Yarımallah 6-cı hissə

Martin bu fikirlərlə Stivlə mağara qadının izlədiyi an Əli ibn Huseyn də onun yanına gəldi. Azacıq sükutdan sonra Əli yarı ərəb yarı ingiliscə Martindən nə vaxta qədər burada qalacaqlarını soruşsa da, Martin fikirli halda uzaqdan Stivi izləməkdə davam  edirdi. Martinin baxdığı istiqamətə baxan Əli , Stivlə sarışın qadının qucaqlaşmasını gördü. Heyrətdən gözləri az qala şişib hədəqəsindən çıxacaqdı. Elə bil sanki birinci dəfə idi ki qucaqlaşan insan görürdü. Sən demə Əlini heyrətləndirən qucaqlaşmaq deyildi. Oturduğu yerdə Stivə söykənən İnannanın yarı çılpaq qıçları arasından çıxan tükləri uzaqdan qartal kimi görmüşdü. Nə qədər ehtiraslı, arvadbaz biri olsa da , qıçları arasında bu qədər tük saxlayan qadın onu iyrəndirmişdi əslində. Heyrətlə baxa-baxa, Axı Stiv bu tüklü qadında nə görüb dedikdə, Martin də sakitcə Əliyə baxıb gülümsəyərək, haqlısan elə mən də onu düşünürəm deyib sığınacağa tərəf çevrilib, gedək görək başımıza nə gəlir Əli, burdan getmək lazımdır deyib astaca oradan uzaqlaşdı. Bir azdan Stivdən başqa hamı sığınacaqda toplaşıb bir məsələ haqqında düşünürdü: Buradan necə getməli, öz dünyalarına necə qayitmalı. Amma heç kimin tutarlı bir fikri yox idi. Kimsə bilmirdi bu işi hardan və necə başlasınlar.Təxminən on dəqiqəlik qarışıq söhbətdən sonra, Stiv də İnanna ilə sığınacağa gəldi. Elə içəri təzəcə girmişdilər ki, Lili Conson üzünü İnannaya tutub gülümsəyərək , gedək sənə yuyunmağı öyrətim deyib əlindən tutaraq sığınacaqdan çıxardı. İnanna balaca uşaq kimi onun dalıyca düşüb gedəndən sonra Martin dilləndi: Yaxşı ki Lilinin ağlına onu çimdirmək gəldi, yoxsa sidik, tər və nəcis qoxusundan burada hamımız ölərdik. Bu sözdən sonra hamısı ürəkdən qəhqəhə çəkib güldü. Daha sonra isə Stiv də az öncə ki söhbətin məğzin anlayıb kimin nə fikri var deyə soruşdu. Anlaşılan o idi ki , kimsə buradan getmək üçün düzgün nəsə bilmirdi. Hamının bir fikri var idi ki, o məqbərəni tapmaq lazımdır. Amma bu ağılsızlıq idi. Çünki üst paleolit dövründə məqbərə yox idi. Bu üzdən Stiv belə bir təklif irəli sürdü: Ətrafda onlarla qəbilələr , insan sürüləri, tayfa halında yaşayanlar var. Gəlin iki-iki, ya tək-tək bu insanların yanına gedək, kəşfiyyat aparaq. Ən azından bu cür məlumatsız oturmaqdansa, yeni məlumatlar öyrənək, bacardıqca gəzib soruşaq. Hər şeyi xırda detalına kimi öyrənək ki,bəlkə bir ipucu tapa bildik. Stivin bu fikri əslində hamı tərəfindən yekdilliklə bəyənilsə də, yenə də ümidsizlikləri üzlərindən axırdı. Məsələn Cozef Baks. Adamın həyat yoldaşı və iki körpə balası vardı. Onu darıxmaqdan çox əslində ailəsinin şəklini yanında götürməməsi yandırırdı ki, heç olmasa ailəmin şəklinə baxaraq , sarılaraq ölərdim bu murdar paleolitdə. Sonra Əli ibn Huseyn. Anası xəstə idi. nə qardaşı nə bacısı vardı. Atası da illər öncə Səddam rejimi tərəfindən öldürülmüşdü. O üzdən Əli anası üçün çox darıxırdı və olduqca nigaran idi. Lola Kamenski . əri və oğlu üçün dəhşət pis darıxırdı. Lola olduqca gözəl qadın idi. əri həmişə onu başqa kişilərə qısqansa da əslində o heç vaxt ərinə xəyanət etməmişdi. Demək olar hər gün qısqanclıq üzündən xırda davalar etsələr də indi Lola o davalar üçün darıxırdı. Kaş yenə ərim qısa geydiyimçün məni danlayardı. Yenə də niyə qısa geyib qıçlarını göstərirsən deyib qırğın salıb sonra davanın qızışdığı an məni qollarına alıb ayaqüstə divara sıxıb dəlicəsinə öpərdi. Sonra da qucağında yataq otağımıza aparıb saatlarla üstümdən qalxmazdı. Bu fikirlərlə Lola qucaqladığı dizlərini daha da özünə yığıb , daha da yazıq sifəti almışdı. Maks Rid. O da ilk dəfə idi ki, aşiq olmuşdu. Tuana adlı qızla görüşürdü. Həmişə velosiped sürən bu oğlansaçlı qız onu elə dəli etmişdi ki. İndi tək bir istəyi onun yanında olmaq idi. Əslində hər kəs darıxırdı. Hətta Stiv də. Ailəsinin məzarı üçün darıxırdı. Hər gecə sarılıb yatdığı qızının oyuncaq dovşanı üçün darıxırdı. Martin isə vecsiz biri idi. ailəsi ilə düşmən münasibətində olduğu üçün onu ailə maraqlandırmırdı. Hal hazırda ona yeganə yaxın insan Stiv idi. Amma Stivin İnanna ilə onan yaxın münasibəti  Martini qıcıqlandırırdı. O heç cürə yaxın dostunun ona yox , başqa adama daha çox vaxt ayırması ilə barışa bilmirdi. Içində qəribə qısqanclıq var idi. Mən sənin dostunam, sən mənə qayğı göstərməli, mənlə daha çox ilgilənməlisən. Nədən  bir mağara qadınına belə bağlısan, bir vəhşi qədər də dəyərim yoxmu? O üzdən Martini öz dünyası yox məhz Stivin ona olan dostluq sevgisi maraqlandırırdı. Bir azdan Lili İnannanı göldə çimdirib sığınacağa gətirdikdən sonra kəşfiyyat üçün insanlar bölünməyə başladı .
Belə qərara alındı ki, İnanna və uşaq sığınacaqda qalacaqdı, Con Feller isə onlara nəzarət edəcəkdi. Stivlə Martin, Lola ilə Cozef, Neytonla Əli, Maks ilə Lili birlikdə hərəkət edəcəkdi. Bu gün yemək və digər tədarüklər görüləcək , sabah səhər isə yola çıxacaqdılar. Getmək lazım idi. Burada, sivilizasiyadan kənar bir yerdə vəhşilərlə qalmaq kimsənin ürəyincə deyildi. Söhbət bitəndən sonra Stiv qalxıb çantasından əl-üzünü silməkçün gətirdiyi, pambıq dəsmalını götürüb İnannanı da çölə çıxardı. Yenidən  bayaqki ağacın yanına gedib oturdular. Stiv əlindəki dəsmalla İnannanın saçlarını üzünü qurulaya-qurulaya öz dilində gedəcəklərindən danışırdı. Axtarış aparmalarından danışırdı. İnanna isə öz dilindən Lilinin onu güclə gölə salmasından , soyuq suda çimdirməsindən danışaraq şikayətlənirdi. Stiv İnannanın səs tonundan sikayətləndiyini başa düşmüşdü. O üzdən bir daha əli və barmaqları ilə gedəcəklərini göstərdi. İnanna bu jestlərin getmək olduğunu anlamışdı. Amma nəsə narahat görünürdü. Sonra əlini dağa tərəf uzadıb öz dilində oranın çox təhlükəli olduğunu orada yaşayan insanların pis olduğunu anlataraq , oraya getməmələrini izah edəndə Stiv üzündəki mimikalardan şimalın təhlükəli olduğunu anladı. elə ona görə də məhz şimala getməyi qətiləşdirdi.
Səhər tezdən hamı qalxıb əl, üzünü yuduqdan sonra yeməklərini yeyib , dünəndən hazırladıqları çantaları götürüb , danışdıqları kimi kiçik qruplara bölünərək ayrıldılar. Hər qrup bir istiqamət seçmişdi. İnanna da balaca qızın əlindən tutub Stivə baxırdı. Stiv isə əlini havada yellədərək ona sağol deyib Martinlə şimala üz tutdu.
Şimal tərəfdə böyük dağ silsiləsi şərqdən-qərbə doğru uzanırdı. Bu dağların arasında isə İnannanın qorxduğu , əslində bu kəndin hamısının qorxduğu bir tayfa yaşayırdı. Bu  Arub tayfası idi. Onların ac qalqıda insan əti yeməsi belə ətrafdakı bütün kəndlərə, tayfalara bəlli idi. Bunu bircə Stivgil bilmirdi. O üzdən də onlar şimala üz tutanda kənd camaatı böyük sevinc və qışqırtı ilə onları yola salmışdı. Çünki Böyük Ana Stivin şimala getdiyini görüb kəndə əhalisinə, Tanrı arubları cəzalandırmağa gedir demişdi. Cozeflə Lola isə tam əks istiqamətdə cənuba üz tutmuşdular. Onların gedəcəyi qəbilə isə Yaxav qəbiləsi idi. Neytonla Əli şərqə Turuklar yaşayan çöllərə üz tutmuşdu. Maks və Lili isə qərbə, namanlar yaşayan yerlərə gedirdi.

Təxminən 4-5 saatdan sonra hamı lazım olan yerlərə çatmışdı. Nə Yaxavlar, nə Turuklar, nə də Namanlar heç biri informasiya üçün tutarlı bir toplum deyildilər. Hamısı bu qəribə adamları görüb onları seçilmiş şəxs kimi qəbul edib ehtiramla qarşılamışdı. Tək ümid Stivgilin getdiyi vəhşi Arublara qalmışdı

Stivlə Martin da bu arada arubların kəndinə çatmışdı. Kəndin ortasında üç orta ölçülü təpə, və bu təpələrin üstündə uzun , iri daşlar vardı. Arubların hamısı təpələrin ətrafına yığışıb QABAL İLLAX deyə qışqırıdı. Bir az daha yaxına getdikdən sonra Stivlə Martinin ayaqları əsdi. Ortadakı təpənin ətrafında insan sümükləri, çürümüş bədənləri səpələnmişdi. Təpənin üstündə isə, belində aslan dərisi, başında isə aslan başının sümükləri olan vahiməli görkəmə sahib bir kişi təxminən 10 yaşlı qızı daşın üstünə yatırıb əlindəki daş parçası ilə onu öldürməyə hazırlaşırdı. Anlaşılan o idi ki bu qızı qurban kəsəcəkdilər. Stiv Martindən tapancanı götürüb , durun insan qatilləri deyib bağırdı. Bir anda yad səsi eşidən bütün arublar hamısı çevrildi. Arublar da eynən kənddə ki insanlar kimi ilk öncə bu qəribə adamlara lal-dinməz baxmağa başladı. Elə bu an oradakı insanlardan biri qabağa çıxıb əli ilə Stivgili göstərərək təpədəki başçıya baxa-baxa nə isə anlatmağa başladı. Daha sonra isə başçı təpədən enib bu iki qəribə adama yaxınlaşdı. Başçı Stivin sərt baxışları qarşısında çox tab edə bilmədi. Birazdan elə ilk olaraq başçı Stivin qarşısında diz çökdü. Bayaq QABAL İLLAX deyə qışqıran başçı indi AFFAL İLLAH deyə-deyə Stivlə Martinin ayaqlarını öpürdü. Bu qədər vəhşi xalq , qorxulu xalq necə ola bilərdi ki, heç bir güllə atmadan belə onlara tabe olmuşdu. Burada yəqin ki bir iş var idi. amma nə ?
Bütün qəbilə bu iki qəribə adamın ətrafında yığışıb diz üstə çöküb səcdə etdikdən sonra hamılıqla az qala ağızları açıq şəkildə baxırdı. Elə bu an bayaqkı orta yaşlı arıq adam əlinə çubuq alaraq yerdə yumru dairə çəkib, dairənin altında doqquz ədəd işarə qoyaraq heyrət və sevinclə onlara baxdı. sanki nə isə cavab gözləyirdi. Stiv yenə də sərt şəkildə həmin adama baxaraq əli ilə yerdəki dairəni göstərib bu nədir soruşdu. Adam cavabında əli ilə səmanı göstərib astaca əlini yerə qoyub, yerdəki dairəni göstərib sonra Stivə əlini tuşlayıb öz dilində nə isə dedi. Daha sonra isə yenə əli ilə dairəni göstərib sonra əlini dağlar tərəfə uzadıb yenidən əlini yerə qoydu. Stivlə Martin əslində şübhə içində olsalar da adamın dediklərini anlamışdılar. Deyəsən adam naməlum uçan obyektdən danışırdı. Deyəsən adam onların məhz uçan boşqabla gəldiyini deyirdi. Amma bu necə ola bilərdi? Axı onlar məqbərəyə girmişdi. Ora da isə heç bir texnika yox idi. Daha sonra adam yenə də əli ilə yerdəki dairəni göstərib yenidən dağları işarə edərək əlini yerə qoydu. Sanki bu dairə dağların o tayındadır deyirdi.
əslində adam haqlı idi. Stivgilin ora necə düşməsini adam öz gözləri ilə görmüşdü. Bu arıq adam qəbilənin ən mahir ovçularından biri idi. yaşlandıqdan sonra isə əsas işi qəbilənin gənc kişilərinə ovun sirrlərini öyrətmək idi. Stivgilin bu yerlərə gəldiyi həmin o uğursuz anda o da həmin yerdə ağacların arasından gənclərin necə ov etdiyini izləyirdi. Anlaşılan o idi ki, həmin o atın dalınca qaçan insanları məhz bu adam gətirmişdi oraya. Həmin an göydə nəsə gurultu qopmuşdu və tozanaqdan ətrafı görmək mümkün deyildi. Oraya yaxın yerdə duran bu adam qəribə  yumru yekə bir şeyin yerə endiyini , içindən 9 nəfərin düşdüyünü öz gözləri ilə görmüşdü. Sonra isə bu yumru şey dağların arxasına getmişdi. Və elə indiyə kimi də yaşıllığın içində durmuşdu. Amma kimsə qorxudan oraya bir kilometrdən çox yaxınlaşa bilmirdi. Çünki həmin o yumru şey yerə enərkən bu adam orada yaxınlıqda olduğu üçün bədəni demək olar ki yanmışdı. Qolları , sinəsi, kürəyi, üzü yandığına görə kimsə qorxudan ora getmirdi.
Geriyə bir tək çıxış yolu qalmışdı- dağların o tayına getmək. Stiv vaxt itirmədən Martinə getmək lazım olduğunu deyib tərpəndi. Bütün Arublular da ayaqa qalxıb bu iki nəfərin dalıyca getməyə başladı. Artıq ulduzlar asta-asta çıxmağa başlayanda  Stivgil uzaqdan, yerə enmiş uçan boşqabı görən kimi dəli kimi oraya qaçmağa başladılar. Arublular isə qorxudan eləcə uzaqda durub izləməkdə idilər. On dəqiqədən sonra Stivlə Martın uçan boşqaba çatmışdı. Heyrətlə naməlum uçan boşqaba , əslində isə hərəkətsiz dayanan obyektə baxa-baxa ətrafında gəzən Martin birdən , burada giriş qapısı var, özü də açıqdır deyib Stivə səsləndi. Hər ikisi ehtiyyatla obyektin içinə daxil olub maraq və qeyri adi vəhşi bir istəklə axtarış aparmağa başladılar. Obyektin içində kiçik çıxıntadan və o çıxıntının üzərindəki bir parça kağızdan başqa heç nə yox idi. Stiv kağızı götürüb uca səslə oxumağa başladı:  
Hələ öz keçmişinə qayıtmaq kimsəyə nəsib olmamışdı. O üzdən bilin ki, sizlər buraya boş yerə gəlməmisiz. İki insan gün gələcək bütün insanlığı yenidən dirildəcək. Sizlər məhz bu üzdən buradasız. Xeyir və şər ruhlu bu doqquz nəfər, uşaq yaşlarından bu iş üçün seçilmiş və məqsədli şəkildə buraya gətirilmişdir. Həyatınız donub. Kim geriyə dönəcəksə öz həyatına qaldığı yerdən, qaldığı andan başlayacaq, amma , burada siz qocalan deyilsiz. Kimsə qocalıqdan və xəstəlikdən ölən deyil. Qarşıdakı min illər boyu hər kəs öz funksiyasın dərk edəcək. Hamınız bir olub insanlıq üçün çalışsaz o zaman hamınız sağ qalacaq və hamınız geriyə dönəcəksiz. əks halda qarşısı alınmaz müharibələr baş verəcək və çoxunuz burada qan içində öləcəksiz. Yalnız ali məqsədə xidmət edənlər öz zamanına qayıdacaq.
Stiv bu cümlələri oxuduqdan sonra Martinə baxaraq, bu nə demək istəyir, nə min illər, hansı ali məqsəd deyə soruşdu. Cavab yox idi. o üzdən Stiv məktubu götürüb çölə çıxıb bir siqaret yandırdı. Martin də ardıyca çarəsiz halda çıxıb gəldi. Elə bir az addımlamışdılar ki, obyektdən qəribə uğultu səsi gəldi və bir anın içində yuxarı qalxaraq yoxa çıxdı. Anlaşılmaz cavabsız suallarla Stivlə Martin ağır-ağır geri döndülər.


Yorumlar

Bu blogdaki popüler yayınlar

Cəmiyyətimizin bu günü..

Albaniya haqqında

yarımallah 7-ci hissə