Yarımallah ilk hissə
İlk dəfə deyildi ki, Stiv Harldson doğum günün tək
qeyd edirdi. Amma bu gözəl may səhəri Stivin 30 yaşının tamam olduğu gün sanki
ölüm günü kimi bir şey idi. Yeddi ay öncə gənc arvadını və körpə qızını yol qəzasında
itirən Stiv səhər 11-ə işləmiş sanki başına dəyən ağır zərbədən gözləri qaralan
adamlar kimi yuxudan qalxıb əynini geyinməmiş soyuducuya yaxınlaşıb , qutunun
dibində qalan yarım stəkanlıq meyvə şirəsin stəkana süzmədən başına çəkərək pəncərəyə
yaxınlaşdı. Pəncərəni açıb çöldəki təmiz havanı içinə çəkmək əvəzinə siqaret
yandırıb elə təzəcə çəkməyə başlamışdı ki birdən qapı zəngi çalındı. Çox güman
ki poçtalyondur deyərək qapıya yaxınlaşıb açdı. Doğrudan da gələn poçtalyon
idi. Axı ailəsini itirdikdən sonra onun qapısını kimsə açmırdı. Hamını acılayıb
özündən ayrı salmışdı. Lüt olduğu üçün qapını azacıq aralayıb poçtalyondan zərfi
alıb qapını bağladı. Arxeoloqlar birliyindən gəlmişdi bu zərf. Yenəəəə ? deyərək
zərfi açmadan bir kənara tullayıb siqaretini evin içində çəkə-çəkə heç bir məşğuliyyət
tapmadığı üçün yenidən yatmağa qərar verdi. Siqaretin kötütün stolun üstündəki
külqabıya atıb yenidən yatağa uzanıb yatdı.
Son üç ayda yuxularında ailəsini görmək eşqiylə
yatan Stiv bir dəfə də olsun istəyinə çata bilmirdi. Bunun üçün az qala səhərədək
ailəsinin qızının şəkillərinə baxıb ağlayaraq tanrını söyən Stiv əvəzində düz üç aydır ki, tanımadığı yad
qadını görürdü. Sarışın , mavi gözlü qadın
yuxularında əlini ona tərəf uzadaraq Stiiiiv məni xilas et deyə
yalvarırdı. Bu dəfə də eyni yuxunu
görürdü. Yenidən döyülən qapının səsinə oyanan Stiv əsəblə nə lazımdı deyə
bağırıb , xalatı əyninə keçirib qapıya yaxınlaşdı. Gələn onun yaxın dostu Martin Tayler idi.
Martinin 33 yaşı vardı. Gənc olmasına baxmayaraq o da savadlı və tanınmış
antropoloqlardan biri idi. Stivlə birlikdə bir neçə arxeoloji qazıntılarda
olmuş və zaman-zaman yaxın dosta çevrilmişdilər. Martin onu acılayacağını
bildiyi üçün Stivi qabaqlayıb siqaretin harda olduğunu soruşaraq əlindəki hədiyyə
bağlamasını ona adi bir əşya kimi uzadaraq doğum günün mübarək məzar adamı
deyib siqareti yandırıb sanki öz evindəymiş kimi rahat gəzişməyə başladı. Gəzə-gəzə
, bilirəm Elli və qızın Cesi üçün
darıxırsan yas saxlayırsan ,amma, bu gün burada özünə zülm edirsən. Biz İraqda
İlahə İnannanın məzarı olan böyük bir məqbərə
tapmışıq. Sənə ehtiyacımız var. Burada cüzamlılar kimi çürümək əvəzinə gəl bəşəriyyətə
yardım et. Orada da müharibə var. Məqbərəni tədqiq edək sonra get İŞİDlə döyüş
, alınsa öl, gəbər və ailənə qovuş. Bilki ailən səni bu halda görsəydi onlar
üzüləcəkdi. Qısa fasilədən sonra Stiv soruşdu: Nə zaman gedirsiz ?
-
Sabah.
Nə qədər verirlər ?
-
Azı
yüz min .
Yaxşı sabah məni götürün evdən, maşınım yoxdur hava
limanına gəlməyə. İndi isə hazırlaşım.
Martin
sağollaşıb gedəndən sonra Stiv bəlkə də son üç ayda ilk dəfə güzgü önünə keçib
özünə baxdı. Üzünü saqqal basmış, gözləri çuxura düşmüşdü. Amma bədəni həminki
idi. Çünki illərlə idmanla məşğul olmuş və sağlam həyat sürmüşdü. Bu bir neçə
ay onu belə asan yıxa bilməzdi.
Çimib
üzünü qırxandan sonra İraqa getməkçün ilk öncə sənədlərini hazırlayıb daha
sonra çantasını yığmağa başladı. İlk öncə ailəsi ilə birlikdə çəkdiyi son
fotosunu çantanın ön cibinə qoydu. Daha sonra isə enerji ilə işləyən üz qırxan
maşınını , kitabça və bir neçə qələm o cümlədən bir neçə dəst paltar , yuyunmaq üçün vasitələr, qurulanmaq üçün dəsmal
, bir neçə tarixi ensiklopediya ve arxeologiyaya aid olan kitablar, fotoaparat
və xırda lazımlı əşyalarını çantasına yığıb səhəri gözləməyə başladı. Aylardır
evindən kənara çıxmayan Stiv ilk dəfəydi evdən getmək üçün səbrsizlənirdi. Bəlkə
də ailəsinə qovuşacağını ümid etdiyi üçün belə idi. çünki İraqda savaş gedirdi.
Səhər
tezdən Stivin qapısı döyüləndə o artıq hazır vəziyyətdə Martini gözləyirdi.
Martin Stivə baxıb dedi : Səni yenidən iş başında görmək həqiqəqət gözəldir.
Yenə iki dost tarixə adımızı yazdıracıq.
-
Hələ
dur. Işin yox pilləkənlərin başındayıq deyə gülümsənərək Stiv qapını bağlayıb ,
açarları qapının ağzındakı gül qabının altına qoyub Martinlə birlikdə pillələri enərək maşına
doğru yol aldı.
Saat 7 tamamda hava limanına çatan Stiv gözləmə
zalındakı köhnə iş yoldaşlarını gördü. əfsanəvi heyət yenidən bir arada idi.
dünyanın ən güclü arxeoloqları, numizmatikləri, heraldikləri, dilçiləri,
etnoqrafları hamısı burada idi. Stiv bir-bir onlarla görüşəndə özü də üzündəki
təbəssümü hiss etməyə başladı. Axı bu insanların hamısı Stivə az qala tanrı
kimi baxırdı. Təkcə onun savadına və bacarığına görə deyil , insanlığına ləyaqətinə
, mərdliyinə görə hamı ona heyran idi. Stiv ailəsinin yoxluğundan sonra ilk dəfəydi
ki, lazımlı olmağın həzzin anlayırdı. Sevilməyin gərəkliliyin qürurunu
yaşayırdı.
Saat 5-ə işləmiş
artıq təyyarə Bağdad hava limanında eniş etməyə hazırlaşırdı. Stiv qarşıda onu
möcüzələr gözlədiyinə həddən artıq inandığı üçün bu qanlı İraq torpağına ayaq
basmaq üçün hamıdan tez can atırdı. Amma o bilmirdi ki, həyatının əsl gerçəkliyi
onu məhz burada qarşılayacaqdı...
Bağdad hava limanına ayaq basan kimi Stiv o isti
bürkülü havanı yasəmən ətri kimi ciyərlərinə çəkib qarşısına çıxan hər bir ərəbə
gülər üzlə Assalamu, Yallah deyə-deyə onları gözləyən avtobusa tərəf sevincək
irəliləyirdi. Bir saatdan sonra onlar artıq əvvəlcədən qalmaq üçün ayrılmış
otelə yerləşib İraq xalqı haqqında ingilis dilində olan bukletləri oxuya-oxuya
istirahət edirdilər.
Axşam tərəfi
Stivlə Martin Bağdadın mərkəzindəki Old City kafesinə getdilər. Bu kafeyə adətən xaricilər , əsasən türklər gələrdi.
Çünki bu boyda şəhərdə yeganə kafe idiki burada spirtli içkilər satılırdı.
Kafenin həyətində ona yaxın xurma ağacı vardı. Ağacların altında sərin bir yerə
masalarını çəkib sifarişlərini verdikdən sonra Stiv sözə başladı:
Sabah qazıntıya başlayırıq eləmi ?
-Hamilə qadınlar kimi nə tələsirsən? Dünən az qala
düşmən kimi qarşılayırdın məni. İndi nə oldu ? Martin gülə-gülə soruşdu.
Bilirsənmi Martin 3 aydır ailəmi yuxumda belə görə
bilmirəm. əvəzində düz üç aydır ki bir qadın gəlir yuxularıma. Məndən yardım
istəyir hər dəfə. Əslində mənə elə gəlir ki , o qadın hansısa Amerikalı və ya
Avropalı bir qadındır bəlkə də İŞİDin əlindədir. O üzdən gəlmişəm. Bəlkə onu tapa bildim ,
yardım edə bildim.
Martin Stivə baxıb başın bulayaraq həminki xəyalpərəst
,öz dünyası olan oğlansan , heç dəyişməmisən, biraz böyü deyərək ofisiantın gətirdiyi
sərin viskini başına çəkib mən səni bəşəriyyətə yardım etmək üçün gətirmişəm sən
isə bir qadını düşünürsən sözlərin də əlavə etdi.
Sən nə bilirsən ? Bəlkə də o qadın həqiqətdir.
Yoxsa 3 ay niyə yuxularıma gəlsinki deyərək Stiv də qarşısındakı viskini içib
bir siqaret yandırdı.
Stiv həqiqətən də xəyalpərəst insan idi. bəzən tək
qalanda həzin musiqi sədaları altında elə xəyallar qururdu ki, normalda özü də
bu xəyallara gülərdi. Gah Donald Trampın kürəkəni olurdu, gah BMT-nin baş
katibi olurdu, gah NATO-nun generalı , gah da bir neçə növ üzrə olimpiya
çempionu olurdu. Hətta bir dəfə Ümumdünya dövlətini qurub yer üzərində əsl cənnət
də yaratmışdı xəyallarında. İndi isə viskini içə-içə yuxularındakı qadını xilas
etməkçün İraqdakı ABŞ hərbi qüvvələrinin quru qoşunları komandiri idi və terroristləri
qıra-qıra qadını xilas da etmişdi, hətta iki güllə yarası alsa da qadının
qarşısında ağrıların biruzə verməyib filmlərdəki qəhrəmanlar kimi sərt üz
cizgiləri ilə “qorxmayın siz artıq azadsız” deyirdi. Onu xəyallardan oyandıran
Martinin səsi oldu. Qalx gedək daha.
Yatıb dincələk ki səhər tezdən iş başında olacıq. Buralarda günorta istidən işləmək
olmur deyib hesabı ödəyib qalxdılar.
Sübh azanı veriləndə elmi heyət artıq iş başında
idi. Çadırlar qurulmuş, qazıntı üçün fəhlələr də gəlmişdi. Bir neçə dəqiqədən
sonra Stiv təpənin ətrafın gəzərək ayaqla yoxladıqdan sonra qazıntının məhz
şimal istiqamətindən başlamasını bildirdi. Çünki şimal istiqamətində təpə
kiçilirdi. Çox güman bura ya məqbərinin girişi ya da uçmuş tərəfi idi. Fəhlələr
ərəb olduğu üçün Bismillah deyib əllərindəki beli torpaqa basdılar. Demək olar
ki bu fəhlələrin hamısı müharibənin xüsusən də qaniçən Səddam Huseynin
qurbanları idilər. əksəriyyəti də bu qazıntıya pula görə yox, xaricilərin
olduğuna görə gəlmişdi. Az qala hamısı sarışın amerika qadınlarının xəyalını
qurmuşdu. Qısa şort və yubkada ağ baldırları olan xarici qadınların xəyalı
onları bu qazıntıya gətirmişdi. Aralarında Əli ibn Huseyn hamıdan fərqlənirdi.
Olduqca dindar və savadlı (az-maz ingiliscə bildiyi üçün ) kimi görünsə də əslində
o da gözləri ilə qısa donlu xarici qadın axtarırdı. əfsus ki arxeoloji
qazıntıya gələn qadınlar- Lola, Mikaella, Culiya, Lili və Cenifer hamısı şalvar
geymişdi. Yəqin sabah qısa geyərlər ümidiylə fəhlələr yeri qazır və bir-birləri
ilə ərəbcə danışaraq xaricilərin onları istismar etməsindən, bunların
hamsının Mason olmasından danışaraq hətta
ara bir onları söyürdü də. Yanlarındakı tərcüməçinin ərəb olduğuna görə gəlmələrin
ərəb dili bilməməsindən qüdrətlənib Nasir ibn Malik adlı fəhlə isə ağız dolusu
onları söyəndə birdən dilçi alim Neyton Ştars ərəbcə cavab verdi: bizə demişdilər
İraqlılar mehriban qonaqpərvər xalqdır, siz həqiqətənmi iraqlısız ? Demək olar
ki ərəblərin hamısı pərt olmuşdu. Bircə Əli ibn Huseyn söymədiyinə görə fəxrlə
ingiliscə donquldandı ki bunların hamısı imansızlıqdandır. Bizim dinimizdə
söyüş haramdır. Bu əclaflar həqiqi islamı bilsəydilər indi siz də yəqin bizim
dinimizlə maraqlanırdız. Belələridir islamı gözdən salanlar. Neyton Əliyə baxıb
gülümsünərək haqlısan əziz dost deyib oradan uzaqlaşdı. Təxminən üç saatdan
sonra fəhlələr çığırmağa başlayanda başda Stiv olmaqla hamısı ora qaçdı.
Doğrudan da bura giriş idi. sadəcə fəhlələrdən biri səhvən daşı yerındən
oynatdığına görə təxminən bir metrlik çuxur yaranmışdı və az öncə söyüş söyən
Nasir də o çuxura düşmüşdü. Birazdan o çuxuru
giriş bərabərində doldurandan sonra məqbərənin içinə girmək mümkün idi.
qeydləri aparandan sonra ilk öncə Stiv ,ardıyca isə bütün heyət ethtiyatla içəri
girməyə başladı. Elə ilk addımdan hamı heyrət içində idi. əsas qapı üstü ləl-cəvahiratla
bəzədilmiş qızıldan hazırlanmışdı. Qapını açdıqdan sonra isə Stiv əsas zala
daxil oldu. Zalın divarlarında olduqca gözəl şəkillər, və mixi yazılar, sonunda
isə 3 qapı daha var idi. Ölü dillər üzrə
mütəxəssis Elvis Hartli və Şumeroloq Lili Conson asta asta mixi yazıları
oxuyurdular.
Olduqca qəribədir deyə Lili sözə başladı. Bu
yazılarda İlahə İnanna və ya İştar adı çəkilmir. Burada 2 tanrıdan bəhs edilir. xeyir və şər tanrılarından.
Onların arasındakı savaşlardan. Bu an Elvis Lilini çağırdı. Lili bura baaax.
Qapılar haqqında yazılıb burda. Gəl görüm burada İnannanın adı da var. Lili və Stiv tez Elvisin yanına gəldilər.
Lili yüksək səslə oxumağa başladı: birinci qapı İlahə İnannanın qulluqçularına
aiddir. Burada ona xidmət edən sadiq nökərlər dəfn edilib. İkinci qapıda İlahə
İnannanın sadiq döyüşçüləri dəfn edilib. Sonsuz aləmdə nökərlər və döyüşçülər
ilahəni qoruyacaq və ona qulluq edəcək. Üçüncü qapı haqqında isə deyilirki bura
girməyin. Burada insanlığın anası, xeyir ,bərəkət və sevgi tanrıçası İnanna dəfn
edilib. Bu otağa girsəz gələcəyinizdən məhrum olacaq və əbədi lənətə tuş gələcəksiz...
Lilinin sözlərindən sonra araya düşən azacıq sükutu
Əli ibn Huseyn adlı fəhlə pozdu. Bəlkə də həqiqətdir. Bizim dinimizdə də
cadunun olduğu haqqında inam var. Hətta Qurani Kərimin Fələq surəsində də cadugərlərdən bəhs edilir.
O üzdən mən qorxuram ki bu böyük bir cadu olar və hamımız bəlaya düçar olarıq.
Əlinin sözlərindən sonra digər ərəb fəhlələr və oranı mühafizə edən iki ərəb
polis də çığır-bağır salaraq, yoox bu otağa girmək olmaz deyib daha da əsəbləri
tarıma çəkirdilər. Hətta elmi heyətin də içində bu haqda fikir ayrılığı vardı.
Amma bu fikir ayrılığı ərəblərinki kimi xürafat yox elmi əsaslara dayanırdı.
Stivin köməkçisi Adam Conson sözə başladı. O vaxt Xeopsun ehramın açan
arxeoloqlar oradakı zəhərli qazların təsirindən ölmüşdülər. O üzdən mən təklif
edirəm ki, hazır laborantımız Kreq Devidson da burdaykən qoy analiz aparsın
otağı yoxlasın əvvəlcədən daha sonra biz girək. Stiv isə köməkçisi Adama
baxaraq deyəsən bizim içəridə olduğumuzu
unutmusan , zəhərli qaz olsaydı elə burada da bizi məhv edərdi deyib qətiyyətlə
üçüncü qapıya-İlahə İnannanın dəfn edildiyi yazılan otağa doğru addımladı.
Qapını açmaq elə də sadə deyildi. İri qızıl lövhədən
ibarət qalın bu qapını açmaq üçün müəyyən həndəsi silsiləni ardıcıl düzməli
idin ki açılsın. Azı iki saat hamısı bu qapıya baxa- baxa həndəsi ardıcıllığı
tapmaq istəyirdi. Bu an Stiv fəhlələrdən
birinə çadırdan onun çantasın gətirməyi tapşırdı. Bir neçə dəqiqədən sonra fəhlə
qaça-qaça təngənəfəs halda çantanı gətirdi. Stiv çantadan arxeoloji və tarixi
ensiklopediyaları çıxarıb biraz axtardıqdan sonra Tapdııım deyə qışqırdı.
İnannanın simvolu beş güşəli ulduzdur. Qapıda da ulduzun küncləri səpələnmiş
formadadır. O hissəcikləri bax tən ortadakı günəşi təsvir edən qabarıq formanın
üzərində birləşdirmək lazımdı. Kimsə bunu etməyə özündə cürət tapmırdı. ərəblər
caduya görə, arxeoloji qazının heyəti isə zəhərli qazlara görə. Buna görə də
Stiv özü qapının üzərindəki hissəcikləri yığıb ulduzu tamamladıqdan sonra ,
ulduzun ortasındakı qabarıq günəşə bənzər formanı içəri sıxdı. Elə həmin an
qapı azacıq açılan kimi hamısı geriyə doğru qaçdı. Ağır olduğu üçün Stiv qapıya güc verib yetələyib tam açandan
sonra əlindəki fanarla otağa baxdı. sonra isə geri çevrilib Martiin burada zəhərli
qaz yoxdur gəl deyib ilk öncə Stiv çantasın götürüb otağa daxil oldu. Daha
sonra isə antropoloq Martin , etnoloq
Lola, etnoqraf Cozef, dilçi Neyton, Əli ibn Huseyn, paleontoloq Maks Rid,
şumeroloq Lili Conson və numizmatik Con Feller də otağa daxil oldu. Otaqda demək
olar ki divar rəsmləri və bir iki əşyadan başqa heç nə yox idi. sadəcə sağ
küncündə rəngli saxsıdan hazırlanmış iri güldan, qapının yanında bir ədəd qızıl
və gümüş qatışığından hazırlanmış stul var idi. əvəzində nə bir qəbr nə də izi
görünmürdü. Az qala Stiv əlləriylə hər bir divarı qarış-qarış yoxladı, yerdəki
plitələri tək-tək yoxladı. Yenə də heç bir iz görünmürdü.
Stiv sakitcə bir küncdə çöküb oturaraq üzünü Martinə
tutub güya biz buraya bəşərriyyətə töhvə verməyə gəlmişdik , heç ilahənin qəbri
yoxdur deyib sakitcə bir siqaret çıxarıb yandırdı. Yenidən özünə təsəlli verməkçün
, olsun o biri otaqlara baxarıq, bəlkə nə isə tapdıq deyib ikinci tüstünü ciyərlərinə
çəkmək istəyirdi ki , elə bil otağın içində atom bombası partladı, ətrafı gözü
kor edən düm ağ işıq bürüdü bir anda. Içəridəkilərin hamısı səsdən qulaqlarını
tutub dəli kimi zarıyırdılar. Zalda olanlar isə bu mənzərəni görüb qorxudan çölə
doğru qaçmağa başlamışdılar ki, təxminən bir dəqiqə sonra səs və işıq seli kəsildi
və ən arxada qalıb çölə çıxmağa macal
tapmayanlar qorxa qorxa geriyə baxdılar. Otaqdan nə bir səs nə bir səda gəlirdi.
Çöldəkilər də səsin kəsildiyini görüb asta-asta içəri girməyə başladılar.
Hamısı birlikdə otağa doğru baxa-baxa sakit addımlarla yaxınlaşdı. Hamı donub
qalmışdı. Otaqda kimsə yox idi. Elə bil burada heç vaxt insan olmamışdı. Kimsə
nəsə deməyə cürət etmirdi. Eyni anda hər kəsi peşmanlıq və heyrət hissi
bürümüşdü. Bilmirdilər Stivgili otağa buraxdıqlarına görə peşman olsunlar yoxsa
bu hadisəyə görə heyrət etsinlər.
Məqbərənin
içindəkilər çaşqın halda olduqları vaxt Stivgil tam ayrı bir yerdə gözlərini
açdılar. Az öncə səhranın kənarındakı təpənin altında yerləşən məqbərədə
İnannanın qəbrin axtaran heyətin doqquz nəfəri yaşıl dağlı, meşəli , çaylı bir ərazidə böyük
çaşqınlıq içində donub qalmışdılar. Bura haradır? Biz bura necə gəldik? Haradan
gəldik? Sualları hamının beynində dolanırdı. Bunun necə baş verdiyi haqda heç kəsin bir mülahizəsi olmadığı bu anlarda hamı birdən
sağ tərəfdən gələn səsə doğru baxdı. ormanın içindən çıxan olduqca qəribə görkəmli,
əllərində uzun çubuq və daşlar olan 10-a yaxın insan bir atı meşəyə doğru
qovurdu. Insanların demək olar hamısı yarı çılpaq haldardı və yalnız aşağı ətrafları kobud şəkildə heyvan dəriləri
ilə sarınmışdı. Qorxa-qorxa Lili sözə
başladı. Deyəsən biz keçmişə düşmüşük. Stiv də başı ilə təsdiqləyərək mən də elə
düşünürəm atı qovmalarına görə azından Eneolitdə deyilik. Çünki insanlar
eneolitdə atı əhilləşdirdi. Burada isə ona daşlayırlar, yəqin ki ovlamaq istəyirlər.
Özü də silahları primitivdir. Hətta deyə bilərəm Mezolitdə də deyilik. Çünki ox
və kaman yoxdur. Martin də söhbətə qatılaraq , yəqin ki Neandertaldan homo
sapiensə keçid dövrüdür, çox güman üst paleolitdəyik, çünki insanların bəzilərinin
qaməti dik bəzilərinin isə əyridir, bəzilərinin bədən tükləri seyrək, bəzilərininki
isə coddur.
Birdən Stiv əlindəki sönmüş siqaretə baxıb az qala
dəli kimi bağırdı: İçin sikim
içiiiiinnn... əgər belədirsə bəs siqaretsiz necə dözəcəm?-deyərək tez
cibindəki siqaret paketin açıb dənələri saydı. Tam 11 ədəd siqareti qalmışdı.
Stiv üçün hansı dövr olması elə əhəmiyyət
kəsb etmirdi. Çünki itirməyə heçnəyi yox idi. tək dərdi məhz siqaret idi.
Hamı astaca ayağa qalxdı. Stiv ətrafa baxdıqdan
sonra əli ilə ormanın aşağısın göstərərək, baxın oradan tüstü çıxır, yəqin
yaşayış məskənidir , gedək deyib öndən yol aldı. Hamı sakitcə onun arxasıyca düşdü. Təxminən
yarım saat dinməz söyləməz, bir kəlimə belə danışmayan 9 nəfər insan artıq
yaşayış məskənin, oradakı insanları , evləri görürdü. Başlarına nə gələcəyini
bilmədən , qorxu ilə hamı kəndə doğru addımlayırdı. Elə bu an etnoloq Lola
Kamenski, birdən bizi öldürərlər , bəlkə bunlar adamyeyəndi deyib qorxa-qorxa
sual verəndə Martin əlini belinə atıb, kəmərinin altından rus istehsalı olan
Makarov tapancasını çıxarıb, 10 gülləsi də var, bayaq məqbərədəki polis stolun
üstündə unutmuşdu deyə götürdümki qaytarım,amma, qismət olmadı deyib gülə-gülə
Lolaya təskinlik verməyə başladı ki, qorxma Martin səni qoruyacaq. Silahı görən
kimi Stiv o an tapancanı ani hərəkətlə Martinin əlindən qapdı. Ver bura, birdən
kiməsə atəş açıb qan tökərsən deyib silahı öz belinə qoydu.
Artıq kənddəki insanlar da bu 9 nəfəri görmüşdü.
Asta-asta kənddə kim vardısa hamısı bir yerə toplaşdı. Oradakı insanların
çoxalmağını Stivgil də açıq-aydın görürdü. Çarə yox idi. Getməli idilər. Təxminən
on dəqiqədən sonra Stivgil kəndə daxil oldu.
Ətrafda taxta və qamışdan hörülüb palçıq və təzəklə suvanmış səliqəsiz
evlər, evlərin arasında tam mərkəzdə iri bir ocaq, ocaqın ətrafında üç nəfər
yaşlı qadın, onlardan sonra isə boş meydançada təxminən yüzdən bir qədər artıq
kənd sakini. Demək olar ki hamısı yarı çılpaq idi. Bəzilərinin üzləri
şimpanzenin üzündən qətiyyən fərqlənmirdi. Hamının üzü tüklüydü. Qadınların
kirli döşləri, qoltuqlarındakı və qıçlarındakı tüklər isə olduqca murdar mənzərə
yaradırdı. İnsanlara yaxınlaşdıqca kəskin baş gicəlləndirən qoxu radikalcasına
hamının burnun işğal edirdi. Bu yarı çılpaq tüklü adamlar elə bil ömürlərində
bir dəfə də olsa çimmək bir yana, heç yağış altında da islanmamışdılar.
Bütün bunlara baxmayaraq Stiv öndə duran iri cüssəli , əlində uzun dəyənək
tutan dik qamətli insana ehtiramla salam verib əlin uzatdı. Elə bu an həmin o
hamıdan hündür hamıdan cüssəli olan adam dəlicəsinə bağıraraq əlindəki dəyənəyi
havaya qaldırdı. Ardıyca kənddəki bütün kişilər və yeniyetmələr də əllərinə daş
və dəyənək götürüb bağırmağa başladılar. Asta-asta o cüssəli adamın arxasıyca
Stivin üzərinə yeriyərkən elə bu an təxminən
yüz metr aralıdan iri bir vəhşi öküz sürüsü kəndə doğru qaçmağa
başladı. Yəqin ki ormana doğru gedərkən bağırtı səsinə reaksiya vermiş o üzdən
hücuma keçmişdilər. Sürü artıq onlara çatmaqda idi. hamı çaşqınlıq içində olarkən
Stiv bayaq Martindən aldığı silahı belindən çıxarıb ən öndə gələn ən iri öküzü
nişan alaraq bir atəşlə yerə sərdi. Silah səsindən hürkən sürü geri qaçmağa
başlayarkən kənd əhalisi heyrətlə Stivə baxırdı. Silahdan çıxan səslə eyni anda
yerə sərilən öküzün cəsədi onlar üçün əsl möcüzə idi.
Elə bu an həmin cüssəli adam Stivin qarşısında səcdə
edib anlaşılmaz sözlər deyə-deyə yeri öpməyə başladı. Stiv əyilib həmin adamı
qaldırmaq istədikdə isə o qorxa-qorxa İL-İL deyə-deyə səcdə halında geri doğru
çəkilərkən , bütün kənd əhalisi onun kimi
eyni şəkildə birlikdə İL-İL deyə-deyə səcdə etməyə başladı .
Anlaşılan o idiki keçmişin insanları Makarov
tapancasının sayəsində Stivi tanrı kimi qəbul etmişdi. Kim uzaq məsafədən daş
atmadan, dəyənək vurmadan iki tonluq vəhşi öküzü öldürə bilərdiki? Əlbəttə ki
tanrı.
Bir neçə dəqiqədən sonra isə ocaq ətrafındakı ən
kök qadın ayağa qalxaraq ağır addımlarla Stivə tərəf gəlib səcdə edərək
ayaqlarından öpüb , əliylə Stivin ayağını qaldırıb öz başına qoyaraq torpağı öpə-öpə
təxminən bir metr geri çəkilib Eheyaa buda deyib qışqırdı. Ardıyca bütün kənd əhalisi
eynən o qadın kimi səcdə edib Stivin ayaqlarını öpüb, başlarına qoydu.
Beləcə Stiv bir anın içində adi arxeoloqdan tanrıya
çevrildi. Çox güman yanındakı səkkiz nəfər də onun mələkləri olacaqdı...
Əslində Stiv nəinki dinə, heç allaha da inanmırdı.
Hətta o dərəcəd inamsız biri idi ki, Allahın varlığı və yoxluğu haqqında
danışmağı belə artıq vaxt itkisi hesab edirdi. Yalnız ömründə bir dəfə o
Allahın varlığını qəbul etmişdi. O da həyat yoldaşı və körpə qızını itirdiyi
zaman. Həkimlər yoldaşını və qızını xilas edə bilmədiklərini deyəndən sonra əməliyyat
otağına girib o qədər ağlamışdı ki, gözündən axan yaşlarla burnundan axan selik
bir birinə qarışmışdı. Elə həmin o selikli üzünü yuxarı tutub İlahi nədən ? Niyə
onları məndən aldın? Nədən axı ? deyə-deyə hıçqırtıyla ağlayırdı. Ağlamaqdan
gözündəki yaşı qurusa da ,içindəki
yanğısı keçməmişdi. Bu itki ona o qədər pis təsir etmişdi ki, həmin gün azı on
dəfə İlahi varsansa özünü , yoxsansa sözünü sikəcəm, əgər Qiyamət olsa qarşımda
diz çöküb yalvaracaqsaaaaaan , üzünə tüpürəcəm üzünəəəə deyərək yumruqlarını
yerə çırpırdı. Daha sonra isə dəlicəsinə gülməyə başlamışdı. Ha ha ha haaa .. bəndə
tanrı ilə cinsi əlaqəyə girəcək, bəndə tanrının üzünə tüpərəcək deyə-deyə öz
sözlərinə gülürdü. Ey xəstəxana əhliiii, ey xəstələrin yaxınlarııı, ey duaaa edənlər
!!! Tanrınızı altıma salacaaaaam deyə-deyə qışqıraraq gülürdü. Elə bu an Stivin
gözləri əməliyyat masasının yanındakı siyirməli şkafin üstündəki metal qabda
körpə qızının qopmuş qıçlarına sataşmışdı. Üzündəki dəli gülüşün yerini
anlatılması mümkün olmayan bir mimika almışdı. Yəqinki övladının qopmuş körpə qıçını əlinə alıb
bağrına basan atanın o ankı hissləri , mimikaları , çəkdikləri indi hamınızın
gözündə canlanır. Daha sonra həyat yoldaşının cırılmış üzü , qançır bədəni və
qızının masadan azacıq aşağı salannan qızıl saçı... Stiv ağlamaq istəyirdi amma
bacarmırdı. İçi göynəyirdi amma ağlaya bilmirdi həmin an. O üzdən az qala
boğazı yırtılana qədər bağırmışdı. Yalnız taqətsiz ,kənarda bir divara söykənib,
dizlərini qucaqlayıb , oturduğu yerdə dala-qabağa yellənərkən tibb bacılarından
biri ona su gətirib verəndə özünə gələn Stiv qalxıb otaqdan çıxarkən qəzəblə
göyə baxıb qapını çırpıb getmişdi. Sözləri bitən atanın son üsyanı idi o
baxışlar.
Əslində Stiv özlüyündə haqlı idi. 2016-cı ilin
oktyabrında Nyu-Yorkun mərkəzində müsəlman terrorist üstünə bomba bağlayıb ,
qırmızı işıqda duran avtomobillərin arasında yaxasını açıb Allahu Əkbər, La
İlahə İlləllah deyib özünü partlatmaq istəyərkən bunu görənlərdən biri tez
avtomobilini geri döndərib sürətlə geriyə doğru sürmüşdü. Həmin an da Stivin
arvadı Elli Harldson qızı Cessini bağçadan götürüb öz şəxsi avtomobilləri ilə
yan paralel küçədən geri dönərkən , döngədən çıxan həmin adam öz avtomobilini
yüksək sürətlə Ellinin sürdüyü avtomobilə yandan çırpıb əks yola çıxarmış və
qarşıdan gələn avtobus da Elli və Cessinin içində olduğu avtomobilin üstünə
çıxmışdı.
Beləcə Stiv dəfndən sonra özünə qapanmış, yalnız
dostu Martinin qətiyyətli sözlərindən
sonra yenidən özünü toparlayıb ekspedissiyaya başçılıq etməyi öhdəsinə
götürmüşdü. İndi isə o artıq özü bir tanrı idi və bütün kənd onun ayaqlarını
öpüb səcdə edirdi.
Stiv bir anlıq fikrə gedib yaşadığı o dəhşətli
anları gözləri önündə canlandırdıqdan sonra öz-özünə , madam ki, siz məni Allah
kimi qəbul etmisiz , o zaman bilinki mən o kitablardakı Allah kimi oğraş ,
alçaq, biganə və qəddar olan deyiləm, sizə hər şeyi öyrədib , sizi ədalətlə
idarə edəcəm deyərək cibindən bir siqaret çıxarıb yandıraraq daşın üstünə
oturdu. Elə bu an Martin zarafatyana əlini sinəsinə qoyub amiranə təbəssümlə
Stivə yaxınlaşıb, azacıq əyilib təzim etdikdən sonra dedi:
-İlahi biz dəhşət acımışıq. Səhər saat 5-də
Bağdadda yediymizin üstündəyik. Nə əmr edirsiz?
Stiv başını qaldırıb Martinə baxaraq gülümsəyərək
cavab verdi:
-Tanrı sizin üçün o boyda öküzü öldürdü. Soyun, kəsin,
bişirin və yeyək .
Bütün kənd yerdə oturub bu qəribə adamların nə
etdiklərinə diqqətlə baxırdı. Bir tərəfdə kənd camaatı oturmuşdu, digər tərəfdə
isə bu qəribə adamlar. Əksində hər iki tərəf bir-birini maraqla izləyirdi. Fərq
onda idiki, bu qəribə adamlar nəzakətlə , üst paleolitin adamları isə qorxu ilə
izləyirdi.
Stiv ayağa qalxıb , Cozef və bədəncə dolu olan
Maksı da çağırıb Martinin yanına öküzü bişirməkçün getdi. Martin demək olar ki,
əsl silah dükanı idi. çantasında növ-bə-növ
bıçaqlar vardı. Çantadan ən iri bıçağı götürüb öküzün başın kəsib , səliqəli
ilə dərisin üzdülər. Daha sonra isə içalatın çıxarıb yaşıl otların üstünə töküb
lazımı yerləri götürüb asta-asta öküzü kəsib doğradılar. Stiv yanındakılara,
dostlar gəlin bununun ətindən kabab çəkib hamıya paylayaq , qoy ağızları dada gəlsin
deyib daha şövqlə doğramağa başladı. Kömək lazım olduğu üçün Martin qadınları və
Neytonu da çağırıb onlara göstərdiyi ölçüdə çubuqlar tapmağı tapşırdı.
Artıq hava qaralana yaxın kəndi ləzzətli kabab ətri
bürümüşdü. Stiv o iri cüssəli kəndlini çağırıb əli ilə kənara ayırıb qoyduğu
çubuqları kəndə verməyi tapşırdı. Cüssəli adam heç nə anlamırdı deyə qorxaraq təzim
edirdi. Stiv əl işarələriylə çətinliklə onu başa saldıqdan sonra adam yanına
bir neçə az yaşlını çağırıb kababı kəndə payladı. Elə bu an Lola da çöldən dərdiyi
reyhan və nanələri də yuyub gətirib çatanın üstünə qoydu. Kənd camaatı əllərində
ətlə durub bu qəribə adamları izləyirdi. Gəlmələrin kababı reyhan və nanə ilə
yediyini görüb bir şey anlamasalar da onlar da əllərini yerə atıb ovuclarına gələn
otu ələfi qoparıb yeməyə başladılar. Necə də olsa tanrı kimi yemək onlar üçün fəxr olsa da yerdəki yabanı otlar dəhşət acı olduğu üçün üzlərini turşudub çətinliklər
yeyirdilər. Bunu görən Stiv əli ilə onlara nə qədər olmaz desə də camaat
anlamadığına görə məcbur qalıb uca səslə qışqırıb dayanın dedi. Əli ilə yerdən
bir çəngə ot götürüb camaata tərəf
uzadıb sonra ovcundan yerə tökərək əli onlara siz də tökün deyə sərt şəkildə işarə
etdi. Camaat hamısı qorxa-qorxa otu əllərindən yerə töküb təzim edib
kabablarını yeməyə davam etdilər. Kənd camaatı hamılıqla , yəqin bu tanrıların
yeməyidir , bizə otla yemək qadağandır deyə düşünürdü. Hətta başı bir az çox
işləyənlər düşünürdü ki yəqin bu qəribə adamların ağzı fərqlidir. Yoxsa bu acı
otları necə yeyərdilər?
Stiv kababı yedikdən sonra ocağa və odun yanından
ayrılmayan qadınlara baxaraq yanındakılara dedi :
-görürsüzmü? Anaxaqanlığındayıq. Bu qadınlar ocağı
qoruyur. Qoymurlar ocaq sönsün. Bəlkə də yüz ildir bu ocaq buradadır.
Elədir, Ona
görə də üzləri his-pas içindədir deyərək numizmatik Con da ilk dəfə ağzını
açdı. Hələ də nə olduğunu anlamayan , daha doğrusu heç cürə ağlına sala bilməyən
Əli ibn Huseyn isə kababı yeyə-yeyə birdən dəli kimi yerindən qalxıb üzünü Stivə
tutaraq , Siz axı xristiansız, öküzü qibləyə tutmadan bismillahsız kəsdiz, mən
isə müsəlmanam, mənə bu qadağandır deyib qaşqabağla baxdı. Stiv isə olduqca
mehriban formada , Əlinin ac qalmaması üçün yalandan , narahat olma Cozef sənə
görə üzü qibləyə kəsdi öküzü özü də bismillah da dediki sən rahat yeyəsən deyə
cavab verib üzünü Cozefə tutub , elə deyilmi Cozeff ?-deyib soruşdu. Cozef isə əlindəki
kababı ağzına salıb çeynəyə-çeynəyə :
-Əlbəttə. Mən Qiblənin olduğu tərəfə çevirdim
öküzün başın. Amma nəzərə alın ki, hələ Qiblə yoxdur, inşa edilməyib deyərək
yalandan təsdiq etdi. Əli isə sakitləşib yəqin düzdür deyib özünə təskinlik verərək
kababı yeməyə davam etdi.
Birazdan gecə düşəcəkdi deyə gəlmələrin ilk işi özlərinə
sığınacaq hazırlamaq idi. Kəndin yuxarısındakı təpənin üstü bunun üçün ən
münasib yer idi deyə hamı yeməyini bitirəndən sonra oraya getdi. Kişilər meşəyə
gedib lazımı qədər ağaç gətirdikdən sonra asta-asta hamı bir nəfər kimi
sığınacağı tikməyə başladı. Təxminən 5x5 metrlik yerdə 4 iri ağac parçasın kənarlara
basdırıb nazik budaqlarla da aranı doldurmağa başladılar. Sığınacağın üstün də
eyni qaydada budaqlarla bağlayıb üstünə uzun yarpaqları doldurub balaca daşlar
da qoydular ki, külək aparmasın. Sığınacağın için isə yumşaq olsun deyə yerə
ilk öncə çoxlu ot töküb, daha sonra isə üstünə o uzun yarpaqlardan yığdılar.
Artıq göyə ulduzlar görünəndə sığınacaq hazır idi. Stiv hələ də oturub qalan kənd
camaatının yanına gəlib onlara öz dilində təşəkkür edib əli ilə evlərinə getmələrini
bildirib özü təpəyə doğru getdi. Bu onların ilk gecəsi idi. hamısı yorqun və
halsız olduğu üçün tezliklə yuxuya getdi.
Səhər açılanda ilk öncə Neytonla Con oyanıb çölə
çıxanda gördülər ki , Əli təpənin aşağısında namaz qılır. Öküzün başı kəsilən
meşəyə tərəf dayanıb ərəbcə nəsə sözlər deyib əyilib dururdu. Təxminən yarım
saat sonra Neyton , birdən kənd camaatının onlara tərəf gəldiyini görüb tez
sığınacağa girib hamını oyatdı. Bir azdan hamı hazırlaşıb çölə çıxanda gördülər
ki kənd camaatı hərəsi əllərində bir şeylə təpənin aşağısında dayanıb. İlk öncə
başçı ana , ilk səcdə edən kök qadın əlində ölü bir it cəsədi ilə təpəyə qalxıb
Stivin qabağında təzim edib ,cəsədi ehtiramla yerə qoyduqdan sonra camaat da
eynən onun kimi yuxarı qalxıb, gətirdikləri it, pişik, toyuq, tülkü cəsədlərini, meyvələri və yerdə yabanı bitən müxtəlif
otları ehtiramla təzim edib yerə qoyub aşağı düşüb gəlmələrə baxırdılar. Kənd
camaatı əllərinə keçən hər canlını yediyi üçün elə bilirdi ki bu gəlmələr də
eynən onlar kimidir. Gəlmələrin hamısı bu mənzərədən , xüsusən də ölü it və
pişiklərin cəsədlərindən iyrənsə də Stiv də öz növbəsində ehtiramla onlara təşəkkür
edib gülümsündü. Elə bu an Neyton Stivə dedi:
-deyəsən bunların dilin anlayıram. Prototürk dilinə
oxşayır. Konkret dil quruluşları türk dilinə çox oxşardı.
Elə isə şumeroloq Lili və ölü dillər üzrə mütəxəssis
Elvislə danış və ortaq dili tapıb xəbər edin ki onlarla danışığa keçək, deyən
Stiv özü də aşağı düşüb kök qadının yanına gəldi. Neyton, Elvis və Lili də
onlara yaxınlaşıb qadına öz dillərində müxtəlif suallar verməyə başladı ki ,
qadın danışdıqca onun dilini anlasınlar , üzə çıxarsınlar. Adın nədir? Bura
haradır? Siz kimsiz ? ətrafda kimlər var kimi suallara qadın öz dilində nə isə
danışa danışa cavab verəndə Lili sevincək halda Stivin qulağına pıçıldadı:
-əski şumercədir. Anlayıram bunları.
O zaman başla deyib Stiv, Liliyə əli ilə önə keçməyi
işarə etdi.
Lili qorxa-qorxa sakitcə şumercə bir iki söz dedi.
Onun dediyi salam necəsiz sözlərini eşidən kənd kök qadının sevincdən gözləri
parladı və bir daha təzim edərək, tanrılar bizim kimi danışır deyib kənd
camaatına səsləndi deyə hamı yenidən təzim
etdi. Artıq bir neçə dəqiqdən sonra qadın özləri haqqında olan bütün məlumatları
vermişdi. Stiv , Lili və kök qadın asta-asta addımlayaraq söhbət edərdək həmin
ana da özünü təqdim etdi. Onun adı Böyük ana idi. Böyük ana söhbət əsnasında gətirdikləri
qurbanları bəyənib bəyənmədiklərini Stivdən soruşdu. Lilinin köməkliyi ilə Stiv
ona təşəkkür edəndə Böyük ana dedi:
-Biz daha başqasına qurban aparan deyilik, ancaq,
sizə verəcik.
Stiv qadından başqa kimə qurban verdiklərini
soruşanda qadın əli ilə dağın aşağısında görünən mağaranı göstərib oradakı
qadına qurban apardıqlarını bildirdi. Bu Stivə də maraqlı idi. o qadın kimdir
ki, bunlar ona təzim edir, qurban aparır. O yMartin isə bəlkə bir kofe içib gedək
deyərək yenə də adəti üzrə zarafat etdi. Gəlmələr bulaqda əl-üzlərni yuyub ,
axşamdan qalma kababları yeyərək hazırlaşıb dağa doğru hərəkət etməyə
başladılar. Təxminən min metrlik məsafədə olan mağaraya doğru gedərkən birdən
Stivin qabağına balaca bir küçük çıxdı. Olduqca şirin bir görünüşü vardı. Stiv
küçüyü qucağına alıb Martinə baxaraq, Martin yeni dostuma sənin adını verirəm deyərək zarafat etdi. Martin də öz növbəsində,
sən vəfasızsan, balaca Martini görən kimi məni unutacaqsan deyib gülərək cavab
verdi. Gəlmələr bir-birilə zarafat edib gülərək mağaraya gedəndə Əli də öz-özünə
düşünürdü ki, axı it haramdı bunlar niyə qucaqlayır iti? Sonra da mənimlə
görüşür. Beləcə bir neçə dəqiqədən sonra Stivgil mağaraya çatdı. Mağaranın
girişi enli olsa da , içəri doğru getikcə daralırdı. Bu dar keçiddən ancaq bir
adam keçə bilərdi deyə hamı Stivin arxasıyca keçib mağaraya daxil oldular.
Mağaranın kənarında qəribə düzümlü daşlar, divarlarda qəribə cizgilər ortada
balaca ocaq və ocağın yanında azyaşlı qız vardı. Mağaranın ən yuxarısında isə
bir qadın yarı çılpaq halda bardaş qurmuş şəkildə , saçını üzünə töküb
oturmuşdu. Sarı saçları olduqca kirli və pırtlaşıq olan bu qadının bədəninə
baxaraq təxminən 25-30 yaşlı biri olduğunu demək olardı. Həm də bədəni digər
qadınlara nisbətən daha az seyrək tüklü idi və hardasa 40-50 kilodan çox çəkisi
olmazdı. qadın yerindən tərpənmədən
oturmuşdu. Stiv əlində tutduğu küçüyü
sığallayaraq astaca qadına yaxınlaşdı. 8 nəfər də sakitcə az aralıda
durub izləyirdi. Ocağın yanındakı azyaşlı qız uşağı da maraq və qorxuyla bu qəribə adamlara xüsusən də Stivə baxırdı.
Əlləri dizləri üstündə olan qadının uzun
, kirlin dırnaqları qorxunc caynağa bənzəyirdi deyə Stiv ehtiyatla qadına yaxınlaşıb sakit səslə Salam verdi. Qadın bir anda bu anlaşılmaz sözü eşidib ani hərəkətlə saçını arxaya edib Stivə baxdanda Stiv sanki buz kəsmiş adamlar kimi yerində donub qaldı. Bu o idi.. düz üç aydır yuxularında gördüyü qadın idi. heyrətindən yerində donub qalan Stivin əlləri,ayaqları boşalmışdı. Bunu aralıda duran adamlar da açıq aydın görürdü. Elə bu an qadın yerindən qalxıb əsəblə Stivə baxaraq küçüyü tez onun əlindən qapıb bir hərəkətlə uzun dırnaqlarını küçüyün boğazına salıb cıraraq ocağın kənarında qıza atıb öz yerində oturdu. Kənarda duran səkkiz nəfər dəhşətlə bu mənzərəyə baxsa da, Stiv bu qadını yenə də sakitcə heyrət dolu baxışlarla izləyirdi. Bu necə ola bilərdi axı? Yuxularında gördüyü qadın müasir geyimli idi, amma, bu keçmişin vəhşi adamı. Saçları sarı, gözləri mavi olsa da, bu əsl vəhşi mağara qadını idi. Stiv güclə özünü toparlayıb Martinə baxaraq dedi:
-Martin bu həmin qadındır. Sənə danışdığım o yuxularımdakı qadındır.
, kirlin dırnaqları qorxunc caynağa bənzəyirdi deyə Stiv ehtiyatla qadına yaxınlaşıb sakit səslə Salam verdi. Qadın bir anda bu anlaşılmaz sözü eşidib ani hərəkətlə saçını arxaya edib Stivə baxdanda Stiv sanki buz kəsmiş adamlar kimi yerində donub qaldı. Bu o idi.. düz üç aydır yuxularında gördüyü qadın idi. heyrətindən yerində donub qalan Stivin əlləri,ayaqları boşalmışdı. Bunu aralıda duran adamlar da açıq aydın görürdü. Elə bu an qadın yerindən qalxıb əsəblə Stivə baxaraq küçüyü tez onun əlindən qapıb bir hərəkətlə uzun dırnaqlarını küçüyün boğazına salıb cıraraq ocağın kənarında qıza atıb öz yerində oturdu. Kənarda duran səkkiz nəfər dəhşətlə bu mənzərəyə baxsa da, Stiv bu qadını yenə də sakitcə heyrət dolu baxışlarla izləyirdi. Bu necə ola bilərdi axı? Yuxularında gördüyü qadın müasir geyimli idi, amma, bu keçmişin vəhşi adamı. Saçları sarı, gözləri mavi olsa da, bu əsl vəhşi mağara qadını idi. Stiv güclə özünü toparlayıb Martinə baxaraq dedi:
-Martin bu həmin qadındır. Sənə danışdığım o yuxularımdakı qadındır.
Martin heç cavab vermədən çölə çıxdı. Ardıyca
qalanları da çıxsa da Stiv o qadının qarşısında dayanıb durmuşdu. Gözlərini
ayırmadan qadına baxırdı. əslində qadın da eynisin edirdi. Amma oturaq vəziyyətdə.
Qadının maraq dolu baxışlarını hiss edən Stiv onunla söhbət üçün çölə çıxan
Lilini çağırmaqdan ötrü geriyə çevrilib uca səslə Liliiii gəl tərcümə elə demək
istəyəndə qadın səsdən diksinib əlini uzadıb yanındakı daşı götürüb düz Stivin
başına çırpdı. Lili içəri girəndə isə Stivin yerdə qan içində uzandığını görüb
qorxudan dəli kimi Martiiiiiiiiiiiiin
deyib çığırdı. Qadın getdikcə əsəbləşmişdi. əlinə keçən daşları içəri
girənlərə atırdı ki kimsə yaxına gəlməsin. Bu işdə ona ocağın yanında duran qız
da yardım etsə də, Martin cəld şəkildə irəli cumub tez qadını arxadan
qucaqlayıb əllərindən tutaraq divara sıxıb boğmağa başladı. Getdikcə
qadının müqaviməti zəiflərdi, əlləri
boşalırdı.
Martin qadını boğduqca ocağın yanındakı qız da dəli
kimi ağlayıb İL Nannaaa deyə qışqırıb bağırırdı. Yaxşı ki, Stiv özünə tez gəldi , yoxsa Martin qadını boğub öldürəcəkdi.
Ayılan kimi Stiv cəld Martinin ayaqlarından tutub , dayanması üçün geri çəkdi.
Martin əsəblə qadını divara çırpıb, bu qancığı öldürmədiyimə görə peşman
olacaqsan, bu əsl iblisdir deyib Stivə səslənərək mağaradan çıxdı.
Lili çantasındakı nazik qısa köynəyini çıxarıb
Stivin başını sarıdı ki, qan çox axmasın. Sarıya-sarıya , heç adam deyil,
bununla nə danışacıq deyə Stivdən soruşdu.
-Danışacaq, soruşacaq çox şey var Lili.
Özün bil, bax bu dəfə sənin boğazını üzməsin , deyə
Lili dilləndi.
Stiv ayaqa qalxıb qadına yaxınlaşdı. Rəngi saralmış
qadın qorxu içində divara sıxılıb əsirdi. Stiv qadının yanına əyləşib,
barmaqlarının ucu ilə ehmalca qadının sağ əlinə toxunaraq, qorxma mən sənə
ziyan vermərəm deyib Liliyə baxdıkı tərcümə eləsin. Lili isə təkcə qorxma sözün
tərcümə etdi. Qadın bunu eşidib ocağın yanındakı balaca qızcığaz kimi ağlamağa
başlayanda Stiv onu qucaqlayıb sinəsinə sıxaraq əlləri ilə qadının saçını
sığallamağa başladı. Qadın ilk dəfə idi ki kişi məhəbbəti, qayğısı görürdü. Bu
üzdən bilmirdi nə etsin. Özünü bu qəribə adama təslim etsin yoxsa ona da zərər
versin ? o üzdən hələ ki tam təslim olmamaq üçün barmaqlarını yığıb hazır
saxlamışdı ki lazım olan vaxt Stivə zərər verib onun əlindən qurtulsun. Amma
faydası yox idi. Stiv onun gərilmiş əllərinə və dırnaqlarına baxıb qadının hər
iki əlini sağ ovcunda tutaraq, sol əliylə qadının saçını arxaya atıb, gözlərinə
baxa-baxa, mənim adım Stivdir deyib əli ilə özün göstərdi. Dəfələrlə öz adın təkrar
edərək axır ki bunu qadına anlata bildi. Qadın da əlini Stivin ovcundan alıb
sinəsinə qoyaraq İnanna deyərək o da öz növbəsində bir neçə dəfə adını təkrar
etdi. Lili və Stiv heyrət içində iksi də eyni anda soruşdu:
-İnanna?
Qadın yenə də əlini sinəsinə qoyub İnanna deyib
barmağını Stivə tuşlayıb ürkək baxışlarla Stiv Stiv dedi. Bu o demək idi ki, Mən
İnannayam sən isə Stivsən.
Bu qeyri mümkün idi. Axı İnanna təxminən onların
zamanından 5 min il öncə mövcud olmuşdu. İndi isə üst paleolit idi. Təxminən
eramızdan 25 min il əvvəl. Axı hələ İnannanın zamanına azı 22 min il vardı. Bu
necə ola bilərdi.? Bəlkə bu başqa şeydir.? Bəlkə İnanna adı sadəcə mövcud dəbdə
olan bir addır? Stiv yenə də çaşqınlıq içində idi.Buna baxmayaraq o yenə də dərin
ehtiram və şəfqətlə İnannanı qucaqlayıb Lilinin köməkliyi ilə söhbət etməyə
başladı. Təxminən iki saata yaxın söhbətdən sonra İnanna qalxıb, bayaq ocağın
yanına atdığı küçüyü yerdən götürüb nazik kəsik daşla dərisini soymağa başladı.
Anlaşılan o idiki , o ac idi və yemək
hazırlamaq istəyirdi. Bunu görən Stiv İnannaya, gedək bizim çoxlu hazır yeməyimiz
var , birlikdə yeyərik deyəndə İnanna ona , olmaz mənə qadağandır , çıxsam məni
öldürərlər , olmaz deyib küçüyü soymağa davam edirdi. Uzun dirənişdən sonra
Stiv İnannanı mağaradan çıxarmağa razı saldı. Bir əliylə qadının , bir əliylə də
balaca qızcığazın əlindən tutan Stiv mağaradan çıxıb sığınacağa doğru yol aldı.
Lili də arxadan sakitcə onları təqib edirdi. Ehtiyat üçün yerdən götürdüyü
balaca budağı da əlində bərk-bərk tutmuşdu ki birdən qadın nəsə dəlilik etsə
onu tez vursun. Amma sonradan mağaradakı söhbətləri yadına salıb budağı əlindən
tulladı.
İnanna adi bir qadın olsa da kəndinin qadınlarının
hamısından fərqli idi. o ilk qadın idi
ki, rəngi sarı idi. Bu yerli qəbilə üçün olduqca qorxulu bir şey idi. ocağı
qoruyan böyük ana sarışın qız doğduğu üçün İnannanın anasın öldürtüb özünü isə
çöllərə atmışdı. Qəbiləyə görə ana böyük bir günah işlədiyi üçün şər qüvvələr
onu , bəla dolu uşağa hamilə etmişdi. O üzdən İnanna körpəlikdən ormana
atılmışdı. Qadınlardan biri bu körpəyə yazığı gəldiyi üçün onu süd verib gizli
saxlamış, müəyyən yaşa çatdıqdan sonra isə onu ormana geri qaytarmışdı. Bir dəfə
uşaq vaxtı ormanda ac qaldığı vaxtlarda yemək istəməkçün kəndə geri qayıdan
İnannanı Böyük ana tutub yanındakılara öldürtmək istəyərkən , təsadüfən o an qəbilə
canavar sürüsünün hücumuna məruz qalmışdı. Vəhşi ac canavarlar qabağına çıxan hər
kəsi parçalayan vaxt Böyük ana güclə qaçıb canın qurtarmışdı. Amma canavarlar
bircə bu uşağa toxunmamışdı deyə sonradan qəbilə üzvləri İnanna haqqında müxtəlif
şayiələr uydurmuşdu. Güya onu ormanda canavarlar böyüdüb, güya onu öldürmək istədikləri
üçün şər ruhlar canavarların içinə girib qəbiləyə hücum etmişdi. Məhz bu hadisədən
sonra qəbilə bir daha ona toxunmadı və hər gün ona yemək göndərdi ki, şər
ruhlar onlardan əl çəksin və o şər uşaq bir daha kəndə ayaq basmasın. İnanna həm
də çaxmaq daşından istifadəni bilirdi. O iki daşı bir-birinə vuraraq od əldə
etməyi bacarırdı. Bir dəfə kənddə güclü yağış olanda qəbilənin ocağı sönmüşdü.
Odun olmaması qəbilə üçün əsl fəlakət idi. çünki od onları vəhşi heyvanlardan ,
soyuqdan qoruyurdu, od onlar üçün həyat idi. həmin vaxtlar ətraf qəbilələrə nə
qədər adam göndərsələr də , kimsə onlara od verməmişdi. Çünki inanca görə bu bəd
bir əməl idi. Fəlakəti İnanna da duymuşdu. O üzdən ilk dəfə məhz həmin vaxt kəndə
enib çaxmaq daşı ilə onlar üçün ocaq qalayıb , əvəzində iki heyvan dərisi və
bir kəsilmiş quzunu götürüb getmişdi. Bu onun haqqında olan şayiələri daha da
artırmışdı. Az qala ona tanrı kimi baxacaqdılar, amma, sarışın olduğuna görə
hamı qorxurdu.
İnannanın
yanındakı qız da onun kimi eyni taleyi yaşayırdı. O da sarışın doğulduğu üçün
anası öldürülmüşdü. Bəxti onda gətirmişdi ki , bu uşağı ormana atmaq əvəzinə gətirib
İnannaya vermişdilər ki, al bu da sənin kimi şər doğulub , özün böyüt. Inanna
uşağı sevgiylə böyüdürdü. O üzdən də bu qızcığaz İnannanı ana kimi sevirdi,
daha doğrusu elə öz anası bilirdi.
Bir azdan Stivgil sığınacağa çatdılar. Bütün kənd
bu mənzərəni görüb dəliyə dönmüşdü sanki. Sarışın şər qadın və şər qızcığaz
tanrının əlindən tutmuşdu. Tanrı onları öz qaldığı yerə aparırdı. Böyük ana heç
nə anlaya bilmirdi. Stiv ilk öncə İnanna və balaca qızı təpənin yanındakı
bulağa aparıb onlara əl üzlərini yumağı əyani sürətdə göstərdi. Özü də onlarla
birlikdə əl-üzünü yuyub, yuxarı qalxaraq sığınacağa keçdilər. Iri yarpaqların
arasına büküb qoyduqları gecədən qalan bişmiş ət tikələrini çıxaran Stiv özü də
İnanna ilə oturdu. Elə təzəcə yeməyə başlamışdılar ki, bu an qalanları da
sığınacağa daxil oldu . Martin İnannaya baxaraq,- niyə bu vəhşini bura gətirmisən
?, bu hamımıza zərər verə bilər deyib öz etirazını bildirəndə Stiv cavab verdi:
-Dünən biz bura gəldiyimizə görə kənd camaatı
bunların yemək payını göndərməyib. Bizim üzümüzdən ac qalıblar deyə gətirdimki,
qarınları doysun.
Martin əsəblərini heç cürə cilovlaya bilmirdi. Axı
biz sivil insanlarıq. Bu vəhşinin bizim aramızda nə işi var Stiiv deyib
bağırdı.
-istəsək biz bunları özümüz kimi sivil insan edə
bilərik Martin ..
Alınmaz Stiv. Bu qadın qəddardır. Küçüyü necə
öldürdü rəhmsizcəsinə, səni necə vurdu? Görmədinmi?
Stiv qızcığazın qorxduğunu görüb söhbəti kəsərək ,
saçına sığal çəkib gülümsəyərək , qorxma yeməyni ye, Martin əmi yaxşı insandır
deyərək özü də yeməyə davam etdi.
Yemək bitdikdən sonra Stiv İnanna ilə çölə çıxdı ki
, biraz söhbət etsin. Bir də gördüki, bütün kənd yenə təpənin qarşısında
dayanıb. Stiv əslində bunun niyə baş verdiyini anlamışdı. O üzdən bir daha
İnanna və uşağın zərər çəkməməsi üçün iksinin də əlindən tutub özünə sıxaraq kənd
camaatına sərt şəkildə baxdı. Daha sonra hamının qarşısında İnannanın və
qızcığazın əllərindən öpərək Böyük ananı çağırdı. Ağır addımlar və , qorxaq
baxışlarla təpəyə qalxan Böyük ana Stivin qarşısında səcdə etdi. Bu zaman Stiv
geriyə çəkilərək İnannaya da səcdə etməsini ona göstərdi. Qadın qorxa-qorxa
İnannaya səcdə etdi. Bu əslində bütün qəbilənin itaət etməsi demək idi. Bundan
sonra kimsə onları incitən deyildi.
Hamı gedəndən sonra Stiv İnannanın əlindən tutaraq
onu iri bir ağacın altına gətirdi. İnannanın bədəni seyrək tüklü olsa da əslində
çox gözəl idi. həm üz quruluşu, həm incə beli, kiçik amma dik döşləri, düm düz
uzun ağ ayaqları, yumru ve biraz da enli poposu , düz və qamətli çiyinləri
Stivin ağlını alırdı. Sadəcə gigiyenik baxımdan təmiz olmadığı üçün onu öpə
bilmirdi. Amma Stiv doğrudan da bu
qadına qeyri adi bir varlıq kimi baxırdı. Sarı saçları pırtlaşıq və çirkdən cod
olsa da yenə də gözəl görünürdü. Okean kimi mas mavi iri gözləri insanı sanki
sehrləyirdi. Stiv özünü güclə saxlayırdı bu gözəlliyin qarşısında. Nə qədər qəribə
qoxu gəlsə də, Stiv İnannanı qucaqlayıb özünə astaca sıxaraq, əliylə çiynini
sığallamağa başladı. əslində barmaqlarının ucuyla incə toxunuşlarla İnannanın
çiyinlərində qollarında boyun, boğazında gəzirdi Stiv. İlk dəfədi kişi sığalı
görən İnanna da bundan məmnun idi. hətta daha dəqiq desək sərxoş olmuşdu. Gözlərini
yumaraq özünü Stivin öhdəsinə buraxmışdı. Stivin əlləri onun bədənində gəzdikcə
qəribə bir gidişmə yaranırdı içində. Bu ehtiras idi. İnanna özündən ixtiyarsız
gah qıçlarını aralayır, gah da bir-birinə sürtürdü. Qadın hər yerdə , hər dövrdə
qadındı. Hisslər hər yerdə eynidir. Stiv barmaqlarının ucu ilə asta-asta
İnannanın boğazından sinəsinə doğru enirdi. İnannanın gözlərinə baxa-baxa sağ əlinin
arxasını döşlərinə sürtüb , astaca ovcuna alaraq sıxmağa başladı. İnanna titrəyirdi.
Stiv barmaqları ilə onun döşlərinin ucuna toxunanda isə İnanna özünü saxlaya
bilmədən iki qat büküldü. O İlk dəfə idi ki, orqazm olurdu. Daha sonra isə taqətsiz
şəkildə Stivə söykənərək dərindən nəfəs alıb verməyə başladı. Nə qədər mağara
qadını olsa da utancdan yanaqları qızarmışdı. Araya qısa sükut çökdükdən sonra
onlar danışmağa başladı.
Qəribə bir mənzərə yaranmışdı. Stiv ingiliscə
danışırdı, İnanna isə öz dilində. Sanki bir-birlərin başa düşürdülər. Heç Liliyə
də ehtiyac yox idi. Stiv ilk dəfə idi ki, özünü tam,bütöv hiss edirdi. Amma , o
dərk edə bilmirdi ki, bu qadınsızlıqdanmı, yoxsa sevgisizlikdənmi yaranan bir hissdir. Nə qədər tərəddüd etsə də o xoşbəxt
idi. Qollarının arasındakı boşluq ilk dəfəydiki dolu idi. Stiv sinəsinə söykənən
,daha
doğrusu sığınan İnannanı tumarlayaraq, səmaya baxa-baxa, ailəsindən , qızından, ailəsini necə itirməsindən, daha sonra nələr çəkdiyindən danışırdı. İnanna isə öz dilində , sənin nə qəribə geyimin var, fərqlisən, hansı qəbilədənsən, Böyük ana niyə sənə səcdə edirdi suallarını verə-verə danışırdı.
doğrusu sığınan İnannanı tumarlayaraq, səmaya baxa-baxa, ailəsindən , qızından, ailəsini necə itirməsindən, daha sonra nələr çəkdiyindən danışırdı. İnanna isə öz dilində , sənin nə qəribə geyimin var, fərqlisən, hansı qəbilədənsən, Böyük ana niyə sənə səcdə edirdi suallarını verə-verə danışırdı.
Stiv bir
anlıq İnannanın gözlərinə baxaraq, sənin gözlərin səmadan da gözəldir dedi.
Sanki İnanna onu anlamışdı. O üzdən qəsdən gözlərini qırpıb naz edirmiş şəkildə
süzdürdü. Daha sonra isə Stiv İnannaya baxaraq, mənim qadınım olarsanmı deyə
soruşdu. O isə bunu anlamadığı üçün öz
dilində gülümsəyərək ağaclar çox gözəldi, mən meşəni sevirəm cavabını verdi.
Onlar birlikdə xoşbəxt idilər. Martin isə uzaqdan Stivgili izləyərək öz-özünə
düşünürdü: Görəsən Stiv bu vəhşi, mağara qadınında nə tapıb? Bu iyrənc qadının
nəyi onu cəzb edirdi. Axı yanlarındakı Lili və Lola daha gözəl qadındır. Sənə
qadın lazımdırsa bunlardan birin seç də. O vəhşidə nə görmüsən axı? Stivlə
Martinin fərqi də məhz bu idi. Martin zahirdən sevirdi, onun üçün gözəllik daha
vacib idi. Stiv isə qadınların ruhunu sevirdi. O üzdən də Martin heç cürə Stivi
anlaya bilmirdi. Martin bu fikirlərlə Stivlə mağara qadının izlədiyi an Əli ibn
Huseyn də onun yanına gəldi. Azacıq sükutdan sonra Əli yarı ərəb yarı ingiliscə
Martindən nə vaxta qədər burada qalacaqlarını soruşsa da, Martin fikirli halda
uzaqdan Stivi izləməkdə davam edirdi.
Martinin baxdığı istiqamətə baxan Əli , Stivlə sarışın qadının qucaqlaşmasını
gördü. Heyrətdən gözləri az qala şişib hədəqəsindən çıxacaqdı. Elə bil sanki
birinci dəfə idi ki qucaqlaşan insan görürdü. Sən demə Əlini heyrətləndirən
qucaqlaşmaq deyildi. Oturduğu yerdə Stivə söykənən İnannanın yarı çılpaq
qıçları arasından çıxan tükləri uzaqdan qartal kimi görmüşdü. Nə qədər
ehtiraslı, arvadbaz biri olsa da , qıçları arasında bu qədər tük saxlayan qadın
onu iyrəndirmişdi əslində. Heyrətlə baxa-baxa, Axı Stiv bu tüklü qadında nə
görüb dedikdə, Martin də sakitcə Əliyə baxıb gülümsəyərək, haqlısan elə mən də
onu düşünürəm deyib sığınacağa tərəf çevrilib, gedək görək başımıza nə gəlir
Əli, burdan getmək lazımdır deyib astaca oradan uzaqlaşdı. Bir azdan Stivdən
başqa hamı sığınacaqda toplaşıb bir məsələ haqqında düşünürdü: Buradan necə
getməli, öz dünyalarına necə qayitmalı. Amma heç kimin tutarlı bir fikri yox
idi. Kimsə bilmirdi bu işi hardan və necə başlasınlar.Təxminən on dəqiqəlik
qarışıq söhbətdən sonra, Stiv də İnanna ilə sığınacağa gəldi. Elə içəri təzəcə
girmişdilər ki, Lili Conson üzünü İnannaya tutub gülümsəyərək , gedək sənə
yuyunmağı öyrətim deyib əlindən tutaraq sığınacaqdan çıxardı. İnanna balaca
uşaq kimi onun dalıyca düşüb gedəndən sonra Martin dilləndi: Yaxşı ki Lilinin
ağlına onu çimdirmək gəldi, yoxsa sidik, tər və nəcis qoxusundan burada hamımız
ölərdik. Bu sözdən sonra hamısı ürəkdən qəhqəhə çəkib güldü. Daha sonra isə
Stiv də az öncə ki söhbətin məğzin anlayıb kimin nə fikri var deyə soruşdu.
Anlaşılan o idi ki , kimsə buradan getmək üçün düzgün nəsə bilmirdi. Hamının
bir fikri var idi ki, o məqbərəni tapmaq lazımdır. Amma bu ağılsızlıq idi.
Çünki üst paleolit dövründə məqbərə yox idi. Bu üzdən Stiv belə bir təklif irəli
sürdü: Ətrafda onlarla qəbilələr , insan sürüləri, tayfa halında yaşayanlar
var. Gəlin iki-iki, ya tək-tək bu insanların yanına gedək, kəşfiyyat aparaq. Ən
azından bu cür məlumatsız oturmaqdansa, yeni məlumatlar öyrənək, bacardıqca gəzib
soruşaq. Hər şeyi xırda detalına kimi öyrənək ki,bəlkə bir ipucu tapa bildik.
Stivin bu fikri əslində hamı tərəfindən yekdilliklə bəyənilsə də, yenə də
ümidsizlikləri üzlərindən axırdı. Məsələn Cozef Baks. Adamın həyat yoldaşı və
iki körpə balası vardı. Onu darıxmaqdan çox əslində ailəsinin şəklini yanında
götürməməsi yandırırdı ki, heç olmasa ailəmin şəklinə baxaraq , sarılaraq ölərdim
bu murdar paleolitdə. Sonra Əli ibn Huseyn. Anası xəstə idi. nə qardaşı nə
bacısı vardı. Atası da illər öncə Səddam rejimi tərəfindən öldürülmüşdü. O üzdən
Əli anası üçün çox darıxırdı və olduqca nigaran idi. Lola Kamenski . əri və
oğlu üçün dəhşət pis darıxırdı. Lola olduqca gözəl qadın idi. əri həmişə onu
başqa kişilərə qısqansa da əslində o heç vaxt ərinə xəyanət etməmişdi. Demək
olar hər gün qısqanclıq üzündən xırda davalar etsələr də indi Lola o davalar
üçün darıxırdı. Kaş yenə ərim qısa geydiyimçün məni danlayardı. Yenə də niyə
qısa geyib qıçlarını göstərirsən deyib qırğın salıb sonra davanın qızışdığı an
məni qollarına alıb ayaqüstə divara sıxıb dəlicəsinə öpərdi. Sonra da qucağında
yataq otağımıza aparıb saatlarla üstümdən qalxmazdı. Bu fikirlərlə Lola
qucaqladığı dizlərini daha da özünə yığıb , daha da yazıq sifəti almışdı. Maks Rid.
O da ilk dəfə idi ki, aşiq olmuşdu. Tuana adlı qızla görüşürdü. Həmişə
velosiped sürən bu oğlansaçlı qız onu elə dəli etmişdi ki. İndi tək bir istəyi
onun yanında olmaq idi. Əslində hər kəs darıxırdı. Hətta Stiv də. Ailəsinin məzarı
üçün darıxırdı. Hər gecə sarılıb yatdığı qızının oyuncaq dovşanı üçün
darıxırdı. Martin isə vecsiz biri idi. ailəsi ilə düşmən münasibətində olduğu
üçün onu ailə maraqlandırmırdı. Hal hazırda ona yeganə yaxın insan Stiv idi.
Amma Stivin İnanna ilə onan yaxın münasibəti
Martini qıcıqlandırırdı. O heç cürə yaxın dostunun ona yox , başqa adama
daha çox vaxt ayırması ilə barışa bilmirdi. Içində qəribə qısqanclıq var idi. Mən
sənin dostunam, sən mənə qayğı göstərməli, mənlə daha çox ilgilənməlisən. Nədən bir mağara qadınına belə bağlısan, bir vəhşi
qədər də dəyərim yoxmu? O üzdən Martini öz dünyası yox məhz Stivin ona olan
dostluq sevgisi maraqlandırırdı. Bir azdan Lili İnannanı göldə çimdirib
sığınacağa gətirdikdən sonra kəşfiyyat üçün insanlar bölünməyə başladı .
Belə qərara alındı ki, İnanna və uşaq sığınacaqda
qalacaqdı, Con Feller isə onlara nəzarət edəcəkdi. Stivlə Martin, Lola ilə
Cozef, Neytonla Əli, Maks ilə Lili birlikdə hərəkət edəcəkdi. Bu gün yemək və
digər tədarüklər görüləcək , sabah səhər isə yola çıxacaqdılar. Getmək lazım
idi. Burada, sivilizasiyadan kənar bir yerdə vəhşilərlə qalmaq kimsənin ürəyincə
deyildi. Söhbət bitəndən sonra Stiv qalxıb çantasından əl-üzünü silməkçün gətirdiyi,
pambıq dəsmalını götürüb İnannanı da çölə çıxardı. Yenidən bayaqki ağacın yanına gedib oturdular. Stiv əlindəki
dəsmalla İnannanın saçlarını üzünü qurulaya-qurulaya öz dilində gedəcəklərindən
danışırdı. Axtarış aparmalarından danışırdı. İnanna isə öz dilindən Lilinin onu
güclə gölə salmasından , soyuq suda çimdirməsindən danışaraq şikayətlənirdi.
Stiv İnannanın səs tonundan sikayətləndiyini başa düşmüşdü. O üzdən bir daha əli
və barmaqları ilə gedəcəklərini göstərdi. İnanna bu jestlərin getmək olduğunu
anlamışdı. Amma nəsə narahat görünürdü. Sonra əlini dağa tərəf uzadıb öz dilində
oranın çox təhlükəli olduğunu orada yaşayan insanların pis olduğunu anlataraq ,
oraya getməmələrini izah edəndə Stiv üzündəki mimikalardan şimalın təhlükəli
olduğunu anladı. elə ona görə də məhz şimala getməyi qətiləşdirdi.
Səhər tezdən hamı qalxıb əl, üzünü yuduqdan sonra
yeməklərini yeyib , dünəndən hazırladıqları çantaları götürüb , danışdıqları
kimi kiçik qruplara bölünərək ayrıldılar. Hər qrup bir istiqamət seçmişdi.
İnanna da balaca qızın əlindən tutub Stivə baxırdı. Stiv isə əlini havada yellədərək
ona sağol deyib Martinlə şimala üz tutdu.
Şimal tərəfdə böyük dağ silsiləsi şərqdən-qərbə
doğru uzanırdı. Bu dağların arasında isə İnannanın qorxduğu , əslində bu kəndin
hamısının qorxduğu bir tayfa yaşayırdı. Bu
Arub tayfası idi. Onların ac qalqıda insan əti yeməsi belə ətrafdakı
bütün kəndlərə, tayfalara bəlli idi. Bunu bircə Stivgil bilmirdi. O üzdən də
onlar şimala üz tutanda kənd camaatı böyük sevinc və qışqırtı ilə onları yola
salmışdı. Çünki Böyük Ana Stivin şimala getdiyini görüb kəndə əhalisinə, Tanrı
arubları cəzalandırmağa gedir demişdi. Cozeflə Lola isə tam əks istiqamətdə cənuba
üz tutmuşdular. Onların gedəcəyi qəbilə isə Yaxav qəbiləsi idi. Neytonla Əli şərqə
Turuklar yaşayan çöllərə üz tutmuşdu. Maks və Lili isə qərbə, namanlar yaşayan
yerlərə gedirdi.
Təxminən 4-5 saatdan sonra hamı lazım olan yerlərə
çatmışdı. Nə Yaxavlar, nə Turuklar, nə də Namanlar heç biri informasiya üçün
tutarlı bir toplum deyildilər. Hamısı bu qəribə adamları görüb onları seçilmiş
şəxs kimi qəbul edib ehtiramla qarşılamışdı. Tək ümid Stivgilin getdiyi vəhşi
Arublara qalmışdı
Stivlə Martin da bu arada arubların kəndinə
çatmışdı. Kəndin ortasında üç orta ölçülü təpə, və bu təpələrin üstündə uzun ,
iri daşlar vardı. Arubların hamısı təpələrin ətrafına yığışıb QABAL İLLAX deyə
qışqırıdı. Bir az daha yaxına getdikdən sonra Stivlə Martinin ayaqları əsdi.
Ortadakı təpənin ətrafında insan sümükləri, çürümüş bədənləri səpələnmişdi. Təpənin
üstündə isə, belində aslan dərisi, başında isə aslan başının sümükləri olan
vahiməli görkəmə sahib bir kişi təxminən 10 yaşlı qızı daşın üstünə yatırıb əlindəki
daş parçası ilə onu öldürməyə hazırlaşırdı. Anlaşılan o idi ki bu qızı qurban kəsəcəkdilər.
Stiv Martindən tapancanı götürüb , durun insan qatilləri deyib bağırdı. Bir
anda yad səsi eşidən bütün arublar hamısı çevrildi. Arublar da eynən kənddə ki
insanlar kimi ilk öncə bu qəribə adamlara lal-dinməz baxmağa başladı. Elə bu an
oradakı insanlardan biri qabağa çıxıb əli ilə Stivgili göstərərək təpədəki
başçıya baxa-baxa nə isə anlatmağa başladı. Daha sonra isə başçı təpədən enib
bu iki qəribə adama yaxınlaşdı. Başçı Stivin sərt baxışları qarşısında çox tab
edə bilmədi. Birazdan elə ilk olaraq başçı Stivin qarşısında diz çökdü. Bayaq
QABAL İLLAX deyə qışqıran başçı indi AFFAL İLLAH deyə-deyə Stivlə Martinin
ayaqlarını öpürdü. Bu qədər vəhşi xalq , qorxulu xalq necə ola bilərdi ki, heç
bir güllə atmadan belə onlara tabe olmuşdu. Burada yəqin ki bir iş var idi.
amma nə ?
Bütün qəbilə bu iki qəribə adamın ətrafında yığışıb
diz üstə çöküb səcdə etdikdən sonra hamılıqla az qala ağızları açıq şəkildə
baxırdı. Elə bu an bayaqkı orta yaşlı arıq adam əlinə çubuq alaraq yerdə yumru
dairə çəkib, dairənin altında doqquz ədəd işarə qoyaraq heyrət və sevinclə
onlara baxdı. sanki nə isə cavab gözləyirdi. Stiv yenə də sərt şəkildə həmin
adama baxaraq əli ilə yerdəki dairəni göstərib bu nədir soruşdu. Adam cavabında
əli ilə səmanı göstərib astaca əlini yerə qoyub, yerdəki dairəni göstərib sonra
Stivə əlini tuşlayıb öz dilində nə isə dedi. Daha sonra isə yenə əli ilə dairəni
göstərib sonra əlini dağlar tərəfə uzadıb yenidən əlini yerə qoydu. Stivlə
Martin əslində şübhə içində olsalar da adamın dediklərini anlamışdılar. Deyəsən
adam naməlum uçan obyektdən danışırdı. Deyəsən adam onların məhz uçan boşqabla
gəldiyini deyirdi. Amma bu necə ola bilərdi? Axı onlar məqbərəyə girmişdi. Ora
da isə heç bir texnika yox idi. Daha sonra adam yenə də əli ilə yerdəki dairəni
göstərib yenidən dağları işarə edərək əlini yerə qoydu. Sanki bu dairə dağların
o tayındadır deyirdi.
əslində adam haqlı idi. Stivgilin ora necə düşməsini
adam öz gözləri ilə görmüşdü. Bu arıq adam qəbilənin ən mahir ovçularından biri
idi. yaşlandıqdan sonra isə əsas işi qəbilənin gənc kişilərinə ovun sirrlərini
öyrətmək idi. Stivgilin bu yerlərə gəldiyi həmin o uğursuz anda o da həmin yerdə
ağacların arasından gənclərin necə ov etdiyini izləyirdi. Anlaşılan o idi ki, həmin
o atın dalınca qaçan insanları məhz bu adam gətirmişdi oraya. Həmin an göydə nəsə
gurultu qopmuşdu və tozanaqdan ətrafı görmək mümkün deyildi. Oraya yaxın yerdə
duran bu adam qəribə yumru yekə bir
şeyin yerə endiyini , içindən 9 nəfərin düşdüyünü öz gözləri ilə görmüşdü.
Sonra isə bu yumru şey dağların arxasına getmişdi. Və elə indiyə kimi də
yaşıllığın içində durmuşdu. Amma kimsə qorxudan oraya bir kilometrdən çox
yaxınlaşa bilmirdi. Çünki həmin o yumru şey yerə enərkən bu adam orada
yaxınlıqda olduğu üçün bədəni demək olar ki yanmışdı. Qolları , sinəsi, kürəyi,
üzü yandığına görə kimsə qorxudan ora getmirdi.
Geriyə bir tək çıxış yolu qalmışdı- dağların o
tayına getmək. Stiv vaxt itirmədən Martinə getmək lazım olduğunu deyib tərpəndi.
Bütün Arublular da ayaqa qalxıb bu iki nəfərin dalıyca getməyə başladı. Artıq
ulduzlar asta-asta çıxmağa başlayanda
Stivgil uzaqdan, yerə enmiş uçan boşqabı görən kimi dəli kimi oraya
qaçmağa başladılar. Arublular isə qorxudan eləcə uzaqda durub izləməkdə idilər.
On dəqiqədən sonra Stivlə Martın uçan boşqaba çatmışdı. Heyrətlə naməlum uçan
boşqaba , əslində isə hərəkətsiz dayanan obyektə baxa-baxa ətrafında gəzən
Martin birdən , burada giriş qapısı var, özü də açıqdır deyib Stivə səsləndi. Hər
ikisi ehtiyyatla obyektin içinə daxil olub maraq və qeyri adi vəhşi bir istəklə
axtarış aparmağa başladılar. Obyektin içində kiçik çıxıntadan və o çıxıntının
üzərindəki bir parça kağızdan başqa heç nə yox idi. Stiv kağızı götürüb uca səslə
oxumağa başladı:
Hələ öz keçmişinə qayıtmaq kimsəyə nəsib olmamışdı.
O üzdən bilin ki, sizlər buraya boş yerə gəlməmisiz. İki insan gün gələcək
bütün insanlığı yenidən dirildəcək. Sizlər məhz bu üzdən buradasız. Xeyir və şər
ruhlu bu doqquz nəfər, uşaq yaşlarından bu iş üçün seçilmiş və məqsədli şəkildə
buraya gətirilmişdir. Həyatınız donub. Kim geriyə dönəcəksə öz həyatına qaldığı
yerdən, qaldığı andan başlayacaq, amma , burada siz qocalan deyilsiz. Kimsə
qocalıqdan və xəstəlikdən ölən deyil. Qarşıdakı min illər boyu hər kəs öz
funksiyasın dərk edəcək. Hamınız bir olub insanlıq üçün çalışsaz o zaman
hamınız sağ qalacaq və hamınız geriyə dönəcəksiz. əks halda qarşısı alınmaz
müharibələr baş verəcək və çoxunuz burada qan içində öləcəksiz. Yalnız ali məqsədə
xidmət edənlər öz zamanına qayıdacaq.
Stiv bu cümlələri oxuduqdan sonra Martinə baxaraq,
bu nə demək istəyir, nə min illər, hansı ali məqsəd deyə soruşdu. Cavab yox
idi. o üzdən Stiv məktubu götürüb çölə çıxıb bir siqaret yandırdı. Martin də
ardıyca çarəsiz halda çıxıb gəldi. Elə bir az addımlamışdılar ki, obyektdən qəribə
uğultu səsi gəldi və bir anın içində yuxarı qalxaraq yoxa çıxdı. Anlaşılmaz
cavabsız suallarla Stivlə Martin ağır-ağır geri döndülər.
Geriyə mütləq Arub kəndindən qayıtmalı idilər. O
üzdən də sakitcə kəndə doğru yol aldılar. Onları uzaqdan izləyən bir qrup
arublu isə gördüklərini danışmaqdan ötrü sürətlə kəndə doğru qaçırdılar ki, bu
iki nəfərin o yumru şeyin içinə girməsini və heç nə olmamasını anlatsınlar.
Stivgil də bir neçə saatdan sonra kəndə çatdılar. Artıq gecə yarısı idi. kənddə
bircə iri ocaq yanırdı və bir neçə nəfərdən başqa hamısı yatmışdı. Stivgili görən
oyaq qalmış Arublular ehtiramla daha doğrusu qorxudan yaranan hörmətlə onları
qarşılayıb yatmaq üçün iki iri heyvan dərisi gətirdi. Yorqunluqdan Stivlə
Martin elə uzanan kimi yuxuya getdilər. O qədər piyada yol gəzmişdilər ki,
oyananda artıq günorta idi. yuxudan
durub əl- üzlərini yuyub , çantalarındakı qurudulmuş ət parçasından yeyib getmək
istəyirdilər ki, arublular onların ətrafına yığışdı. Eynən kənddəki kimi hamı əlində
heyvan ölüsü, dəri, bitki kökləri, meyvələrlə onların qabağında səcdə edib
ayaqlarını öpürdülər. Axı onlar hamıdan fərqli idi. kənddəki baş ovçunu yandıran
o yumru qəribə şey bunları yandırmadı, üstəlik bu iki qəribə adam onun içinə
girib çıxdılar və az sonra həmin o yumru şey göyə qalxıb yox oldu. Bu arublular
üçün əsl möcüzə idi. O üzdən indi hamı onlar üçün qurban gətirmişdi. Stivlə
Martin dərin hörmətlə arublulara təşəkkür edib, hərəyə iki ədəd qırmızı cır alma götürüb qalxanda birdən
Martin dünənki qurban kəsilməkçün təpəyə çıxarılan qızın cəsədini payaya kəçirilmiş
şəkildə gördü. Martinin halının getdikcə pisləşdiyini görən Stiv nə olduğunu
soruşmadan onun baxdığı tərəfə başını çevirdikdə bu dəhşətli mənzərəni gördü.
Stivi ağlamaq tutmuşdu. Özünü heç cürə ələ ala bilmirdi. Elə bu an dünənki
başçı da qalibanə addımlarla və fərəhlə Stivin qabağına gəlib , əliylə qızın
payaya keçirilmiş cəsədin göstərərək öz dilində dedi:
Tanrı bizim torpaqlara gəldi. Əvvəl biz inanmadıq
,amma, Tanrı o yumru şeyin içinə girdi, yanmadı. Tanrının gəlişi naminə bu qızı
sizə qurban etdim.
Stiv başçının jestlərindən az da olsa onun qızı
öldürdüyünü anlamışdı. Bu üzdən heç cürə sakit dura bilməzdi. Yoxsa bu murdar
adət yenə də davam edəcək və başqa qəbilələrə də yayılacaqdı. Ona görə də
başçının qolundan tutub ortadakı –qızın öldürüldüyü təpəyə gətirib onu iri
daşın qabağında diz üstə çökdürdü. Stiv başçının sağ qolunun biləyindən tutub
iri daşa sıxaraq, hələ də yerdə qalan , kəskin ucluqlu orta ölçülü , hələ də
üstü qanlı olan daşı götürüb bir anda başçının əlinə çırpdı. Öz dilində Stiv
onu söyə-söyə durmadan vururdu. Ananı sikim, fahişənin dölündən yaranan qəddar
alçaq zalım. Bu əlinlə öldürdün qızı? Durmadan əlindəki daşı başcının əlinə o qədər
vurdu ki, başçının sağ əli biləyindən qopub düşdü. Başçı vəhşicəsinə, heyvan
kimi bağırırdı. Bütün arublular şokda idi. Stiv ilə əvvəl qızın cəsədin sonra
isə başçının kəsilən əlini göstərib ,
bundan sonra insanlar qurban olmayacaq deyə bağırdı. Yoxsa hamının əli belə kəsiləcək.
Arublular Stivin nə demək istədiyini anlamışdı. Stiv kəsdiyi əli də götürüb təpədən
düşüb, Arublulardan birinin əlindəki uzun çomağı götürüb, kəsilən əli çomağın
başına sancıb Martinlə oradan uzaqlaşdı.
Digər kəndə gedənlərin hamısı qayıtmışdı. Bircə
Stivlə Martindən başqa. O üzdən hamının gözü şimalda idi. bu həmdə kənd əhalisi
üçün əsl sınaq idi. əgər Stiv Arubdan
sağ-salamat geri dönəcəkdisə deməli əsl tanrı idi. axı hamı Arubdan qorxurdu.
Kimsə oradan sağ qayıtmamışdı. Başda Böyük ana olmaqla hamı ocağın ətrafında
yığışıb nə baş verəcəyini gözləyirdilər. əgər onların Tanrı bildikləri Stiv
qayıtmasa idi Böyük ana bu qəribə adamları şeytan adlandırıb, hamısın qovacaq və
İnannanı da yenidən mağaraya salacaqdı. Amma onun arzuları və planları ürəyində
qaldı.
Çox keçmədiki ormanın başındakı təpənin üstündən
iki qaraltı göründü. Lili sevincək , gəlirlər, gəlirlər deyə qışqırmağa
başladı. Təxminən yarım saatdan sonra Stivgil kəndə çatdı. Böyük ana da
yarınmaq üçün Stivin qabağına gəldi. Stiv sığınacağın yerləşdiyi təpəyə çatanda
hamı onun əlindəki iri çomağı və üstündəki kəsilmiş əli görüb qorxuya düşmüşdü.
Stiv Liliyə baxaraq, gözləri ilə tərcümə et deyib, Böyük anaya baxa –baxa sözə
başladı:
Bu Arubun başçısının əlidir. Insanları qurban kəsdiyi
üçün əlini kəsdim. Tanrı insanı qəbul etmir. Bu əl isə sizdə qalacaq. Qoy bu hamıya dərs olsun. Bütün ətrafdakılara
xəbər edin. Bundan sonra insan insanı kəsməyəcək. Lili sözləri tərcümə etdikdən
sonra Stiv əlindəki çomağı Böyük Anaya atdı. Böyük ana dəhşət qorxu içində idi.
o elə bilirdi ki Stiv onun qəlbindəkiləri bilir və o üzdən də qorxuyla səcdə
edib daha çox yalvararaq dizin-dizin geri qayıtdı. Elə bu an Stivin gözləri ,
sevincdən üzü parlayan İnannaya sataşdı. Stiv təbəssümlə İnannanın yanına gəlib
onun əllərindən tutaraq alnından öpdü. İnanna ilk dəfə idi ki, kiminçünsə belə
darıxırdı. O üzdən öz dilində Stivə: Nə yaxşı ki , arublular səni yemədi, sağ
qayıtdın deyib gülümsündü.
Bütün heyət əslində nə baş verdiyini öyrənmək istəyirdi.
O üzdən Martin hamını sığınacağa yığıb Stivi də çağırdı. Stiv şalvarının arxa
cibindən vərəqi götürüb Martinə uzatdı ki, möhkəm səslə hamıya oxusun. Martin məktubu
oxuyandan sonra hamı lal kimi susub qalmışdı. Heçkəs nə baş verdiyini
anlamırdı. Elə bu an Lili dilləndi. Məqbərədə də xeyirlə şərin savaşından
yazılmışdı. Deyəsən burada bir eynilik var. Bəs əgər belədirsə onda bizi buraya
hansı qüvvə gətirib? Allah ? Yoxsa yadellilər ? axı kimdir bunlar ?
Stiv Arublularla olan söhbəti başdan , uçan naməlum
obyektə kimi, məktubu necə tapmalarından ta geri qayıtdıqları ana kimi olan hər
şeyi danışdı. Martin də enerjisi olduqca az qalan cib telefonu ilə çəkdiyi qısa
videonu da onlara göstərdi. Hamı yerdə olan naməlum uçan aparata baxırdı. Geriyə
başqa yol qalmamışdı. İnanmaq və tale ilə barışmaq lazım idi. onlara ümid verən
tək şey isə geri dönəcəkləri zaman , hər şeyin yenidən olduğu kimi , qaldığı
yerdən davam edəcək sözləri idi. O üzdən demək olar hamı dizlərin qucaqlayıb
oturmuşdu. Elə bu an Stiv sözə başladı. Biz bu ağaçlıqda çox qala bilən
deyilik. O üzdən gərək özümüz üçün ev tikək. Çünki hər şey ola bilər. Hamısı
razı idi bu təklifə. O üzdən də vaxt itirmədən hamı çölə çıxdı. Ev üçün ən münasib
yer meşənin ortasındakı tala idi. çünki orada müdafiə olunmaq daha asan idi. o
üzdən də bütün kişilər vaxt itirmədən işə başladı. İlk öncə 9 nəfərin qalacağı
böyüklükdə evin sxemi torpağın üzərində çəkildi. Daha sonra isə çəkilmiş cizgilərin
üzərindən eyni ilə qazmağa başladılar. Həmin günü axşama kimi evin özülü tam
olaraq qazıldı. Səhərisi gün özül daşlarla dolduruldu və heyvan təzəkləri və
palçığın qarışığı ilə suvandı. Daha sonra isə taxtaları yonub qəliblər
hazırlayaraq 7 kişi birlikdə çayın kənarına düşdü. Çayın müəyyən hissəsinin
qabağını kəsib torpaq tərəfə yönəltdilər ki , yer islansın və palçıq bol olsun.
Üçüncü gün hamılıqla yerdən quru otları qucaq-qucaq yığıb çay kənarına gəlib ,
otları palçığın içinə töküb əlləri ilə qarışdırmağa və sonra isə tapdamağa
başladılar. Asta-asta palçığı qəliblərə
doldurub , kərpic formasına salıb , səliqə ilə kənarda otların üstünə yığdılar.
On gün sonra isə bütün kərpiclər hazır idi və qurumuşdu. Növbəti üç gün ərzində
hamılıqla kərpicləri daşıyıb meşəyə gətirib evi tikməyə başladılar. Bir həftə
sonra isə ev tamamən hazır idi. üstünə iri budaqları pərdi kimi yığıb, damı
hazıladılar. Daha sonra isə hörülmüş nazik çubuqlardan pəncərə örtükləri və
qapılar hazırlandı. Beləcə ev tamamən hazır idi. ən sonda isə sarıtorpaq şirəsi
ilə evin iç və çöl divarlarını suvayıb qurumaq üçün lazım olan müddətdə də evin
ətrafını ağaclarla hasarladılar. Beləcə ev hazır idi. evin iri zalı , 5 ədəd
yataq otağı və bir ədəd yemək otaqı vardı. Çöldə isə mətbəx kimi istifadə edilməkçün
balaca bir otaq və otağın kənarında yemək hazılamaq üçün soba tikmişdilər. Evi
qızdırmaq üçün də mərkəzdəki iri zalda divar sobası hazırlamışdılar ki , qış gələndə
soyuq olmasın. Hər şey tam hazır olandan sonra hamı çantalarını götürüb evə
köçdü. Anlaşılan o idiki Stiv İnanna və qızcığaz bir otaqda yatacaqdı. Qadınlar
ayrı otaqda, Martinlə Cozef, Neytonla Əli və Maksla Con isə birlikdə yatacaqdı.
Yatacaq kimi isə hamı heyvan dərisindən istifadə edəcəkdi.
Yeni evə köçdüklərinin ikinci günü idi . Böyük ana
və cüssəli oğlan evə gəldilər. Cozef zarafatyana, deyəsən ev mübarəkinə gəliblər
deyib qapını açıb onları həyətə buraxdı. Böyük ana həyətə girən kimi diz çöküb
İL İL deməyə başladı. Yəni ki öz dilində Tanrını-Stivi çağırırdı. Stiv səsi
eşidib həyətə çıxanda qadın diz üstə ona doğru yaxınlaşıb öz dilində danışmağa
başlamaq istəyirdi ki, Stiv onu dayandırdı ki, Lilini çağırıb tərcümə etsin.
Lili gələndən sonra Stiv ona danışmağa izn verən kimi qadın başladı. Uzaq ellərdən
, günən çıxan tərəfdən Kasaplar göydəki ulduzlar qədər birlikdə buralara gəlir.
Axırıncı dəfə gələndə mən uşaq idim. Hər şeyi məhv edib getmişdilər. İndi yenə
də bizi məhv edəcəklər. ətrafdakı tayfalar da onlardan qorxduğu üçün o gözəl,heyvanla
bol olan yerlərdən köçüb bura gəlmişlər. İndi Tanrı kömək eləməsə biz hamımız məhv
olacıq. Böyük ana təlaşla imdad et
tanrım deyə yalvarırdı. Bu yalan ola bilməzdi. gələnin kimliyindən aslı
olmayaraq bir şey bəlli idi ki , onlar əsl təhlükə idi. O üzdən Stiv Böyük
anaya dedi: Elə indi get və ən sürətlə qaçan adamlarını ətrafa göndər. Qoy
Namanlar, Turuklar , Yaxavlar və Arublar buraya yığılsın. Deyin ki Tanrı böyük
birlik istəyir. Əgər bu birlik olmasa yer üzün şər qüvvələr tutacaq onda hamı məhv
olacaq.
Günün sonunda artıq iki minə yaxın kişi kəndə yığılıb
Tanrını gözləyirdi. Hamının gəldiyini
biləndən sonra Stiv dostları ilə kəndə gəlib , təpənin üzərinə çıxdı. Lili də
onun yanına gəldiki Stivin sözlərini onlara tərcümə etsin. Hamı Stivi görən
kimi səcdə etdikdən sonra o sözə başladı. Şərqdən Kasaplar gəlir. Onların
qarşısı alınmasa ilk öncə Turuklar, daha sonra isə hamınız məhv olacaqsız. Mən
sizdən birləşib vahid xalq kimi mübarizə aparmağı tələb edirəm. Bir olsaq kimsə bizə qalib gələ
bilməz. Lili tərcümə etdikdən sonra hamı coşğuyla , yüksək səslə Ulu Tanrı
bizimlədir deyə bağırışmağa başladılar. Xəbəri Böyük anaya çatdıran Turuk
ovçusu Dörd Ayaq idi. Stiv onu yanına çağırıb Kasapların harada ,hansı məsafədə
olduğunu soruşduqda, o dedi:
Yeddi dəfə gün çıxıb batandan sonra onlar Turukda
olacaq. Yəni ki 7 günə kasaplar artıq turukların kəndlərinə çatacaqdı. O üzdən
də Stiv vaxt itirmədən hamını götürüb Turuka doğru hərəkət etməyə başladı.
Turukların əsas məskəni yeddi iri təpənin arasında yerləşirdi və buradan böyük
çölə yol gedirdi. Dəqiq olan o idiki kasaplar bu istiqamətdən gələcəkdi. Stiv ətrafı
müşahidə etdikdən sonra dostlarını yanına yığıb müdafiə planın onlara izah
etdi. Plana əsasən hamı , hətta qadınlar da meşədən ağacları qırıb gətirəcək, təpələrin
arasında hasarlar çəkiləcək və hər təpənin üstündə isə müdafiə qülləsi tikiləcəkdi.
Təpələrə isə iri yuvarlaq daşlar yığılacaqdı. Plan hamıya izah edildikən tam
beş gün sonra müdafiə istehkamı hazır idi. Bu hamı üçün əsl bir möcüzə idi.
hamı tanrının ağlına heyrət edirdi. Təxminən on günlük ərzaq da yığılıb hazır
olandan sonra Lilidən başqa bütün qadınlar Stivgilin qaldığı kəndə yola
salındı. Lili tərcümə üçün qalmalı idi. Lola və İnanna zatən gətirilməmişdi,
onlar kənddəki evdə qalmışdılar. O üzdən təkcə turukların qadınları qocaları və
uşaqları kəndə yola salındı.
Beləlikdə
yeni doğan günəşin ilk şəfəqlərində
çölün başından ilk qaraltılar görülməyə başladı. Hardasa bir saat sonra təxminən sayı on min nəfər
olan kasaplar tam göründülər. İki saat sonra isə kasaplar tam olaraq müdafiə
istehkamını uzaqdan mühasirəyə aldılar. Kasapların başçısı olduqca heybətli,
iki metrə yaxın boyu olan, boğazından insan kəllələri asılmış biri idi. Başçı ən
qabağda durub təpələrin arasındakı çəpərlərə , təpələrin üstündəki daşlara
baxıb hər şeyi anlamışdı. O üzdən qışqıraraq nəsə deyib döyüşçülərinin yanına
getdi. Döyüşçülərinin hamısı iri, ucu iti taxta nizələrlə silahlanmışdı.
Istehkamın içindəkilər bu mənzərəni sakitcə qorxa-qorxa izləyirdi ki, bir də
gördülər kasaplar oradan uzaqlaşmağa başladı. Hamı maraqla onların hara
getdiyini nə etdiyini izləyirdi ki, birdən Stiv Martinə baxaraq təlaşla səsləndi:
Martin bunlar qərbə, biz olan kəndə gedirlər. Anlaşılan odur ki onlar bizi
buradan çıxarıb döyüşməkçün kəndə gedir. Başçı planımızı anlayıb.
Həqiqətən də kasapların başçısı bu istehkama hücum
etməyin çətin olacağını anlayıb Böyük ananın kəndinə doğru irəliləməyi əmr
etmişdi. Ən yaxşı halda onlar istehkamdan çıxıb döyüşəcək ya da
öz yerlərində qalacaqdılar. Belə olduqda isə digər kəndləri çapıb
talamaq daha rahat idi.
Bu əsl fiasko idi. o qədər əziyyət çək amma boşa
çıxsın hər şey. Beş qəbilənin döyüşçüləri burada , qadınları isə sahibsiz halda
kəndlərdə qalmışdı.
Kasaplar istehkamdakılara baxıb qışqıra-qışqıra kəndə
doğru yol aldılar. Nəsə etmək lazım idi. Yoxsa hamı qırılacaqdı. Bu isə əsl təhlükə
idi. qadınların birinə bir şey olsaydı o zaman tanrı haqqında olan əfsanələr
yoxa çıxacaq və hamı onları öldürəcəkdi. Stiv bunları dərk edirdi. O üzdən uzaqlaşan kasapları seyr edərək yeni
plan üzərində çalışırdı..
Elə bu an Stivin ağlına bir ideya gəldi. O tez
ağaclığa doğru qaçaraq 9 ədəd budaq və nazik uzun çubuqlar qopararaq geri
qayıtdı. Martindən bıçağı götürüb köynəyin çıxarıb cıraraq nazik uzun hissələrə
ayırdı. Daha sonra isə o nazik parçaları bir- birinə dolayıb budaqları əyərək ,
hər iki başından tarım bağladı. Anlaşılan o idiki Stiv kaman düzəldirdi. Beləcə
tezliklə 9 kaman və hər biri üçün 30 ədəd ox düzəldildi. Ümumilikdə 270 ox var
idi. oxlar hazır olduqdan sonra Stiv ayağa qalxaraq Turukların başçısın yanına çağıraraq ona əmr verdi:
Külək kimi sürətlə qaçın. Ağaclıqdan keçərək
Kasapların önünə çıxıb sapan və nizələrinizlə onları yubadın . biz də arxadan gəlirik.
Təxminən 300 nəfərlik turuk döyüşçüsü sürətlə meşənin
içi ilə qaçdığı vaxt Stiv də yerdə qalan 1700 nəfəri yığıb çöllüklə kasapların
ardıyca qaçmağa başladı. Təxminən bir saatdan sonra turuklar meşənin içindən
kasapları sapand atəşinə tutduğu vaxtda Stivgil də arxadan onlara yetişmişdi.
Turuklar meşənin içindən sapandla nizəylə daşla kasapların fikrin yayındırıb
meşənin içinə çəkir və dərhal özləri meşədə gözdən itirdilər. Nəticədə kasap ordusu dağılmış və nizamsız halda hərəkətət
etməkdə idi ki Stiv ox və kaman payladığı dostlarını aypara şəklində düzərək
nizamlı şəkildə onları ox atəşinə tutmağa başladı. Bu qədər uzaq məsafədən
atılan oxlar kasapları çaş-baş salmışdı. Hər ox hədəfə dəyirdi.. başçı nə qədər
hücum əmri versə də kasaplar qorxudan irəli gedə bilmirdi. Nəticədə on dəqiqə ərzində
270 nəfər kasap döyüşçüsü yerə sərildi. Bu mənzərəni seyr edən hər kəs qoru və
heyrət içində idi. kimsənin irəli getmədiyini görən kasap başçısı özü bağıraraq
irəli cumanda Stiv də o an irəli atıldı. Hər iki tərəf sakitcə lal-dinməz bu səhnəni
izləyirdi. Bir-birilərinə çatmağa az
qalmış Stiv özün yerə atıb əliylə tuta biləcək bir daşı yerdən götürüb ani hərəkətlə
yuvarlanıb qalxaraq daşı kasap başçısının sinəsinə tuşladı. Elə o an Stiv zərbədən duruxan başçının xayalarına möhkəm
bir təpik vuraraq onu iki qat əyilməyə məcbur etdi. Ağrıdan qıvrılan başçının
sifətinə diziylə iki möhkəm zərbə vuran Stiv onu tam yerə yıxıb boğazından asılmış insan kəllələrini götürərək
qəzəblə kasap döyüşçülərinə baxaraq bağırmağa başladı. Heç kəs qımıldamırdı.
Stiv bunu görüb qətiyyətli addımlara
onlara tərəf gəlib əlindəki insan kəllələri asılan kəndiri kasaplara göstərərək
çıxın buradan gedin deyərək əli ilə onların gəldiyi şərq torpaqların göstərdi.
Başçılarının yerdə zarıdığını görən kasaplar Stivin göstərdiyi tərəfə baxsalar
da onun nə demək istədiyini anlamırdılar. Həm də az öncə göydən yağan oxlar
onları elə qorxuya salmışdı ki , elə bilirdilər oraya getsələr yenə həmin şey
baş verəcək. O üzdən hamı nizələrin yerə atıb , diz üstə çökərək
yalvarmağa başlamışdı. Stiv onların
dilini başa düşməsə də yalvarışlarını anlayırdı. Çünki onlar elə bilirdi bu qəribə
ağ adam da hamı kimi məğlub olduqları üçün onları ya öldürüb ya da kölə edəcək.
Amma , Stiv kasapların arasından ağ dərili, hündürboy bir döyüşçünü seçib onu
ayağa qaldırdı. Hamının gözü önündə başçının boğazından çıxardığı insan kəllələri
asılmış kəndiri onun boğazına saldı. Bu , yeni başçı sənsən demək idi və
kasaplar da bunu anlamışdı. Yeni başçı Stivin önündə diz çöküb təzim etdikdən
sonra boğazından asılan ipi çıxardı. Ipin ucunda klon əvəzinə dəri parçası
bağlanmışdı. Sanki onun içində nə isə vardı. Yeni başçı əlləri əsə-əsə dərini
açıb içindəkin çıxardı. Stiv gözlərinə inanmırdı. Bu əsl kompas idi. bəli
kompas. Hardasa 18-ci əsrə aid olan kompas yeni başçının boğazında idi. Yeni
başçı təşəkkür əlaməti olaraq bu hədiyyəni Stivə təqdim edəndən sonra döyüşçülərinə
Ehey Daqa Qalaş deyib onları bir yerə yığdı. Hamı birlikdə təşəkkür əlaməti
olaraq diz üstə çöküb, səcdə edərək qalxıb asta-asta oradan uzaqlaşmağa
başladılar. Stiv əlindəki kompasa diqqətlə baxanda altında bir yazı gördü. Martin Tayler , Qahirə 1708-ci
il. Stiv Martinin yanına gələrək əlindəki kompası ona göstərərk, - bu nə
sirrdir anlamıram heç, 2017-ci ildən gəlib üst paleolitin sonuna düşmüşük,
kompasda isə latınca Martin Tayler 1708-ci il yazılıb,- deyərək sual dolu gözlərlə
Martinə baxdı. Martin də heyrətlə kompası əlinə alıb bir xeyli baxdıqdan sonra
astaca,- görəsən bu necə qalıb ?- deyərək barmaqları ilə yazıya toxundu. Bəlkə
bunu mən götürüm?
-
Götür
, amma, araşdıraq görək bu hardan gəlib , kasapların əlinə necə düşüb ?
Nəyinə lazımdır axı ?
hardan düşüb düşüb də. Bir kompas bizə xeyir verən deyil.
-
Yox
Martin. Bu səni necə maraqlandıra bilməz axı ?
Mənə yalnız buradan getmək
maraqlıdır deyən Martin kompası cibinə qoyaraq yerdən kamanını götürüb kəndə
getmək üçün meşə yoluna keçdi. Bu yol kəsdirmə , həm də olduqca rahat və əlverişli
olduğu üçün Martin astaca ,- gedək , deyib meşəyə tərəf yönəldi.
Onun bu etinasız yanaşması Stivə heç cürə çatmırdı.
Bilmirdi kəndə geri dönsün yoxsa kasapların yurduna gedib orada kompasın hardan
gəlməsini araşdırsın. Getmək istəsə də, yanındakılar yorğun və halsız olduğu
üçün geri dönməyə məcbur qaldı. Stiv və dostları hamıyla sağollaşıb yola düzəldilər.
Kəndə qəhrəman kimi getsə də, əslində fikri ,zikri yalnız kompasda qalmışdı.
1708-ci ilin kompası bu dövrə necə gəlib çıxmışdı axı. Heç bir elmi fərziyyə
belə bunu açıqlaya bilmirdi deyə Stiv beynində bu fikirlərlə kimsəylə
danışmadan sakitcə addımlayırdı.
Meşənin içi ilə hamı sakitcə getsə bircə Əli ibn
Huseyn durmadan danışırdı. Qısa şort geyən Lilinin parıldayan qıçlarına
baxa-baxa durmadan yarı ərəb yarı ingiliscə danışırdı ki , bəlkə Lilinin diqqətin
çəkə bilər. O üzdən Lilidən bir addım da uzaq durmayan Əli ancaq özündən
danışırdı: Gördün də necə ox atırdım. Biz ərəblər döyüşdə əsl qəhrəmanıq. Bu
Stiv varee, dostun o başçının üstünə cummasaydı onu mən öldürəcəkdim. Biz ərəblər
səhrada aslan ovlayırıq, bunlar mənimçün heç nədir. Elə bu an meşənin içindən
bir ayı nərildəyərək düz onların qarşısına, talanın ortasına çıxdı. Özü də düz
Lili tərəfdən. Iri qəhvəyi ayı asta-asta Lilinin üzərinə gəlirdi. Qorxudan
ayaqları tutulub, yerində donub qalan Lili nə edəcəyəni bilmirdi. Elə bu an Əli
irəli cumaraq kamanın arxası ilə ayıya bir zərbə vurub , cəld kamanı ayının
başına keçirib bir ayağını boynuna dirəyib var gücü ilə ayını boğa-boğa qəhrəmancasına
Liliyə baxaraq,- qaç Lili ,qaç deyib
kamanı daha bərk sıxmağa başladı. Nə qədər cəld olsa da Əlinin gücü ayı ilə bərabər
ola bilməzdi. Elə bir həmlədə ayı özün qabağa atıb, kamanı qopardaraq geri
çevrilib Əlinin üstünə cumanda, Neyton Ştars yerdən iri bir daş parçasın
götürüb ayıya tulladı. Ayı fikrini ancaq Əliyə yönəltmişdi deyə daşa tərəf dönmədi.
əksinə daha da qəzəblə nərildəməyə başladı. Cəngəlliyə dirənən Əlinin artıq
çıxış yolu qalmamışdı. Neyton bu dəfə daha iri daş parçasın götürüb ayıya
tulladı. Ardıyca hamı iri daşlarla ayını vuraraq məcbur etdilər ki oradan qaçsın.
Ayı getsə də, Əli hələ də əsirdi. Özü qorxu içində
olsa da bir qadına xilas etmək əsl qəhrəmanlıq sayılardı. Amma Əli o ayını
vuranda yalnız bir şey düşünürdü: Bəlkə bundan sonra Lili ilə yata bilər.
Lili isə onu xilas etdiyi üçün Əlinin yanına gəlib boynuna sarılıb təşəkkür
edəndən sonra, gedək deyib qolundan tutaraq ardıyca apardı. Təxminən yarım
saatdan sonra özünə gələn Əli az qala Napoleon Bonapart kimi şəstlə
addımlayaraq ən öndə gedirdi.
Əslində qorxu çox qəribə bir şeydir. Bircə dəfə
qorxunun üstünə getdinsə bir daha qorxu sənə yaxın duran deyil. Əli də məhz belə
etdi. Adi itdən qorxan Əli , vəhşi ayının üzərinə getdiyi an qorxunu dəf
etmişdi. Xilas olduqdan sonra isə o qorxu ondan tamamən keçib getmiş və sanki
yeni Əli dünyaya gəlmişdi.
Əsl şərq təfəkkürlü adam idi Əli. Lilini xilas
etdikdən sonra öz düşüncəsində Lili üçün başqa çıxış yolu qoymamışdı. Lili
ancaq onun olmalı idi. çünki o özünü Liliyə görə ayının qabağına atmışdı. Lili
isə Cozefin qoluna girərək arxxadan gəldiyi üçün, Əli geriyə baxa-baxa ona öz
hirsin qısqanclığın baxışları ilə bildirir və bayaqkı ayı kimi Cozefi boğmaq
haqqında düşünürdü.
Neyton da bunu hiss edib zarafatyana Liliyə ,- bəlkə Cozefin qolun
buraxasan? , deyib Əlini göstərdi. Hamını gülmək tutmuşdu. Əli isə bu gülüşləri
anlamadığı üçün şalvarının arxasına baxdı ki, birdən nə isə pis şey ola bilər .
Onun bu hərəkəti arxadakıları daha da güldürdüyü üçün Əli də məcbur qalıb
onlara qoşuldu ki, daha çox gülüş obyekti olmasın .
Bir neçə saatdan sonra artıq onlar kəndə
çatmışdılar. Kənddən olan döyüşçülər kəndə, Stivgil isə meşənin içindəki evlərinə
getdilər.
Yeməkdən sonra hamı evə istirahət üçün keçdi. Çünki
iki gün idiki onlar durmadan çalışırdı. O üzdən yorqun olduqları üçün hamı
sakitcə uzanıb yatdı. Stiv isə İnanna ilə söhbət etmək istəyirdi, amma,
İnannadan gələn sidik qoxusu onu çiyrəndirmişdi. O üzdən qərara aldı ki, sabahdan
etibarən ancaq İnanna ilə məşqul olsun və ona sadə təmizlik qaydalarını öyrətsin.
Otağa dolan qoxudan yata bilməyəcəyi üçün Stiv altına sərdiyi heyvan dərisin
götürüb zala keçərək bir küncdə uzanıb yatdı.
Səhər tezdən hamı oyanandan sonra , əldə olanları
yeyə-yeyə Stiv dünənki kompas söhbətin hamıya danışdı. Hamı bir-bir Martindən
kompası alıb baxıb digərinə ötürürdü. Bu kompas heyət üzvlərinin gələcəyə
qayıtmaq ümidlərini yenidən alovlandırmışdı. O üzdən hamı Kasap qəbiləsinə
gedib orada araşdırma aparmaq haqqında fikirni irəli sürdü. Martindən başqa
hamı getmək istəyirdi. Bircə Martin olduqca etinasız şəkildə kompas məsələsinə
olduqca maraqsız yanaşırdı. Uzun çəkən söhbətdən sonra axırda belə razılıq əldə
olundu : heyət 3 dəstəyə bölünəcək. Birinci dəstə kasapların yaşadığı yerə gedəcək,
ikinci dəstə o ətraflarda axtarışlar aparacaq, üçüncü dəstə isə evdə qalıb ərzaq
tədarukü görəcəkdi.
Birinci dəstəyə Lili , Neyton, Maks və Lola ,
ikinci dəstəyə Martin Cozef və Con feller daxil idi. onlar hazırlaşıb yola
çıxacaqdı . Sti, Əli və İnanna isə evdə qalıb ərzaq tədarükü görəcəkdi.
Neytonun düzəltdiyi masanın ətrafindakı hər kəs nə
iş görəcəyini anlamışdı. Bircə İnanna heç nə bilmirdi. çünki o murdar iy
verdiyi üçün hamı ondan uzaq qaçırdı. Kənarda oturan İnanna masadan ət parçası
götürüb yemək istədiyi üçün onlara yaxınlaşanda ilk öncə martin əsəblə ayaqa
qalxıb ,- tualet səndən daha təmizdir , deyərək əli ilə ona geri çəkilməyi əmr
etdi. İnanna qorxa-qorxa geriyə- öz yerinə keçib oturanda , Stiv ən dadlı ət
parçasın götürüb ona yaxınlaşdı. Nə qədər murdar qoxu gəlsə də , özünü saxlayıb
İnannaya əti uzadıb geri döndü. Az qala ödü ağzına gəlirdi. Lolaya baxaraq,- bu
iki gündə nə oldu ki bu belə iy verməyə başladı?-soruşdu.
-
Heç
nə, iki gündür ona nə qədər tualeti öyrətmək istəsəm də o meşəyə gedir və
yuyunmadan gəldiyi üçün onu evə buraxmırdım.
Martin İnannaya baxaraq,- o əsl heyvandır , deyib
gülə-gülə əlindəki ət parçasın sanki it qabağına atırmış kimi İnannanın önünə
tulladı. Stiv isə Martinə,- siz geri dönüncə əsl qadın görəcəksiz, deyib hətta
mərc də təklif etdi. Sən axmaqsan
,uduzacaqsan , deyən Martin vecinə almadan ayağa qalxıb evə keçdi.
Bir azdan bütün qruplar hazır idi. Stiv xüsusən
Lili və Neytona kasapları ciddi araşdırmağı tapşırıb , onlara lazımı elmi təlimatları
verdi. Martin və Lilinin dəstəsi çıxmağa tam hazır idi. Stiv ilk öncə Martini
bağrına basıb sağollaşdıqdan sonra , hamıyla eyni qaydada sağollaşıb onlara
uğur diləyərək , ən sonda yenə də lazımı təlimatları verib yola saldı.
Hamı getdikdən sonra Əliyə də ov etməyi tapşırıb
özü İnannanın yanına getdi. Əli taxta nizəsin və kamanın götürərək meşəyə ox
düzəltib ova başlamaq üçün gedəndə Stiv də İnannanı evdən çıxarıb, çantasın
götürüb gölə doğru apardı. İlk öncə özü soyunub gölə girdi və İnannaya da eyni
qaydada gəlməyi göstərərək əli ilə başa saldı ki o da əynindəki o kirli dəri
örtüyü çıxarsın. İnanna qorxa-qorxa tam soyunub büzüşmüş halda kənarda dayanıb
Stivə baxırdı. Stiv yenidən ona gəl deyib əli ilə çağıraraq gölə saldı. İlk öncə
Stiv özü ağzın yumub , barmaqları ilə qulaqlarından tutub gölə tam girdikdən
sonra eynisin də İnannaya etməyi tapşırdı. Bu isti havada suya girmək onun çox
xoşuna gəlmişdi. Daha sonra Stiv kənara çıxıb , çantasından üz qırmaq üçün alət
və iki ədəd iti kəsicisin götürüb geri qayıtdı. Kəsicinin birin açıb alətin
içinə yerləşdirdikdən sonra İnannaya yaxınlaşdı. Qorxmaması üçün onu sığallayıb
mehriban nəzərlərlə baxaraq, əlini ovcuna götürüb asta-asta alətlə qollarındakı
tükləri qirxmağa başladı. İnanna nə qədər qorxsa da qan çıxmadığını görüb
sakitcə dayanmışdı. Növbə ilə qolların , qıçların təmizləyəndən sonra
qoltuqlarının altın qırxmağa başladı. Ilk dəfə alət qoltuqlarına dəyəndə
qıdıqlandığı üçün İnanna hətta xoşallanmışdı. Daha sonra digər qoltuğunu da təmizləyəndən
sonra Stiv İnannanı suyun dayaz yerinə çıxardı. Ehmalla əlindəki alətlə onun
qıçlarının arasını təmizləməyə başladı. Sözün əsl mənasında bu qədər tük
olduqca iyrənc görünsə də , Stiv bir təhər özünü saxlayıb təxminən on dəqiqə
içində İnannanın qıçlarının arasını tam təmizlədi. Daha sonra yenidən gölün
içinə girərək İnannaya yuyunmağı göstərən Stiv təxminən yarım saatdan sonra
İnanna ilə göldən çıxdı. Onun qarşısında
əsl qadın dayanmışdı. Stiv İnannanın gözəlliyinə baxıb bir daha heyrətlə tamaşa
etdikdən sonra çantasından hamam xalatını çıxarıb İnanaya geydirdi. Artıq kimsə
ona mağara qadını deyə bilməzdi. O İnannanın saçlarını üzündən arxaya doğru əliylə
darayıb çöhrəsinə doyunca tamaşa edirdi. İnanna isə bir kişinin baxışları
altında tamamən əriyib yoxa çıxmışdı. O əslində hər şeyi anlayırdı. Digər
insanların ona heyvan kimi yanaşdığını, Stivin isə ona tam başqa cür
baxdıqını gözəl başa düşürdü.
Azacıq günün altında qurulandıqdan sonra Stiv də
paltarın geyib İnanna ilə birlikdə evə getdi. Evdə isə İnannaya sadə gigiyenik
qaydaları azı bir saat jest və mimikalarla başa salandan sonra ona evdə
oturmağı tapşırıb özü də meşəyə Əlinin dalıyca getdi.
Təxminən iki saatdan sonra onlar iki qoyun
ovlayaraq geri dönəndə , Əli həyətə girən kimi İnannanı görüb duruxdu. Stivdən
bu qadının kim olmasını soruşduqda , bu qadının həmin o mağara qadını – İnanna
olmasını eşidib dəliyə döndü. Hanı bunun tükləri ?
-
Qırxdıq
hamsın.
Üzünə bax bunun, bu Lilidən də gözəldir ki... Stiv
Əlinin heyrətinə sadəcə gülümsəndi. Əslində Əli heyrət etməkdə haqlı idi. çünki
heç kəs İnannanı üzündəki kirdən , saçının üzünə tökməsindən aydın görə bilməmişdi.
Indi isə tam fərqli, əsl qadın var idi.
Yorumlar
Yorum Gönder