heyət ethtiyatla içəri girməyə başladı. Elə ilk addımdan hamı heyrət içində idi. əsas qapı üstü ləl-cəvahiratla bəzədilmiş qızıldan hazırlanmışdı. Qapını açdıqdan sonra isə Stiv əsas zala daxil oldu. Zalın divarlarında olduqca gözəl şəkillər, və mixi yazılar, sonunda isə 3 qapı daha  var idi. Ölü dillər üzrə mütəxəssis Elvis Hartli və Şumeroloq Lili Conson asta asta mixi yazıları oxuyurdular.

Olduqca qəribədir deyə Lili sözə başladı. Bu yazılarda İlahə İnanna və ya İştar adı çəkilmir. Burada 2 tanrıdan  bəhs edilir. xeyir və şər tanrılarından. Onların arasındakı savaşlardan. Bu an Elvis Lilini çağırdı. Lili bura baaax. Qapılar haqqında yazılıb burda. Gəl görüm burada İnannanın adı da var.  Lili və Stiv tez Elvisin yanına gəldilər. Lili yüksək səslə oxumağa başladı: birinci qapı İlahə İnannanın qulluqçularına aiddir. Burada ona xidmət edən sadiq nökərlər dəfn edilib. İkinci qapıda İlahə İnannanın sadiq döyüşçüləri dəfn edilib. Sonsuz aləmdə nökərlər və döyüşçülər ilahəni qoruyacaq və ona qulluq edəcək. Üçüncü qapı haqqında isə deyilirki bura girməyin. Burada insanlığın anası, xeyir ,bərəkət və sevgi tanrıçası İnanna dəfn edilib. Bu otağa girsəz gələcəyinizdən məhrum olacaq və əbədi lənətə tuş gələcəksiz... 

Yorumlar

Bu blogdaki popüler yayınlar

Cəmiyyətimizin bu günü..

Albaniya haqqında

yarımallah 7-ci hissə