yeni şeirlər

Həyat budur qadası,
Yaşayan bir gün ölər.
Bu gün ağlayan gözün
Sabah əlbəttə gülər.
Heç nə əbədi deyil
Nə xoşbəxtlik nə kədər.
Bu gün bədbaxt görünən
Sabah olar bəxtəvər.
Dünənin ac nökəri
Bu gün hökm verirsə.
Sabah sənin növbəndi
Bir az düşün, gülümsə.
Şah da məhrum olacaq
Ya gec ya tez taxtından.
Vicdanlı insanlara
Dəyər verin vaxtında.
Həqiqət hələ sağdır
Deməyə çox sözü var.
Unutma hər gecənin
İşıqlı gündüzü var...

XXXXXXX


Mən boz sərçəyəm ,çılpaq ağacda
Yaşıl yarpağı yox budaq sevmişəm.
Hamı səni bir tumarlıq sevəndə
Mənsə səni qucaq-qucaq sevmişəm.
Qəlbimdən yaşımı silərsən deyə,
Bəlkə də üzümə gülərsən deyə,
Bir dəfə yuxuma gələrsən deyə,
Gözləmişəm səni qonaq, sevmişəm.
Sevəndə sevəsən açıq alınla,
Bütün varlığınla xəstə canınla,
Gördüm ki ,gəlmirsən , xəyallarınla
Gecələr qalmışam oyaq, sevmişəm.
Əriyib yox olum, belə qum kimi,
Elə hey alışım qəlb odum kimi,
Səni düşünmüşəm ən məsum kimi,
Elə bil ən körpə uşaq sevmişəm.
Həsrətin, kasıblıq və daha nələr,
Vecimə də deyil gedirəm hədər,
Mənimçün dərd deyil bu məsafələr,
Qalmışam illərlə uzaq sevmişəm.
Axı boz sərçəyəm ,çılpaq ağacda
Yaşıl yarpağı yox budaq sevmişəm.
Bütün hər kəs bir tumarlıq sevəndə,
Mənsə səni qucaq-qucaq sevmişəm...

XXXXXXX

Sən bir qaranquşsan, payız gələndə,
Yeni bir bahara köçüb gedərsən.
Sənə vətən olan saf ürəyimdən
İki qanad çalıb uçub gedərsən.
Mən indi durulmaz coşğulu suyam
Nə edim beləyəm, əzəldən buyam
İndi kasıblığmın payızındayam
Sən bahar olanı seçib gedərsən.
Daha gözləməzsən baharlarımı
Üstümə yıxarsan divarlarımı
Didib dağıdaraq damarlarımı
Son damla qanımı içib gedərsən.

Sən busan qaranquş dəyanətin yox
Payıza dözməyə cəsarətin yox
Hətta baharına sədaqətin yox
Hər il bir bahardan keçib gedərsən.

XXXXX

Həyat su kimi axır
Yaşlanırsan qadınım.
Məndən çıxıb gedirsən
Özgənin yatağında
Başlanırsan qadınım.
Elə bilirsən hamı
Mənim kimi çənəndə
Qırışını sevəcək.
Bədənin hər nöqtəsin
Hər qarışın sevəcək.
Bir iki gün sevişmək
Biraz xoş söz vəssalam.
Bu sevgin də yox olur.
Vicdan məhkəməsində
daşlanırsan qadınım.
İllər öz sözün deyir
Zaman axır su kimi
Yaşlanırsan qadınım.

XXXXX


Illər gəlib keçdi heyatımızdan
Səni görməyəli necə dəyişdin?
Saçların ağarıb üzün qırışıb.
Mən səni sevəndə çox cavan idin..
O vaxt gözlərində gülüş də vardı
Baxanda itərdim baxışlarında.
Sən başqa kişiylə qocalan vaxtı
Mən səni gəzirdim başqalarında
Indidə yanımdan ötüb keçirsən
Baxıram yerişin həmin yerişdi
Özün qocalmısan körpənsə gülür
Ondakı bu gülüş həmin gülüşdü.
Bilmirəm talemi apardı səni?
Hətta yanağından itib qəmzələr.
Sən cavanlığını itirən yerdə
Bir bilsən mən sənsiz itirdim nələr..

XXXXXX

Nə səninlə oldu nə də ki sənsiz
Sən getdin gözümdən yaş gəldi Sevda.
Bu gənc həyatımın qaynar çağında
Baharlarım itdi qış gəldi Sevda.
Əlim həsrət qalıbdır əllərinə.
Getdin məni atdın lap ən dərinə.
Mənim həyatıma sevgi yerinə.
Elə sənin boyda daş gəldi Sevda.
Artıq gecdi yadından çıxar adım.
Qüruruma görə özmü danladım.
Səni sevdiyimi o vaxt anladım,
Gördümki gözümdən yaş gəldi Sevda..
XXXXX


Yuxumdan keçirsən gəmilər kimi
Mənsə qoca liman, susub qalmışam.
Sənintək nə qədər cavan görmüşəm, 
Nə qədər gəmiyə yiyə durmuşam.
İndisə sənin də növbən çatıbdı,
Götür lövbərini uzaqlaş məndən.
Bağlanmış kəndiri əllərinlə aç,
Qaç, get arzulartək qoca sinəmdən.
Mən buyam limanam gedə bilmərəm,
Gəmilər yanımdan fit verib keçər.
Hətta qalmağımdan bezər qağayı
O qədər bezərki, tərk edər, köçər.
Sən cavan gəmisən dənizlərin çox,
Nə qədər limanlar gözləyir səni.
Daha heç bir gəmi mənə yol almaz.
Daha heç bir adam yoxlamaz məni.
Qoy gedim birazca içim təkliyə
Azacıq dənizə şərab çiləyim.
Yaman sıxılıram göyə əl açıb
Tanrıdan cavan bir gəmi diləyim

XXX


Səni unutduqmu düşünən anda,
Gördüm yox dilimin əzbərindəsən. 
İstədim çıxarım içimdən səni,
Gördüm yox içimdə ən dərindəsən.
Elə yerdəsənki ordan almağa
Əlim də çatmayır çıxarım səni.
Elə alışım ki, elə yanım ki,
Alışıb yandırsın buxarım səni.
Bax özüm yanıram odsuz alovsuz
Tüstü,hisim pasım tutur ciyərmi.
Hərdən düşünürəm bu qancıq üçün,
Bu qədər dərd həsrət acı dəyərmi ?
Sonra da deyirəm yoo vallah dəyər.
Səninçün məhv olub ölə bilərəm.
Unutdum deyərəm, çolaq olaram
Əl ayaqsız sənə gələ bilərəm.
Bəlkə də məzaram məndə cəsədsən
Bəlkə də dilimim əzbərindəsən..
Səni unutduqmu deyirəm amma
İçimin ən gözəl saf yerindəsən.

XXXX



Bağışla yenə də qapını döydüm
Bilirəm bu böyük arsızlıq oldu
Gəlmişəm deyəm ki dözə bilmirəm
Səndən o tərəfə yalnızlıq oldu..
Ayrılıq anları sən ağlayanda
Mən özgələriylə qatdım başımı
Indi sən xoşbəxtsən mən isə yalqız
Silirəm gözümdən axan yaşımı
Səndən o tərəfə yalnızlıq oldu
Dizin-dizin gəzib axtardım səni
Gəlmişəm deyəm ki, dözə bilmirəm
Üzüm ayağına, bağışla məni...

XXXX

Bu nə sirrdi hələ anlamıram ki, 
Nə dərddi, bəladı belə düşmüşəm.
Bir onu bilirəm hər gün hər axşam,
Səni özümdən də çox düşünmüşəm.
Səni düşünmüşəm yağan yağışda,
Özüm yağış olub gözdən yağmışam.
Sən çıxıb gedəni gör neçə ildi?
Xarirənə, adına bağlanmışam.
Səni düşünmüşəm əsəndə külək,
Dağınıq saçların düşüb yadıma.
Elə dərd çəkmişəm, sızlamışam ki,
Heç kimsə çatmayıb o an dadıma.
Səni düşünmüşəm səndən uzaqda,
Yanında başqası olduğu halda.
Səndən nəsə çox şey istəmişəm mən?
Yuxuma qonaq gəl, yanımda qal da !!!

XXX


Bu gecə bir ümid öldürmüşəm mən.
Daha gedənlər heç qayıtmayacaq.
Elə viran olub bu könül evim.
Daha heç bir adam dağıtmayacaq.
Nə edim mən buyam sən anlayarsan
Bir az içdim səni salaram yada.
Elə dərd cəkərəm üzülərəmki,
Hətta allahım da çatmaz imdada..
Bu gecə səni də öldürmüşəm mən.
Daha ətrin belə burmuma gəlməz..
Sən məni elə bir dərdə salmısan.
Elə incitmisən heç üzüm gülməz.
Sənin işin zatən ağlatmaq idi.
Nə olsun səni çox güldürmüşəm mən.
İçi sən qarışıq kimsə qayıtmaz,
Bu gecə son ümid öldürmüşəm mən.

XXX


Bir kişinin cəhənnəmdə yanmasıdır
Bir qadının yoxluğu.
O qadının yerini heç doldurmaz
Qadınların çoxluğu.
Axı sevgi gələr gəlməz ağıl gedər.
Beynini bir tərəfdə unutarsan.
Yaşadığın hər kiçik an
Sənə şirin nağıl gələr.
Birdən bir fırtına qopar
Ürəyin yerlə bir olar
O an qarışqanın yükü
Çiyinlərinə ağır gələr.
Bir ümid var çağır gələr.
Arxasıyca dəli kimi
Qışqır hayqır bağır gələr.
Hamı gələr ondan başqa.
Bircə onun gəlməməyi ürəyinə ağır gələr.
Və gedərsən.
Sahibsiz dəvələr kimi
Sahilsiz ləpələr kimi.
Lap ən sonda anlayarsan
Sağ ikən cəhənnəmin atəşinə atar səni
Bir qadının yoxluğu.
Nə illlah etsən doldurmaz onun yerin
Qadınların çoxluğu..

XXXX

Ağlamağıma baxma heç
Göz yaşımı sakit səssiz
Silməyi yaxşı bilirəm.
Sən gedəndə ölmüşdüm mən
Kasıblıq öldürməz məni, 
Ölməyi yaxşı bilirəm..
Sən olmayan gecələrdə
O qədər dərd çəkmişəm ki,
Elə üzülmüşəm, indi
Gülməyi yaxşı bilirəm.
Sən gedəndə anlamışdım
Bu cürə çıxıb getməzlər.
O üzdən özüm gedəndə
Gəlməyi yaxşı bilirəm..
İndi də qarşıma çıxıb
O qatil gülüşlərinlə
Öldürmək istəyən adam !
Anla mən çoxdan ölmüşəm
Ölməyi yaxşı bilirəm.

XXXX


Yorumlar

Bu blogdaki popüler yayınlar

Cəmiyyətimizin bu günü..

Albaniya haqqında

yarımallah 7-ci hissə