yarımallah 7-ci hissə
Geriyə mütləq Arub kəndindən qayıtmalı idilər. O üzdən də sakitcə kəndə doğru yol aldılar. Onları uzaqdan izləyən bir qrup arublu isə gördüklərini danışmaqdan ötrü sürətlə kəndə doğru qaçırdılar ki, bu iki nəfərin o yumru şeyin içinə girməsini və heç nə olmamasını anlatsınlar. Stivgil də bir neçə saatdan sonra kəndə çatdılar. Artıq gecə yarısı idi. kənddə bircə iri ocaq yanırdı və bir neçə nəfərdən başqa hamısı yatmışdı. Stivgili görən oyaq qalmış Arublular ehtiramla daha doğrusu qorxudan yaranan hörmətlə onları qarşılayıb yatmaq üçün iki iri heyvan dərisi gətirdi. Yorqunluqdan Stivlə Martin elə uzanan kimi yuxuya getdilər. O qədər piyada yol gəzmişdilər ki, oyananda artıq günorta idi. yuxudan durub əl- üzlərini yuyub , çantalarındakı qurudulmuş ət parçasından yeyib getmək istəyirdilər ki, arublular onların ətrafına yığışdı. Eynən kənddəki kimi hamı əlində heyvan ölüsü, dəri, bitki kökləri, meyvələrlə onların qabağında səcdə edib ayaqlarını öpürdülər. Axı onlar hamıdan fərqli idi...