Cəmiyyətimizin bu günü..

Millət olaraq qəribəyiq vallah. Iki il öncə sosial şəbəkələrdə kitab təbliğatı dalğa kimi başladı. Demək olar hamını bürümüşdü. Nə qədər gəncimiz başlamışdı kitabla şəkillər çəkdirib paylaşmağa. əsas o idiki, hətta oxumayan insanlar belə kitaba meyl edirdi.  Amma bəzi ağzıgöyçəklər başladı ki, əşşi onlar özlərin reklam edirlər, kitabla gözə girirlər, qız tutmağa çalışır bu əxlaqsızlar. Nəticədə insanların kitaba olan sevgisini məhv etdilər. Ay şərəfsiz!!! Sənin kimilər maşınlarına Ələsgəəər ay ələsgər siqanlı qoyub , Üzeyirin mənasız mahnılarıyla qız, qadın dalınca düşəndə olar, amma , bir gənc kitabla bir qıza yaxınlaşa bilməz? Bax millət olaraq özümüz işıq gələn hər dəliyə barmaq edirik. And ola Zevsə ki, Sabirin, Cəlilin dövründəki həmin xalqıq. Heç dəyişməmişik. Dəyişən sadəcə geyimlərimiz və şəhərlərimizdir. Zehniyyət baxımından 100 il öncəki xalqıq. Haradan elm təhsil mədəniyyət qoxusu gəlirsə ora düşmən münasibətilə baxırıq. Bir gənc oğlan kitabxanaya gedir ona mamauşağı damğasın vururuq. Bir qız rayondan təhsil dalıyca Bakıya gəlir ona o saat əşşi o Bakıya oxumağa yox, oğlanlara özünü göstərməyə gedir deyərək hər cür şərəfsizliyə əl atırıq. Ölkədə qaragüruh olduqca çoxdur. Bunların qabağın almaq üçün bizə savad təhsil mədəniyyət lazımdır ki , nə təhsilimiz o gücdədir nə də cəmiyyətimiz. Cəmiyyət olaraq kimik, nəçiyik? Qoy deyim bir-bir. Ancaq öz evim öz namusum deyib başqalarının namusuna toxunan xalqıq. Mənim arvadıma kimsə söz deməsin amma mən kimin arvadın sosial şəbəkədə görsəm yazıb seks təklif edə bilərəm , arxasınca düşüb söz ata bilərəm. Yaxşı kişi arvadın belə dar, qısa geydirib çölə buraxmaz deyərək hər cür oğraşlığı edirik. Indi bu oğraşlar mənim bu yazıma da min cür don geydirəcək bu dəqiqdir. Amma yenə də davam edək. Lotu vor v zakone yolu ilə gedən gənclər var. Kişilik namus qeyrət deyib bağırırlar. Harada zəif gördülərsə əlində nə varsa götürüb döyüb alçaldıb yola salırlar. Adını qoyurlar dvinejie. Amma polis görən kimi az qalırlar altlarına batırsınlar. Çaqqal sürüsü kimi gəzib tək adam görən kimi üstünə tökülüşüb sonra da deyirlər polisə şikayət etmə. Şikayət etsən kişi deyilsən. Ay oğraaaaş ... sənin elədiyin kişilikdirmi ? Bunun günahı kimdədir? Özümüzdə . bunu edən Amerika Avropa deyil. Özümüzük. Bacardığımız ancaq xırda dedi qoduları böyütmək və milli əhəmiyyətli söhbətlərdən yayınmaqdır. Ölkədən 3 milyard avro ofşor zonalara çıxarıldı. Kimsə ağzın açıb bir söz demir. Amma bir ateist bir şey yazan kimi başlayırlar şirə dönməyə. Məmurlar xalqı yeyib bitirib indi sümüklərin gəmirir biz isə hələ də  filankəs allaha qarşı yazdı, beşmankəs qısa yubka geydi budları çöldə qaldı davasın edirik. Buyuq. Bundan o tərəfə keçə bilmirik. Qısa geyən bu xalq üçün fahişədir, ateist isə oğraş. Heç yadımdan çıxmaz. Bir dəfə ateizmlə bağlı mənə sual verdilər rayonda. Tarix , quran və məntiqlə onlara hər şeyin  puç olduğunu anlatıb gözlərin açanda kimsə cavab verə bilmədi deyə yan stolda oturan Mirzə adlı narkoman biri əlinə bıçaq alıb  məni ölümlə hədələyəndə ,bayaqdan dili lal olan dindarlar cuşa gəldilər. Görürsənmi allah öz dinin öz adın qorumaqçun hər kəsə din qeyrəti verib. Məhz bu üzdən də allah və onun dini yaşayacaq. Ölümü də gözə alıb dedimki, məgər allahın öz qeyrəti yoxdurmu ki insanlara qeyrət yükləyib bir birinə qırdırır sonrada deyir ki mən sizi ananızdan çox sevirəm. Budurmu allah ? Cəmiyyət olaraq sönmüşük.. ölmüşük basdıranmız yoxdur. Son nəfəsin verən iri bədən kimiyik. Bizə əlavə nəfəs lazımdır. Bu nəfəs isə yalnız elmdir, mədəniyyətdir. Kitab oxuyun dostlar. Gedin əlinizdə kitabla istədiyinizə yaxınlaşın. Lap belə kitabla özünüzü reklam edin.  Qorxmayın. Kitabdan kimsəyə zərər gəlməyib. Nə vaxtsa o kitabdan bir sətir oxuyacaqsan. Və bu sətir sənin həyatını dəyişə bilər. Utanma dost. Sən pis iş görmürsən. Başqaları əlində bıçaqla narkotiklə gəzib xalqı məhv edəndə sən əlində kiçik günəş tutursan. Oxuyun oxudun . özünüzü kitabla reklam edin, mənasız geyimlə pulla yox.. çünki biz yalnız kitab və mədəniyyətlə bu bəladan xilas ola bilərik....

Yorumlar

Bu blogdaki popüler yayınlar

Albaniya haqqında

yarımallah 7-ci hissə