Kəşfiyyat üçün gedənlər atıq bir aydan yuxarı idi ki, kasapların yanında idi. Kasapların yeni lideri də bacardıqca onlara hər şeyi danışsa da bütün bunlar olduqca gərəksiz söz yığını idi. Göydən gəldilər savaşdılar sonra getdilər. Hamı eyni sözü təkrar edirdi. Hamısı ümidsiz idi. İstər Lili və Neyton istərsə də Martinin dəstəsi heç nə tapmamışdı. Onların bir aydan yuxarı çəkdikləri əziyyətləri bəhrəsiz olduğu üçün hamı geri qayıtmaq istəyirdi. Beləcə hazırlaşıb qaldıqları alaçıqfason çadırdan çıxıb hörülmüş evlərin arasından keçərək getmək istədikləri anda Kasap qəbiləsinin ən yaşlı sakini Martini gördüyü an oturduğu yerdən qalxıb onu  qəribə nəzərlərlə süzməyə başladı. Sanki hardasa Martini görmüşdü və onu tanıyırdı. Əslində Liligil bu bir ay ərzində ilk dəfə idi ki, bu kişini görürdülər. Sanki bir deyib peyda olmuşdu. Üzünə baxan kimi olduqca yaşlı olması açıq aydın nəzərə çarpan bu kişi Martinə baxaraq gedək sizə bir şey göstərim deyəndə Lili onun dediklərini tərcümə edərək getmək lazım olduğunu bildirdi. Qocanın asta addımları ilə təxminən 5 saat getdikdən sonra qayalıqlara çatan dəstə qocanın arxasıyca dar keçidlərdən keçib ən iri qayanın yanına gəldilər. Bu inanılmaz idi. qayanın üstü rəsmlərlə dolu idi. qoca əlindəki çomaqla ilk öncə naməlum uçan obyektin şəklin göstərdi. Ilk şəkildə UNO göydə idi. ikinci şəkildə isə UNO yerə oturmuş və yanında iki kişi var idi. kişilərdən biri əcaib formalı ikincisi isə normal çəkilmiş idi. üçüncü şəkildə isə UNO yox idi amma əvəzində iki kişinin arasında bir qadın var idi. 4-cü şəkildə isə əcaib görkəmdə olan adam yerdə uzanmış digər kişinin üstünə ayaqnı qoyub dayanmışdı. ən sonda kişi çomağı ilə əcaib formlı adamı göstərib Martinə işarə edərək “bu sənsən, sən onu öldürdün, ikisin də öldürdün, mən onda uşaq idim və sizi görmüşdm” deyərək qəzəb dolu nəzərlərlə Martinə baxdı.Lili bu sözləri tərcümə etdikdən sonra hamı heyrət və çaşqınlıq içində idi. hamının ağlına Kompasda yazılan “Martin Tayler 1708-ci il Qahirə” yazısı gəldi. Bu inanılmaz idi. Məntiqi əlaqələr nə qədər doğru olsa da bu inanılmaz idi. O üzdən hamı bu deyilənləri əzbərləyib bir an öncə kəndə qayıtmağı düşünürdü. Elə buna görə də hamı qoca ilə sağollaşıb qayalıqlardan bir başa kəndə yol aldılar.
Kasap qəbiləsinin yerləşdiyi uzaq şərq torpaqlarından geri dönmək üçün mütləq Turukların kəndindən keçməli idin. Çünki o yolun üstündə yerləşən ən böyük və yeganə məntəqə məhz Turukların kəndi idi. Kasaplardan Turuklara qədər təxminən 1 həftəlik yol var idi. oradan isə Stivgilin kəndinə cəmi bir neçə saatlıq yol qalırdı. 
Dəstə çıxıb getdikdən sonra Stiv İnannaya demək olar ki, ibtidai formada ingiliscə danışığı öyrətmişdi. Bu bir ay içində İnanna əsl mədəni qadına çevrilmiş və demək olar ki , bütün etiket qaydalarını mənimsəmişdi. Davranış və zərafət baxımından onu , orta əsr Fransa saray qadınları ilə müqayisə etmək olardı. Bu bir ay  içində İnanna Stivə həqiqətən aşiq olmuş və onu sevməyə başlamışdı. Hər dəfə Əli və balaca qızçığaz ov üçün meşəyə gedəndə İnanna və Stiv dəlilər kimi sevişir və artıq eyni bədənə çevrilmişdilər. Məhz buna görə də, Stiv birlikdə yaşamaq üçün ayrı ev tikməyə qərar vermiş və bu müddətdə yeni evi təxminən bir metr hündürlüyündə qaldıra bilmişdi. əslində o kənddəki insanları kölə kimi işlədib bir həftəyə evin tikdirə də bilərdi. Çünki hamı Stivi tanrı kimi qəbul edir və ona səcdə edirdi. Amma demokratik qərb düşüncəsi, insana verilən dəyər Stivi bunu etməkdən çəkindirmiş deyə  hər işini özü görmüşdü. Stiv və İnanna gələcək evləri üçün gündüzləri birlikdə torpağı palçığa çevirib kərpic kəsir, gecələr isə dəlicəsinə sevişirdilər. Sevişmək , xüsusən də sevdiyi kişinin ona toxunan əlləri İnannanı daha da cazibədar etmişdi. Indi İnanna elə bir gözəllikdə idi ki, onu görən hər kəsin içini titrədirdi. Bu bir ayda Stivgil çoxlu qida ehtiyyatı toplayıb qaxac etmiş və ev təsərrüfatı üçün lazım olan  hər şeyi tamamlamışdılar. Nəinki təkcə İnanna , hətta Əli və İnannanın yanındakı qızcığaz da xeyli dəyişmişdi. Klassik ərəb təfəkkürlü Əlinin yerini az da olsa müasirliyə meyilli Əli tutmuşdu. Düzü İnannanı dəyişmək Əlini dəyişməkdən xeyli asan başa gəlsə də Stiv yorulmadan Əliyə insanlığın azadlığı haqqında danışmış və az da olsa Əlini mühafizəkarlıqdan çıxara bilmişdi. Stiv qızcığaza öz qızınının – Cessinin adını vermişdi. Bu bir ay onlar arasındakı mənəvi bağları daha da gücləndirmiş və sevgi üzərində qurulan ailə səviyyəsinə çatdırmışdı.
Təxminən bir həftə sonra kəşfiyyata gedən dəstə də geri döndü. Onlar geri dönəndə evdə kimsə yox idi. çünki Əli və qızcığaz Cessi meşədə, Stiv və İnanna isə çayın kənarında idi. Evlərinin yanında isə yarımtikili yeni ev var idi. Axşama az qalmış ilk öncə Əli və Cessi yığdıqları giləmeyvələrlə meşədən döndü. Daha sonra isə Stiv və İnanna. Onlar həyətə daxil olanda dəstə, masanın ətrafında oturub giləmeyvəy yeyərək deyə-gülə söhbət edirdi. Elə ki hamı başın qaldırıb Stiv və İnannanı görəndə  sanki bir anlıq ortaya şok bombası atıldı. Hamı heyrətlə İnannaya baxaraq Stivdən “bu kimdir?” deyə soruşduqda o cavab verdi : hamınızın mağara qadını kimi tanıdığı İnannadır. Kimsə buna inana bilmirdi. Günəş kimi parlayan bu cazibədar qadın necə İnanna ola bilərdi axı ? Stivin təqdimatından sonra İnanna nəcib fransız qadınları kimi ayağının birini azacıq geriyə qoyub zərafətlə əyilərək gülümsədi. Martin ağzı açıq halda İnannanı seyr edirdi deyə nə edəcəyini bilmirdi. Stiv və İnanna Martinin yanına əyləşib hamıyla birlikdə gilənar yeməyə başlayanda birdən Cozef dilləndi: Stiv, qəribə bir şey baş verdi. Orada  bir qoca bizi qayalıqlara apardı. Qayada rəsmlər var idi. göydən yerə enən UNO  və iki kişi. Daha sonra isə o iki kişi bir-biri ilə qadına görə savaşır və biri o birin öldürür. Qoca öldürən kişinin Martin olduğunu göstərdi. Üstəlik o Martini tanıdığına da demişdi. Təbii ki, Stiv bunları eşidəndən sonra ilk öncə gülməyə başladı. O güldükcə bütün dəstə xüsusən də Martin şaqqanaq çəkib gülürdü. Amma birdən Stivin yadına kompas düşdü və bir anın içində duruxdu. Martin ondan nə olduğunu soruşduqda isə Stivin cavabı bu oldu: Bəs kompas ?
Axı üstündə sənin adın yazılan kompas onların əlinə necə keçib?  Üst paleolitin sonu və Mezolitin əvvəlində yaşayan bu xalqda sənin adın olan kompas nə gəzir ? O qoca kişi niyə səni tanıdığını deyir axı ?
Bütün bu suallar təbii ki cavabsız olduğu üçün Martin dilləndi: Sən də  bu cəfəngiyyata inanırsan ?
-         Əlbəttə yox Martin. Amma ola bilərki üzdən sənə bənzəyən kimsə vaxtilə buralara gəlib. Bəlkə də sənin ulu babandır ?
Bu cavab əslində az da olsa məntiqə uyğun idisə də, əslində həqiqət deyildi. Həqiqət o idi ki, 1711-ci ildə Stiv və Martin buralara gəlmiş və indiki zamanla yüz il öncəyə düşmüşdülər. Onlar birlikdə burada olmuşdular. Amma bunun fərqində deyildilər. Çünki ikisinin də beyni silinmişdi. Əsl həqiqətlər isə zamanı gələndə açıqlanacaqdı. Amma ona qədər tale öz sözün deməli idi.
Heçkəsin boğazından yemək keçmirdi. Hər kəs  biraz yeyib evə keçib yatmaq istəyirdi ki, birdən Neyton hamını maraqlandıran şeyi sopruşdu: Stiv bu yarımtikili nədir ?
-         Düşünüb qərara gəldim ki, İnanna ilə burada ayrı  yaşamaq lazımdı. O üzdən tikirəm.
-         Uğur olsun təzə bəy.
Stiv gülümsəyib baxışları ilə Neytonu yola saldıqdan sonra masanın kənarında dirsəklənib , başını ovuclarına dayayıb fikrə getdi. İnanna da eynən o cür oturub dirsəklənib , barmaqları arasından Stivə baxırdı. Stiv İnannanın bu baxışlarını görüb gülümsənərək qalxıb ona sarılaraq evə apardı. Kərpic kəsməkdən yorulduqlarına görə bir az öpüşüb qucaqlaşıb yatdılar.

əslində hamı yorqun olduğu üçün yatırdı, bircə Martindən başqa. Təkcə martin gözlərini tavana zilləyib baxırdı. Nə etsə də düşüncələrindən İnannanı silə bilmirdi. vaxtilə onu söyüb təhqir etdiyinə görə peşman olan Martin anlayırdı ki, bu hisslər sıradan insanlıq hissləri deyil. Bu eşq idi. o üzdən dözə bilməyən Martin yerindən qalxıb Stivgilin otağına yaxınlaşıb sakitcə qapıya söykənib onlara baxırdı. Ayın içəri süzülən işığı altında İnannanın çiyni və qolu qızıl kimi parıldayırdı. Martin nə edəcəyini bilmirdi. əziz dostu Stivin qadınına çevrilmiş bu keçmiş mağara sakini indi onun xəyallarına hakim kəsilmişdi. O üzdən həyətə çıxıb çarəsiz halda uzaqlara baxmağa başladı. Baxdıqca da kompas və qoca kasaplının dedikləri haqqında düşünməyə başladı. Heç nə anlaya bilməsə də , bir şeyi dəqiqləşdirmişdi: İnannanın qəlbini oğurlmaq lazım idi. o üzdən də səhərin açılmasını gözləyirdi. Səhər açılanda onun üçün nələr edəcəyini düşünüb , bu uzun saatları tez bitirmək üçün evə keçib yerinə uzanıb yatmağı qərarlaşdırdığı üçün otağına keçəndə , bir daha İnannaya  baxmaq üçün onların otağına gəldi. O qapıdan gizlin boylananda isə Stivin dodaqları İnannanın göbəyindən öpə-öpə aşağı enirdi. Otaqda isə asta iniltilər və tərpənişlər var idi. 

Yorumlar

Bu blogdaki popüler yayınlar

Cəmiyyətimizin bu günü..

Albaniya haqqında

yarımallah 7-ci hissə