Yarımallah

İlk dəfə deyildi ki, Stiv Harldson doğum günün tək qeyd edirdi. Amma bu gözəl may səhəri Stivin 30 yaşının tamam olduğu gün sanki ölüm günü kimi bir şey idi. Yeddi ay öncə gənc arvadını və körpə qızını yol qəzasında itirən Stiv səhər 11-ə işləmiş sanki başına dəyən ağır zərbədən gözləri qaralan adamlar kimi yuxudan qalxıb əynini geyinməmiş soyuducuya yaxınlaşıb , qutunun dibində qalan yarım stəkanlıq meyvə şirəsin stəkana süzmədən başına çəkərək pəncərəyə yaxınlaşdı. Pəncərəni açıb çöldəki təmiz havanı içinə çəkmək əvəzinə siqaret yandırıb elə təzəcə çəkməyə başlamışdı ki birdən qapı zəngi çalındı. Çox güman ki poçtalyondur deyərək qapıya yaxınlaşıb açdı. Doğrudan da gələn poçtalyon idi. Axı ailəsini itirdikdən sonra onun qapısını kimsə açmırdı. Hamını acılayıb özündən ayrı salmışdı. Lüt olduğu üçün qapını azacıq aralayıb poçtalyondan zərfi alıb qapını bağladı. Arxeoloqlar birliyindən gəlmişdi bu zərf. Yenəəəə ? deyərək zərfi açmadan bir kənara tullayıb siqaretini evin içində çəkə-çəkə heç bir məşğuliyyət tapmadığı üçün yenidən yatmağa qərar verdi. Siqaretin kötütün stolun üstündəki külqabıya atıb yenidən yatağa uzanıb yatdı.
Son üç ayda yuxularında ailəsini görmək eşqiylə yatan Stiv bir dəfə də olsun istəyinə çata bilmirdi. Bunun üçün az qala səhərədək ailəsinin qızının şəkillərinə baxıb ağlayaraq tanrını söyən Stiv  əvəzində düz üç aydır ki, tanımadığı yad qadını görürdü. Sarışın , mavi gözlü qadın  yuxularında əlini ona tərəf uzadaraq Stiiiiv məni xilas et deyə yalvarırdı.  Bu dəfə də eyni yuxunu görürdü. Yenidən döyülən qapının səsinə oyanan Stiv əsəblə nə lazımdı deyə bağırıb , xalatı əyninə keçirib qapıya yaxınlaşdı.  Gələn onun yaxın dostu Martin Tayler idi. Martinin 33 yaşı vardı. Gənc olmasına baxmayaraq o da savadlı və tanınmış antropoloqlardan biri idi. Stivlə birlikdə bir neçə arxeoloji qazıntılarda olmuş və zaman-zaman yaxın dosta çevrilmişdilər. Martin onu acılayacağını bildiyi üçün Stivi qabaqlayıb siqaretin harda olduğunu soruşaraq əlindəki hədiyyə bağlamasını ona adi bir əşya kimi uzadaraq doğum günün mübarək məzar adamı deyib siqareti yandırıb sanki öz evindəymiş kimi rahat gəzişməyə başladı. Gəzə-gəzə , bilirəm  Elli və qızın Cesi üçün darıxırsan yas saxlayırsan ,amma, bu gün burada özünə zülm edirsən. Biz İraqda İlahə İnannanın  məzarı olan böyük bir məqbərə tapmışıq. Sənə ehtiyacımız var. Burada cüzamlılar kimi çürümək əvəzinə gəl bəşəriyyətə yardım et. Orada da müharibə var. Məqbərəni tədqiq edək sonra get İŞİDlə döyüş , alınsa öl, gəbər və ailənə qovuş. Bilki ailən səni bu halda görsəydi onlar üzüləcəkdi. Qısa fasilədən sonra Stiv soruşdu: Nə zaman gedirsiz ?
-         Sabah.
Nə qədər verirlər ?
-         Azı yüz min .
Yaxşı sabah məni götürün evdən, maşınım yoxdur hava limanına gəlməyə. İndi isə hazırlaşım.
          Martin sağollaşıb gedəndən sonra Stiv bəlkə də son üç ayda ilk dəfə güzgü önünə keçib özünə baxdı. Üzünü saqqal basmış, gözləri çuxura düşmüşdü. Amma bədəni həminki idi. Çünki illərlə idmanla məşğul olmuş və sağlam həyat sürmüşdü. Bu bir neçə ay onu belə asan yıxa bilməzdi.
          Çimib üzünü qırxandan sonra İraqa getməkçün ilk öncə sənədlərini hazırlayıb daha sonra çantasını yığmağa başladı. İlk öncə ailəsi ilə birlikdə çəkdiyi son fotosunu çantanın ön cibinə qoydu. Daha sonra isə enerji ilə işləyən üz qırxan maşınını , kitabça və bir neçə qələm o cümlədən bir neçə dəst paltar ,  yuyunmaq üçün vasitələr, qurulanmaq üçün dəsmal , bir neçə tarixi ensiklopediya ve arxeologiyaya aid olan kitablar, fotoaparat və xırda lazımlı əşyalarını çantasına yığıb səhəri gözləməyə başladı. Aylardır evindən kənara çıxmayan Stiv ilk dəfəydi evdən getmək üçün səbrsizlənirdi. Bəlkə də ailəsinə qovuşacağını ümid etdiyi üçün belə idi. çünki İraqda savaş gedirdi.
          Səhər tezdən Stivin qapısı döyüləndə o artıq hazır vəziyyətdə Martini gözləyirdi. Martin Stivə baxıb dedi : Səni yenidən iş başında görmək həqiqəqət gözəldir. Yenə iki dost tarixə adımızı yazdıracıq.
-         Hələ dur. Işin yox pilləkənlərin başındayıq deyə gülümsənərək Stiv qapını bağlayıb , açarları qapının ağzındakı gül qabının altına qoyub  Martinlə birlikdə pillələri enərək maşına doğru yol aldı.
Saat 7 tamamda hava limanına çatan Stiv gözləmə zalındakı köhnə iş yoldaşlarını gördü. əfsanəvi heyət yenidən bir arada idi. dünyanın ən güclü arxeoloqları, numizmatikləri, heraldikləri, dilçiləri, etnoqrafları hamısı burada idi. Stiv bir-bir onlarla görüşəndə özü də üzündəki təbəssümü hiss etməyə başladı. Axı bu insanların hamısı Stivə az qala tanrı kimi baxırdı. Təkcə onun savadına və bacarığına görə deyil , insanlığına ləyaqətinə , mərdliyinə görə hamı ona heyran idi. Stiv ailəsinin yoxluğundan sonra ilk dəfəydi ki, lazımlı olmağın həzzin anlayırdı. Sevilməyin gərəkliliyin qürurunu yaşayırdı.

 Saat 5-ə işləmiş artıq təyyarə Bağdad hava limanında eniş etməyə hazırlaşırdı. Stiv qarşıda onu möcüzələr gözlədiyinə həddən artıq inandığı üçün bu qanlı İraq torpağına ayaq basmaq üçün hamıdan tez can atırdı. Amma o bilmirdi ki, həyatının əsl gerçəkliyi onu məhz burada qarşılayacaqdı... 

Yorumlar

Bu blogdaki popüler yayınlar

Cəmiyyətimizin bu günü..

Albaniya haqqında

yarımallah 7-ci hissə