Babamın əkdiyi fındıq ağacına

Salam ey fındıq ağacı
Sənə gəlmişəm bu gecə.
Uşaqlıqdan şahid idin,
Ağlamışam səndə necə.

Baxma ki, ox düzəltməkçün
Budaqlarını qırmış idim.
Böyüklər dava edəndə,
Təkcə sənə qaçmış idim.

İndi də qaşıram sənə
Əvvəlki tək gözəmdə nəm.
Sən yaman günün dostusan,
Bilirsən göynəyir sinəm..

Eh qoca fındıq ağacı
Mənim lal dinməz sirdaşım.
Sənin yarpaqların sarı,
Mənimsə ağarıb başım.

Bilirəm nöş danışmırsan,
Bilirəm nöş çıxmır səsin.
Bu bağda hər ağac cütdür,
Səninsə yoxdur heçkəsin.

Mən də sənin günündəyəm,
Mənim də ağacım yoxdur.
Budağımdan tutanım yox,
Sənin qədər acım çoxdur.

Ehh bu qız da getdi məndən,
Bilirsən hansın deyirəm,
Budağına yazmışdımaa,
Gözəlim səni sevirəm..

Sənə ondan danışmışdım,
Yadında necə xoşbəxtdim.
Gəldim ki, bir az ağlıyam,

Ağladım. Sağol mən gedim...

Yorumlar

Bu blogdaki popüler yayınlar

Cəmiyyətimizin bu günü..

Albaniya haqqında

yarımallah 7-ci hissə