Yarımallah 8-ci hissə
Elə bu an Stivin ağlına bir ideya gəldi. O tez
ağaclığa doğru qaçaraq 9 ədəd budaq və nazik uzun çubuqlar qopararaq geri
qayıtdı. Martindən bıçağı götürüb köynəyin çıxarıb cıraraq nazik uzun hissələrə
ayırdı. Daha sonra isə o nazik parçaları bir- birinə dolayıb budaqları əyərək ,
hər iki başından tarım bağladı. Anlaşılan o idiki Stiv kaman düzəldirdi. Beləcə
tezliklə 9 kaman və hər biri üçün 30 ədəd ox düzəldildi. Ümumilikdə 270 ox var
idi. oxlar hazır olduqdan sonra Stiv ayağa qalxaraq Turukların başçısın yanına çağıraraq ona əmr verdi:
Külək kimi sürətlə qaçın. Ağaclıqdan keçərək
Kasapların önünə çıxıb sapan və nizələrinizlə onları yubadın . biz də arxadan gəlirik.
Təxminən 300 nəfərlik turuk döyüşçüsü sürətlə meşənin
içi ilə qaçdığı vaxt Stiv də yerdə qalan 1700 nəfəri yığıb çöllüklə kasapların
ardıyca qaçmağa başladı. Təxminən bir saatdan sonra turuklar meşənin içindən
kasapları sapand atəşinə tutduğu vaxtda Stivgil də arxadan onlara yetişmişdi.
Turuklar meşənin içindən sapandla nizəylə daşla kasapların fikrin yayındırıb
meşənin içinə çəkir və dərhal özləri meşədə gözdən itirdilər. Nəticədə kasap ordusu dağılmış və nizamsız halda hərəkətət
etməkdə idi ki Stiv ox və kaman payladığı dostlarını aypara şəklində düzərək
nizamlı şəkildə onları ox atəşinə tutmağa başladı. Bu qədər uzaq məsafədən
atılan oxlar kasapları çaş-baş salmışdı. Hər ox hədəfə dəyirdi.. başçı nə qədər
hücum əmri versə də kasaplar qorxudan irəli gedə bilmirdi. Nəticədə on dəqiqə ərzində
270 nəfər kasap döyüşçüsü yerə sərildi. Bu mənzərəni seyr edən hər kəs qoru və
heyrət içində idi. kimsənin irəli getmədiyini görən kasap başçısı özü bağıraraq
irəli cumanda Stiv də o an irəli atıldı. Hər iki tərəf sakitcə lal-dinməz bu səhnəni
izləyirdi. Bir-birilərinə çatmağa az
qalmış Stiv özün yerə atıb əliylə tuta biləcək bir daşı yerdən götürüb ani hərəkətlə
yuvarlanıb qalxaraq daşı kasap başçısının sinəsinə tuşladı. Elə o an Stiv zərbədən duruxan başçının xayalarına möhkəm
bir təpik vuraraq onu iki qat əyilməyə məcbur etdi. Ağrıdan qıvrılan başçının sifətinə
diziylə iki möhkəm zərbə vuran Stiv onu tam yerə yıxıb boğazından asılmış insan kəllələrini götürərək
qəzəblə kasap döyüşçülərinə baxaraq bağırmağa başladı. Heç kəs qımıldamırdı.
Stiv bunu görüb qətiyyətli addımlara
onlara tərəf gəlib əlindəki insan kəllələri asılan kəndiri kasaplara göstərərək
çıxın buradan gedin deyərək əli ilə onların gəldiyi şərq torpaqların göstərdi.
Başçılarının yerdə zarıdığını görən kasaplar Stivin göstərdiyi tərəfə baxsalar
da onun nə demək istədiyini anlamırdılar. Həm də az öncə göydən yağan oxlar
onları elə qorxuya salmışdı ki , elə bilirdilər oraya getsələr yenə həmin şey
baş verəcək. O üzdən hamı nizələrin yerə atıb , diz üstə çökərək yalvarmağa başlamışdı. Stiv onların dilini başa düşməsə də
yalvarışlarını anlayırdı. Çünki onlar elə bilirdi bu qəribə ağ adam da hamı
kimi məğlub olduqları üçün onları ya öldürüb ya da kölə edəcək. Amma , Stiv kasapların
arasından ağ dərili, hündürboy bir döyüşçünü seçib onu ayağa qaldırdı. Hamının
gözü önündə başçının boğazından çıxardığı insan kəllələri asılmış kəndiri onun
boğazına saldı. Bu , yeni başçı sənsən demək idi və kasaplar da bunu anlamışdı.
Yeni başçı Stivin önündə diz çöküb təzim etdikdən sonra boğazından asılan ipi
çıxardı. Ipin ucunda klon əvəzinə dəri parçası bağlanmışdı. Sanki onun içində nə
isə vardı. Yeni başçı əlləri əsə-əsə dərini açıb içindəkin çıxardı. Stiv gözlərinə
inanmırdı. Bu əsl kompas idi. bəli kompas. Hardasa 18-ci əsrə aid olan kompas
yeni başçının boğazında idi. Yeni başçı təşəkkür əlaməti olaraq bu hədiyyəni
Stivə təqdim edəndən sonra döyüşçülərinə Ehey Daqa Qalaş deyib onları bir yerə
yığdı. Hamı birlikdə təşəkkür əlaməti olaraq diz üstə çöküb, səcdə edərək
qalxıb asta-asta oradan uzaqlaşmağa başladılar. Stiv əlindəki kompasa diqqətlə
baxanda altında bir yazı gördü. Martin
Tayler , Qahirə 1708-ci il. Stiv Martinin yanına gələrək əlindəki kompası ona
göstərərk, - bu nə sirrdir anlamıram heç, 2017-ci ildən gəlib üst paleolitin
sonuna düşmüşük, kompasda isə latınca Martin Tayler 1708-ci il yazılıb,- deyərək
sual dolu gözlərlə Martinə baxdı. Martin də heyrətlə kompası əlinə alıb bir
xeyli baxdıqdan sonra astaca,- görəsən bu necə qalıb ?- deyərək barmaqları ilə
yazıya toxundu. Bəlkə bunu mən götürüm?
-
Götür
, amma, araşdıraq görək bu hardan gəlib , kasapların əlinə necə düşüb ?
Nəyinə lazımdır axı ?
hardan düşüb düşüb də. Bir kompas bizə xeyir verən deyil.
-
Yox
Martin. Bu səni necə maraqlandıra bilməz axı ?
Mənə yalnız buradan getmək
maraqlıdır deyən Martin kompası cibinə qoyaraq yerdən kamanını götürüb kəndə
getmək üçün meşə yoluna keçdi. Bu yol kəsdirmə , həm də olduqca rahat və əlverişli
olduğu üçün Martin astaca ,- gedək , deyib meşəyə tərəf yönəldi.
Onun bu etinasız yanaşması Stivə heç cürə çatmırdı.
Bilmirdi kəndə geri dönsün yoxsa kasapların yurduna gedib orada kompasın hardan
gəlməsini araşdırsın. Getmək istəsə də, yanındakılar yorğun və halsız olduğu
üçün geri dönməyə məcbur qaldı. Stiv və dostları hamıyla sağollaşıb yola düzəldilər.
Kəndə qəhrəman kimi getsə də, əslində fikri ,zikri yalnız kompasda qalmışdı.
1708-ci ilin kompası bu dövrə necə gəlib çıxmışdı axı. Heç bir elmi fərziyyə
belə bunu açıqlaya bilmirdi deyə Stiv beynində bu fikirlərlə kimsəylə
danışmadan sakitcə addımlayırdı.
Meşənin içi ilə hamı sakitcə getsə bircə Əli ibn
Huseyn durmadan danışırdı. Qısa şort geyən Lilinin parıldayan qıçlarına
baxa-baxa durmadan yarı ərəb yarı ingiliscə danışırdı ki , bəlkə Lilinin diqqətin
çəkə bilər. O üzdən Lilidən bir addım da uzaq durmayan Əli ancaq özündən
danışırdı: Gördün də necə ox atırdım. Biz ərəblər döyüşdə əsl qəhrəmanıq. Bu Stiv
varee, dostun o başçının üstünə cummasaydı onu mən öldürəcəkdim. Biz ərəblər səhrada
aslan ovlayırıq, bunlar mənimçün heç nədir. Elə bu an meşənin içindən bir ayı nərildəyərək
düz onların qarşısına, talanın ortasına çıxdı. Özü də düz Lili tərəfdən. Iri qəhvəyi
ayı asta-asta Lilinin üzərinə gəlirdi. Qorxudan ayaqları tutulub, yerində donub
qalan Lili nə edəcəyəni bilmirdi. Elə bu an Əli irəli cumaraq kamanın arxası ilə
ayıya bir zərbə vurub , cəld kamanı ayının başına keçirib bir ayağını boynuna
dirəyib var gücü ilə ayını boğa-boğa qəhrəmancasına Liliyə baxaraq,- qaç Lili
,qaç deyib kamanı daha bərk sıxmağa
başladı. Nə qədər cəld olsa da Əlinin gücü ayı ilə bərabər ola bilməzdi. Elə
bir həmlədə ayı özün qabağa atıb, kamanı qopardaraq geri çevrilib Əlinin üstünə
cumanda, Neyton Ştars yerdən iri bir daş parçasın götürüb ayıya tulladı. Ayı
fikrini ancaq Əliyə yönəltmişdi deyə daşa tərəf dönmədi. əksinə daha da qəzəblə
nərildəməyə başladı. Cəngəlliyə dirənən Əlinin artıq çıxış yolu qalmamışdı.
Neyton bu dəfə daha iri daş parçasın götürüb ayıya tulladı. Ardıyca hamı iri
daşlarla ayını vuraraq məcbur etdilər ki oradan qaçsın.
Ayı getsə də, Əli hələ də əsirdi. Özü qorxu içində
olsa da bir qadına xilas etmək əsl qəhrəmanlıq sayılardı. Amma Əli o ayını
vuranda yalnız bir şey düşünürdü: Bəlkə bundan sonra Lili ilə yata bilər.
Lili isə onu xilas etdiyi üçün Əlinin yanına gəlib boynuna sarılıb təşəkkür
edəndən sonra, gedək deyib qolundan tutaraq ardıyca apardı. Təxminən yarım
saatdan sonra özünə gələn Əli az qala Napoleon Bonapart kimi şəstlə
addımlayaraq ən öndə gedirdi.
Əslində qorxu çox qəribə bir şeydir. Bircə dəfə
qorxunun üstünə getdinsə bir daha qorxu sənə yaxın duran deyil. Əli də məhz belə
etdi. Adi itdən qorxan Əli , vəhşi ayının üzərinə getdiyi an qorxunu dəf
etmişdi. Xilas olduqdan sonra isə o qorxu ondan tamamən keçib getmiş və sanki
yeni Əli dünyaya gəlmişdi.
Əsl şərq təfəkkürlü adam idi Əli. Lilini xilas
etdikdən sonra öz düşüncəsində Lili üçün başqa çıxış yolu qoymamışdı. Lili
ancaq onun olmalı idi. çünki o özünü Liliyə görə ayının qabağına atmışdı. Lili
isə Cozefin qoluna girərək arxxadan gəldiyi üçün, Əli geriyə baxa-baxa ona öz
hirsin qısqanclığın baxışları ilə bildirir və bayaqkı ayı kimi Cozefi boğmaq
haqqında düşünürdü.
Neyton da bunu hiss edib zarafatyana Liliyə ,- bəlkə Cozefin qolun
buraxasan? , deyib Əlini göstərdi. Hamını gülmək tutmuşdu. Əli isə bu gülüşləri
anlamadığı üçün şalvarının arxasına baxdı ki, birdən nə isə pis şey ola bilər .
Onun bu hərəkəti arxadakıları daha da güldürdüyü üçün Əli də məcbur qalıb
onlara qoşuldu ki, daha çox gülüş obyekti olmasın .
Bir neçə saatdan sonra artıq onlar kəndə
çatmışdılar. Kənddən olan döyüşçülər kəndə, Stivgil isə meşənin içindəki evlərinə
getdilər.
Yeməkdən sonra hamı evə istirahət üçün keçdi. Çünki
iki gün idiki onlar durmadan çalışırdı. O üzdən yorqun olduqları üçün hamı
sakitcə uzanıb yatdı. Stiv isə İnanna ilə söhbət etmək istəyirdi, amma,
İnannadan gələn sidik qoxusu onu çiyrəndirmişdi. O üzdən qərara aldı ki,
sabahdan etibarən ancaq İnanna ilə məşqul olsun və ona sadə təmizlik
qaydalarını öyrətsin. Otağa dolan qoxudan yata bilməyəcəyi üçün Stiv altına sərdiyi
heyvan dərisin götürüb zala keçərək bir küncdə uzanıb yatdı.
Səhər tezdən hamı oyanandan sonra , əldə olanları
yeyə-yeyə Stiv dünənki kompas söhbətin hamıya danışdı. Hamı bir-bir Martindən
kompası alıb baxıb digərinə ötürürdü. Bu kompas heyət üzvlərinin gələcəyə
qayıtmaq ümidlərini yenidən alovlandırmışdı. O üzdən hamı Kasap qəbiləsinə
gedib orada araşdırma aparmaq haqqında fikirni irəli sürdü. Martindən başqa
hamı getmək istəyirdi. Bircə Martin olduqca etinasız şəkildə kompas məsələsinə
olduqca maraqsız yanaşırdı. Uzun çəkən söhbətdən sonra axırda belə razılıq əldə
olundu : heyət 3 dəstəyə bölünəcək. Birinci dəstə kasapların yaşadığı yerə gedəcək,
ikinci dəstə o ətraflarda axtarışlar aparacaq, üçüncü dəstə isə evdə qalıb ərzaq
tədarukü görəcəkdi.
Birinci dəstəyə Lili , Neyton, Maks və Lola ,
ikinci dəstəyə Martin Cozef və Con feller daxil idi. onlar hazırlaşıb yola
çıxacaqdı . Sti, Əli və İnanna isə evdə qalıb ərzaq tədarükü görəcəkdi.
Neytonun düzəltdiyi masanın ətrafindakı hər kəs nə
iş görəcəyini anlamışdı. Bircə İnanna heç nə bilmirdi. çünki o murdar iy
verdiyi üçün hamı ondan uzaq qaçırdı. Kənarda oturan İnanna masadan ət parçası
götürüb yemək istədiyi üçün onlara yaxınlaşanda ilk öncə martin əsəblə ayaqa
qalxıb ,- tualet səndən daha təmizdir , deyərək əli ilə ona geri çəkilməyi əmr
etdi. İnanna qorxa-qorxa geriyə- öz yerinə keçib oturanda , Stiv ən dadlı ət parçasın
götürüb ona yaxınlaşdı. Nə qədər murdar qoxu gəlsə də , özünü saxlayıb İnannaya
əti uzadıb geri döndü. Az qala ödü ağzına gəlirdi. Lolaya baxaraq,- bu iki gündə
nə oldu ki bu belə iy verməyə başladı?-soruşdu.
-
Heç
nə, iki gündür ona nə qədər tualeti öyrətmək istəsəm də o meşəyə gedir və
yuyunmadan gəldiyi üçün onu evə buraxmırdım.
Martin İnannaya baxaraq,- o əsl heyvandır , deyib
gülə-gülə əlindəki ət parçasın sanki it qabağına atırmış kimi İnannanın önünə
tulladı. Stiv isə Martinə,- siz geri dönüncə əsl qadın görəcəksiz, deyib hətta
mərc də təklif etdi. Sən axmaqsan ,uduzacaqsan
, deyən Martin vecinə almadan ayağa qalxıb
evə keçdi.
Bir azdan bütün qruplar hazır idi. Stiv xüsusən
Lili və Neytona kasapları ciddi araşdırmağı tapşırıb , onlara lazımı elmi təlimatları
verdi. Martin və Lilinin dəstəsi çıxmağa tam hazır idi. Stiv ilk öncə Martini
bağrına basıb sağollaşdıqdan sonra , hamıyla eyni qaydada sağollaşıb onlara
uğur diləyərək , ən sonda yenə də lazımı təlimatları verib yola saldı.
Hamı getdikdən sonra Əliyə də ov etməyi tapşırıb
özü İnannanın yanına getdi. Əli taxta nizəsin və kamanın götürərək meşəyə ox
düzəltib ova başlamaq üçün gedəndə Stiv də İnannanı evdən çıxarıb, çantasın götürüb
gölə doğru apardı. İlk öncə özü soyunub gölə girdi və İnannaya da eyni qaydada
gəlməyi göstərərək əli ilə başa saldı ki o da əynindəki o kirli dəri örtüyü
çıxarsın. İnanna qorxa-qorxa tam soyunub büzüşmüş halda kənarda dayanıb Stivə
baxırdı. Stiv yenidən ona gəl deyib əli ilə çağıraraq gölə saldı. İlk öncə Stiv
özü ağzın yumub , barmaqları ilə qulaqlarından tutub gölə tam girdikdən sonra
eynisin də İnannaya etməyi tapşırdı. Bu isti havada suya girmək onun çox xoşuna
gəlmişdi. Daha sonra Stiv kənara çıxıb , çantasından üz qırmaq üçün alət və iki
ədəd iti kəsicisin götürüb geri qayıtdı. Kəsicinin birin açıb alətin içinə yerləşdirdikdən
sonra İnannaya yaxınlaşdı. Qorxmaması üçün onu sığallayıb mehriban nəzərlərlə
baxaraq, əlini ovcuna götürüb asta-asta alətlə qollarındakı tükləri qirxmağa
başladı. İnanna nə qədər qorxsa da qan çıxmadığını görüb sakitcə dayanmışdı. Növbə
ilə qolların , qıçların təmizləyəndən sonra qoltuqlarının altın qırxmağa
başladı. Ilk dəfə alət qoltuqlarına dəyəndə qıdıqlandığı üçün İnanna hətta
xoşallanmışdı. Daha sonra digər qoltuğunu da təmizləyəndən sonra Stiv İnannanı suyun
dayaz yerinə çıxardı. Ehmalla əlindəki alətlə onun qıçlarının arasını təmizləməyə
başladı. Sözün əsl mənasında bu qədər tük olduqca iyrənc görünsə də , Stiv bir
təhər özünü saxlayıb təxminən on dəqiqə içində İnannanın qıçlarının arasını tam
təmizlədi. Daha sonra yenidən gölün içinə girərək İnannaya yuyunmağı göstərən
Stiv təxminən yarım saatdan sonra İnanna ilə göldən çıxdı. Onun qarşısında əsl qadın
dayanmışdı. Stiv İnannanın gözəlliyinə baxıb bir daha heyrətlə tamaşa etdikdən
sonra çantasından hamam xalatını çıxarıb İnanaya geydirdi. Artıq kimsə ona
mağara qadını deyə bilməzdi. O İnannanın saçlarını üzündən arxaya doğru əliylə
darayıb çöhrəsinə doyunca tamaşa edirdi. İnanna isə bir kişinin baxışları
altında tamamən əriyib yoxa çıxmışdı. O əslində hər şeyi anlayırdı. Digər
insanların ona heyvan kimi yanaşdığını, Stivin isə ona tam başqa cür baxdıqını gözəl başa düşürdü.
Azacıq günün altında qurulandıqdan sonra Stiv də
paltarın geyib İnanna ilə birlikdə evə getdi. Evdə isə İnannaya sadə gigiyenik
qaydaları azı bir saat jest və mimikalarla başa salandan sonra ona evdə
oturmağı tapşırıb özü də meşəyə Əlinin dalıyca getdi.
Təxminən iki saatdan sonra onlar iki qoyun
ovlayaraq geri dönəndə , Əli həyətə girən kimi İnannanı görüb duruxdu. Stivdən
bu qadının kim olmasını soruşduqda , bu qadının həmin o mağara qadını – İnanna olmasını
eşidib dəliyə döndü. Hanı bunun tükləri ?
-
Qırxdıq
hamsın.
Üzünə bax bunun, bu Lilidən də gözəldir ki... Stiv
Əlinin heyrətinə sadəcə gülümsəndi. Əslində Əli heyrət etməkdə haqlı idi. çünki
heç kəs İnannanı üzündəki kirdən , saçının üzünə tökməsindən aydın görə bilməmişdi.
Indi isə tam fərqli, əsl qadın var idi.
Yorumlar
Yorum Gönder