Unutmağın rəngi qaradı qardaş
Unutmaq dediyin bilirsən nədir?
Unutmaq gecələr içməkdi qardaş.
Arabir yadına salıb ağlayıb,
Sonra da özündən keçməkdi qardaş.
Unutmaq özünü itirmək demək,
Unutmaq sevgini bitirmək demək,
Unutmaq sevgini sondan əvvələ,
İlk görüş yerinə gətirmək demək.
İlk görüş yerinə gətirmək demək.
Kişilər sevdisə əbədi sevər.
Dilində unudar, qəlbində saxlar.
Başqa bir qadınla xoşbəxt görünər,
Gecələr arvadı yatanda ağlar.
Yorumlar
Yorum Gönder