Yarımallah. 5-ci hissə
Martin qadını boğduqca ocağın yanındakı qız da dəli
kimi ağlayıb İL Nannaaa deyə qışqırıb bağırırdı. Yaxşı ki, Stiv özünə tez gəldi , yoxsa Martin qadını boğub öldürəcəkdi. Ayılan
kimi Stiv cəld Martinin ayaqlarından tutub , dayanması üçün geri çəkdi. Martin əsəblə
qadını divara çırpıb, bu qancığı öldürmədiyimə görə peşman olacaqsan, bu əsl
iblisdir deyib Stivə səslənərək mağaradan çıxdı.
Lili çantasındakı nazik qısa köynəyini çıxarıb
Stivin başını sarıdı ki, qan çox axmasın. Sarıya-sarıya , heç adam deyil,
bununla nə danışacıq deyə Stivdən soruşdu.
-Danışacaq, soruşacaq çox şey var Lili.
Özün bil, bax bu dəfə sənin boğazını üzməsin , deyə
Lili dilləndi.
Stiv ayaqa qalxıb qadına yaxınlaşdı. Rəngi saralmış
qadın qorxu içində divara sıxılıb əsirdi. Stiv qadının yanına əyləşib,
barmaqlarının ucu ilə ehmalca qadının sağ əlinə toxunaraq, qorxma mən sənə
ziyan vermərəm deyib Liliyə baxdıkı tərcümə eləsin. Lili isə təkcə qorxma sözün
tərcümə etdi. Qadın bunu eşidib ocağın yanındakı balaca qızcığaz kimi ağlamağa
başlayanda Stiv onu qucaqlayıb sinəsinə sıxaraq əlləri ilə qadının saçını
sığallamağa başladı. Qadın ilk dəfə idi ki kişi məhəbbəti, qayğısı görürdü. Bu
üzdən bilmirdi nə etsin. Özünü bu qəribə adama təslim etsin yoxsa ona da zərər
versin ? o üzdən hələ ki tam təslim olmamaq üçün barmaqlarını yığıb hazır
saxlamışdı ki lazım olan vaxt Stivə zərər verib onun əlindən qurtulsun. Amma
faydası yox idi. Stiv onun gərilmiş əllərinə və dırnaqlarına baxıb qadının hər
iki əlini sağ ovcunda tutaraq, sol əliylə qadının saçını arxaya atıb, gözlərinə
baxa-baxa, mənim adım Stivdir deyib əli ilə özün göstərdi. Dəfələrlə öz adın təkrar
edərək axır ki bunu qadına anlata bildi. Qadın da əlini Stivin ovcundan alıb sinəsinə
qoyaraq İnanna deyərək o da öz növbəsində bir neçə dəfə adını təkrar etdi. Lili
və Stiv heyrət içində iksi də eyni anda soruşdu:
-İnanna?
Qadın yenə də əlini sinəsinə qoyub İnanna deyib
barmağını Stivə tuşlayıb ürkək baxışlarla Stiv Stiv dedi. Bu o demək idi ki, Mən
İnannayam sən isə Stivsən.
Bu qeyri mümkün idi. Axı İnanna təxminən onların
zamanından 5 min il öncə mövcud olmuşdu. İndi isə üst paleolit idi. Təxminən
eramızdan 25 min il əvvəl. Axı hələ İnannanın zamanına azı 22 min il vardı. Bu
necə ola bilərdi.? Bəlkə bu başqa şeydir.? Bəlkə İnanna adı sadəcə mövcud dəbdə
olan bir addır? Stiv yenə də çaşqınlıq içində idi.Buna baxmayaraq o yenə də dərin
ehtiram və şəfqətlə İnannanı qucaqlayıb Lilinin köməkliyi ilə söhbət etməyə
başladı. Təxminən iki saata yaxın söhbətdən sonra İnanna qalxıb, bayaq ocağın
yanına atdığı küçüyü yerdən götürüb nazik kəsik daşla dərisini soymağa başladı.
Anlaşılan o idiki , o ac idi və yemək
hazırlamaq istəyirdi. Bunu görən Stiv İnannaya, gedək bizim çoxlu hazır yeməyimiz
var , birlikdə yeyərik deyəndə İnanna ona , olmaz mənə qadağandır , çıxsam məni
öldürərlər , olmaz deyib küçüyü soymağa davam edirdi. Uzun dirənişdən sonra
Stiv İnannanı mağaradan çıxarmağa razı saldı. Bir əliylə qadının , bir əliylə də
balaca qızcığazın əlindən tutan Stiv mağaradan çıxıb sığınacağa doğru yol aldı.
Lili də arxadan sakitcə onları təqib edirdi. Ehtiyat üçün yerdən götürdüyü
balaca budağı da əlində bərk-bərk tutmuşdu ki birdən qadın nəsə dəlilik etsə
onu tez vursun. Amma sonradan mağaradakı söhbətləri yadına salıb budağı əlindən
tulladı.
İnanna adi bir qadın olsa da kəndinin qadınlarının
hamısından fərqli idi. o ilk qadın idi
ki, rəngi sarı idi. Bu yerli qəbilə üçün olduqca qorxulu bir şey idi. ocağı
qoruyan böyük ana sarışın qız doğduğu üçün İnannanın anasın öldürtüb özünü isə
çöllərə atmışdı. Qəbiləyə görə ana böyük bir günah işlədiyi üçün şər qüvvələr
onu , bəla dolu uşağa hamilə etmişdi. O üzdən İnanna körpəlikdən ormana
atılmışdı. Qadınlardan biri bu körpəyə yazığı gəldiyi üçün onu süd verib gizli
saxlamış, müəyyən yaşa çatdıqdan sonra isə onu ormana geri qaytarmışdı. Bir dəfə
uşaq vaxtı ormanda ac qaldığı vaxtlarda yemək istəməkçün kəndə geri qayıdan
İnannanı Böyük ana tutub yanındakılara öldürtmək istəyərkən , təsadüfən o an qəbilə
canavar sürüsünün hücumuna məruz qalmışdı. Vəhşi ac canavarlar qabağına çıxan hər
kəsi parçalayan vaxt Böyük ana güclə qaçıb canın qurtarmışdı. Amma canavarlar
bircə bu uşağa toxunmamışdı deyə sonradan qəbilə üzvləri İnanna haqqında müxtəlif
şayiələr uydurmuşdu. Güya onu ormanda canavarlar böyüdüb, güya onu öldürmək istədikləri
üçün şər ruhlar canavarların içinə girib qəbiləyə hücum etmişdi. Məhz bu hadisədən
sonra qəbilə bir daha ona toxunmadı və hər gün ona yemək göndərdi ki, şər
ruhlar onlardan əl çəksin və o şər uşaq bir daha kəndə ayaq basmasın. İnanna həm
də çaxmaq daşından istifadəni bilirdi. O iki daşı bir-birinə vuraraq od əldə
etməyi bacarırdı. Bir dəfə kənddə güclü yağış olanda qəbilənin ocağı sönmüşdü. Odun
olmaması qəbilə üçün əsl fəlakət idi. çünki od onları vəhşi heyvanlardan ,
soyuqdan qoruyurdu, od onlar üçün həyat idi. həmin vaxtlar ətraf qəbilələrə nə
qədər adam göndərsələr də , kimsə onlara od verməmişdi. Çünki inanca görə bu bəd
bir əməl idi. Fəlakəti İnanna da duymuşdu. O üzdən ilk dəfə məhz həmin vaxt kəndə
enib çaxmaq daşı ilə onlar üçün ocaq qalayıb , əvəzində iki heyvan dərisi və bir
kəsilmiş quzunu götürüb getmişdi. Bu onun haqqında olan şayiələri daha da
artırmışdı. Az qala ona tanrı kimi baxacaqdılar, amma, sarışın olduğuna görə
hamı qorxurdu.
İnannanın
yanındakı qız da onun kimi eyni taleyi yaşayırdı. O da sarışın doğulduğu üçün
anası öldürülmüşdü. Bəxti onda gətirmişdi ki , bu uşağı ormana atmaq əvəzinə gətirib
İnannaya vermişdilər ki, al bu da sənin kimi şər doğulub , özün böyüt. Inanna uşağı
sevgiylə böyüdürdü. O üzdən də bu qızcığaz İnannanı ana kimi sevirdi, daha
doğrusu elə öz anası bilirdi.
Bir azdan Stivgil sığınacağa çatdılar. Bütün kənd
bu mənzərəni görüb dəliyə dönmüşdü sanki. Sarışın şər qadın və şər qızcığaz
tanrının əlindən tutmuşdu. Tanrı onları öz qaldığı yerə aparırdı. Böyük ana heç
nə anlaya bilmirdi. Stiv ilk öncə İnanna və balaca qızı təpənin yanındakı
bulağa aparıb onlara əl üzlərini yumağı əyani sürətdə göstərdi. Özü də onlarla
birlikdə əl-üzünü yuyub, yuxarı qalxaraq sığınacağa keçdilər. Iri yarpaqların
arasına büküb qoyduqları gecədən qalan bişmiş ət tikələrini çıxaran Stiv özü də
İnanna ilə oturdu. Elə təzəcə yeməyə başlamışdılar ki, bu an qalanları da
sığınacağa daxil oldu . Martin İnannaya baxaraq,- niyə bu vəhşini bura gətirmisən
?, bu hamımıza zərər verə bilər deyib öz etirazını bildirəndə Stiv cavab verdi:
-Dünən biz bura gəldiyimizə görə kənd camaatı
bunların yemək payını göndərməyib. Bizim üzümüzdən ac qalıblar deyə gətirdimki,
qarınları doysun.
Martin əsəblərini heç cürə cilovlaya bilmirdi. Axı
biz sivil insanlarıq. Bu vəhşinin bizim aramızda nə işi var Stiiv deyib
bağırdı.
-istəsək biz bunları özümüz kimi sivil insan edə bilərik
Martin ..
Alınmaz Stiv. Bu qadın qəddardır. Küçüyü necə
öldürdü rəhmsizcəsinə, səni necə vurdu? Görmədinmi?
Stiv qızcığazın qorxduğunu görüb söhbəti kəsərək ,
saçına sığal çəkib gülümsəyərək , qorxma yeməyni ye, Martin əmi yaxşı insandır
deyərək özü də yeməyə davam etdi.
Yemək bitdikdən sonra Stiv İnanna ilə çölə çıxdı ki
, biraz söhbət etsin. Bir də gördüki, bütün kənd yenə təpənin qarşısında
dayanıb. Stiv əslində bunun niyə baş verdiyini anlamışdı. O üzdən bir daha
İnanna və uşağın zərər çəkməməsi üçün iksinin də əlindən tutub özünə sıxaraq kənd
camaatına sərt şəkildə baxdı. Daha sonra hamının qarşısında İnannanın və
qızcığazın əllərindən öpərək Böyük ananı çağırdı. Ağır addımlar və , qorxaq
baxışlarla təpəyə qalxan Böyük ana Stivin qarşısında səcdə etdi. Bu zaman Stiv
geriyə çəkilərək İnannaya da səcdə etməsini ona göstərdi. Qadın qorxa-qorxa
İnannaya səcdə etdi. Bu əslində bütün qəbilənin itaət etməsi demək idi. Bundan
sonra kimsə onları incitən deyildi.
Hamı gedəndən sonra Stiv İnannanın əlindən tutaraq
onu iri bir ağacın altına gətirdi. İnannanın bədəni seyrək tüklü olsa da əslində
çox gözəl idi. həm üz quruluşu, həm incə beli, kiçik amma dik döşləri, düm düz
uzun ağ ayaqları, yumru ve biraz da enli poposu , düz və qamətli çiyinləri
Stivin ağlını alırdı. Sadəcə gigiyenik baxımdan təmiz olmadığı üçün onu öpə
bilmirdi. Amma Stiv doğrudan da bu
qadına qeyri adi bir varlıq kimi baxırdı. Sarı saçları pırtlaşıq və çirkdən cod
olsa da yenə də gözəl görünürdü. Okean kimi mas mavi iri gözləri insanı sanki
sehrləyirdi. Stiv özünü güclə saxlayırdı bu gözəlliyin qarşısında. Nə qədər qəribə
qoxu gəlsə də, Stiv İnannanı qucaqlayıb özünə astaca sıxaraq, əliylə çiynini
sığallamağa başladı. əslində barmaqlarının ucuyla incə toxunuşlarla İnannanın
çiyinlərində qollarında boyun, boğazında gəzirdi Stiv. İlk dəfədi kişi sığalı
görən İnanna da bundan məmnun idi. hətta daha dəqiq desək sərxoş olmuşdu. Gözlərini
yumaraq özünü Stivin öhdəsinə buraxmışdı. Stivin əlləri onun bədənində gəzdikcə
qəribə bir gidişmə yaranırdı içində. Bu ehtiras idi. İnanna özündən ixtiyarsız
gah qıçlarını aralayır, gah da bir-birinə sürtürdü. Qadın hər yerdə , hər dövrdə
qadındı. Hisslər hər yerdə eynidir. Stiv barmaqlarının ucu ilə asta-asta
İnannanın boğazından sinəsinə doğru enirdi. İnannanın gözlərinə baxa-baxa sağ əlinin
arxasını döşlərinə sürtüb , astaca ovcuna alaraq sıxmağa başladı. İnanna titrəyirdi.
Stiv barmaqları ilə onun döşlərinin ucuna toxunanda isə İnanna özünü saxlaya
bilmədən iki qat büküldü. O İlk dəfə idi ki, orqazm olurdu. Daha sonra isə taqətsiz
şəkildə Stivə söykənərək dərindən nəfəs alıb verməyə başladı. Nə qədər mağara
qadını olsa da utancdan yanaqları qızarmışdı. Araya qısa sükut çökdükdən sonra
onlar danışmağa başladı.
Qəribə bir mənzərə yaranmışdı. Stiv ingiliscə
danışırdı, İnanna isə öz dilində. Sanki bir-birlərin başa düşürdülər. Heç Liliyə
də ehtiyac yox idi. Stiv ilk dəfə idi ki, özünü tam,bütöv hiss edirdi. Amma , o
dərk edə bilmirdi ki, bu qadınsızlıqdanmı, yoxsa sevgisizlikdənmi yaranan bir hissdir. Nə qədər tərəddüd etsə də o xoşbəxt
idi. Qollarının arasındakı boşluq ilk dəfəydiki dolu idi. Stiv sinəsinə söykənən
,daha
doğrusu sığınan İnannanı tumarlayaraq, səmaya baxa-baxa, ailəsindən , qızından, ailəsini necə itirməsindən, daha sonra nələr çəkdiyindən danışırdı. İnanna isə öz dilində , sənin nə qəribə geyimin var, fərqlisən, hansı qəbilədənsən, Böyük ana niyə sənə səcdə edirdi suallarını verə-verə danışırdı.
doğrusu sığınan İnannanı tumarlayaraq, səmaya baxa-baxa, ailəsindən , qızından, ailəsini necə itirməsindən, daha sonra nələr çəkdiyindən danışırdı. İnanna isə öz dilində , sənin nə qəribə geyimin var, fərqlisən, hansı qəbilədənsən, Böyük ana niyə sənə səcdə edirdi suallarını verə-verə danışırdı.
Stiv bir
anlıq İnannanın gözlərinə baxaraq, sənin gözlərin səmadan da gözəldir dedi.
Sanki İnanna onu anlamışdı. O üzdən qəsdən gözlərini qırpıb naz edirmiş şəkildə
süzdürdü. Daha sonra isə Stiv İnannaya baxaraq, mənim qadınım olarsanmı deyə soruşdu.
O isə bunu anlamadığı üçün öz dilində
gülümsəyərək ağaclar çox gözəldi, mən meşəni sevirəm cavabını verdi. Onlar
birlikdə xoşbəxt idilər. Martin isə uzaqdan Stivgili izləyərək öz-özünə
düşünürdü: Görəsən Stiv bu vəhşi, mağara qadınında nə tapıb? Bu iyrənc qadının
nəyi onu cəzb edirdi. Axı yanlarındakı Lili və Lola daha gözəl qadındır. Sənə
qadın lazımdırsa bunlardan birin seç də. O vəhşidə nə görmüsən axı? Stivlə Martinin
fərqi də məhz bu idi. Martin zahirdən sevirdi, onun üçün gözəllik daha vacib
idi. Stiv isə qadınların ruhunu sevirdi. O üzdən də Martin heç cürə Stivi
anlaya bilmirdi.
Yorumlar
Yorum Gönder