![Resim](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjXJMYBNazIGcasicwPBMHaR0hrez_-HjEd09mvQzeURq3R2r1NaDTaeLiD7kEKhT6gdPDWxXWhx02M2VUUI0rWTwkiT6toyE1IQxNXfuIodvgi8J1vgb0bI156BsbKVWVFNoxVEAyo958/s1600/download.jpg)
Son vaxtlar ölkə gündəmini zəbt edən intiharlar təbii ki, hamımızın psixologiyasına müəyyən mənada təsir edir. Düzdür intiharın müxtəlif səbəbləri var və müxtəlif səbəbləri olduğu kimi intihar edənlərə də baxış bucağı tamamilə fərqlidir. bəziləri buna günah bəziləri çıxış yolu bəziləri cəsarət bəziləri də qorxaqlıq kimi baxır. kim nə deyir desin maddi problemlər heç vaxt intihara səbəb ola bilməz. İnsanları intihara cəlb edən ən böyük amil məhz onların yaxın ailə üzvləri və doğmalarının şəxsinə qarşı olan fikir və münasibətindən irəli gəlir. elə özüm də dəfələrlə intihar haqqında ciddi düşünüb özümə qəsd etmək istəmişəm. belə ki 2010-2011-ci illərdə Sərhəd qoşunlarının Çevik Hərəkət taborunda bir il hərbi xidmətdə olmuşam. xidmət zamanı sözün əsl mənasında cəhənnəmi gözlərimlə görmüşəm. vətən eşqiylə hərbiyə get, şəhadət arzusu ilə yaşa amma gəlib tam fərqli şey gör. vətəni düşməndən qorumaq atəşiylə alışıb yan amma səni üzən sındıran erməni yox qanı qanından , canı canından...