Ülviyyə üçün not dəftəri
Memuarın başlığı sevinc,
sonu kədər.
Başlıqsız sətirlər ölümdən betər.
Yenə də səhnələr ,
pianoçu populyardı.
Amma ona qalan bir otaq ,
bir də
memuardı...
Okaber...
Bakı
Musiqi Akademiyasının sonuncu kurs tələbəsi olan Ravin Seyidov əsl piano dahisi
idi. o piano arxasına oturub , dar uzun barmaqlarını klavişlərə uzadanda hər kəs
susardı. Hər kəs onu dinləməyi özünə fəxr bilərdi. Çünki hər kəs bilirdi ki, o
gələcəyin dahisidir.
Kasıb
bir bakılı ailəsində dünyaya göz açan Ravin , uşaqlıqdan musiqiyə sevgisi ilə
seçildiyinə görə valideynləri onu piano dərslərinə göndərmiş və sonunda o gəlib
bu yerə çıxmışdı. Sonuncu kurs tələbəsi olsa da artıq Filarmoniyadan ona iş təklifi
də gəlmişdi istedadına görə. Həftə sonları İnturist restoranında piano çalıb
maddi ehtiyaclarını qarşılayan gənc pianoçu isə təhsil və özünü inkişafı hər
şeydən üstün tutardı.
Bir
payız günü dərsdən sonra gənc pianoçu,
Fridrix Şopenin əsərlərinin külliyyatın axtara-axtara Qız Qalasının yaxınlığında
yerləşən Elmanın bukinistinə gəlib çıxdı. Burada kim nə istərdisə tapa bilərdi.
Nizaminin Xəmsəsindən tutmuş, Meksika mətbəxinə aid olan kulinariya kitabına
kimi hər şey vardı. Bir anlıq çöldən baxarkən, içəridəki bir neçə qadının
Elmanın başına dolandığına baxıb gülümsünərək öz-özünə düşündü: Qadınlar kitaba
sevgisi olan , mədəni insanlarla eşq yaşayar, yatağını bölər,amma, sonunda
başqa biri ilə ailə qurar. Elman da eyni taleyi yaşayırdı. Kifayət qədər kitab
mütaliəsi olan bu adam, qadınlar üçün əla kovaler və yataq partnyoru olsa da
yenə də üzündəki ağır kədər və sərt hərəkətləri hər şeyi açıb ortaya qoyurdu.
Adam tənha idi, tənha. Bu günəcən təkliyin
nə olduğunu bilmirdi gənc pianoçu. Gözəl dinləyiciləri, musiqiçi dostları ilə
kasıb həyatı rəngarəng keçərdi . Sevgi tərəfdən isə axsaq insan idi. sonuncu dəfə
məktəbdə səkkizinci sinifdə oxuyarkən rus sektorundan Nadejda adlı bir qıza
vurulmuşdu. Elə bir yay tətili qədər çəkmişdi bu sevgi. Sentyabrda dərsə gələrkən
artıq ikisi də bir –birinə yad idilər. O üzdən sevgi deyərkən naməlum bir hiss
kimi yanaşardı bu məfhuma.
Elə
pəncərədən bukinistin içinə baxa-baxa qapıya doğru irəliləyirdi ki , gözü bir
qıza sataşdı. Deyəsən o da bukinistə gəlirdi. əynində süd rəngli dizdən plaş,
azacıq dizdən yuxarı qara yubka və rəngi tamamlayan ağ kofta. Boğazında isə
narıncı nazik şarf. Saçı yanlara dağılmış bu qızın kabluku qırılmışdı.
Ayaqqabısının dabanının qırıldığına görə üzündə yaranan kədər də bu qızın gözəlliyinə
kölgə
sala bilmirdi. İlk baxışdan sevgi deyəsən
bu idi. gənc pianoçu yerində donub qalmışdı. Üzü bukinistə , başı isə qıza tərəf
donmuşdu sanki. Bəlkə də həyatında ilk dəfə cəsarətin toparladı və qıza
yaxınlaşdı.
Xanım
, yardım edə bilərəmmi?
-yardımlıq
bir şey yoxdur, dabanı qırılıb. Məcbur bir taksiyə oturub gedəcəm evə.
Buraya
yaxın yerdə pinəçi var. Gözəl təmir edir. Adam elə işləyir ki, yenisindən heç
cür fərqlənmir. Gedəkmi?
-uzaqdır?
Xeyr
azca yoldur.
Qız
ayaqqabılarının ikisin də çıxarıb əlində tutaraq gənc pianoçu ilə yola düzəldi.
Yol boyu bir kəlimə də danışmadılar. Beş dəqiqə sonra pinəçinin dükanına çatıb
ayaqqabıları verib elə orada da gözləməyə başladılar. Pinəçi yarım saata
ayaqqabıları hazır edəcəyini demişdi.
Bu
əsl imkan idi tanışlıq üçün. Ona görə də Ravin , qızı çay içməyə dəvət etdi,
qız isə ayaqyalın hara gedə bilərik ki, ayıbdır deyəndə gənc pianoçu da
ayaqqabıların çıxarıb pinəçinin yanına qoydu. Beləcə hər ikisi ayaqyalın idi.
Bayaqdan üzündə əsəb və yorğunluq olan bu qızın siması gülümsədi. Təbəssümlə
Ravinə baxaraq “yaxşı gedək” deyib yaxınlıqdakı çay evinə getdilər.
Rəsul kişinin çay evi özgə aləm idi. eyni anda əlində 16 çay dolu stəkan tuta
bilirdi Rəsul dayı. Həmişə də əynində ağ xalat, başında isə iri şapka olardı. Rəsul
dayının da öz hekayəsi vardı. Atası onu həkim kimi görmək istəyirdi. Özü də həkim
olmaq istəyirdi. Çünki həkimlər cəmiyyətdə sevgi və hörmət sahibi idilər. Bəzən
öz özünə güzgü önündə baxıb doktor Rəsul, Rəsul Şamiloviç deyə müraciət edərdi.
Amma fizika və kimyadan zəif olması bu arzuları bir şirin xəyal olaraq Rəsul
dayının ürəyində qoymuşdu. Buna görə də onun əynindən ağ xalat çıxmazdı. Hətta
heç bir həkimə ağ xalat bu cür gözəl yaraşmazdı amma çayçı Rəsula yaraşırdı.
Rəsul
dayı, çay evinə gələn bu iki ayaqyalın gəncə iki gözəl pürrəngi çay gətirib gülümsəyərək
bunlar revizorun payından sizə hədiyyədir , rus malı deyilee əsl Seylondur deyib
uzaqlaşdı. Hər ikisi bu gözəl ətri olan çaydan içə-içə söhbətə başladılar.
Qız
Zaqataladan idi. adı Ülviyyə olan bu qız Pedaqoji Universitetdə ibtidai sinif
müəlliməliyi fakultəsində 3-cü kursda oxuyurdu. Bakıda kirayədə qalırdı bir neçə
qızla.
Söhbət
olduqca gözəl idi. elə mehriban idilər ki , sanki allah onları bir –biri üçün
yaratmışdı. Kənardan baxan hər kəs elə bilirdi ki, bunlar uzun illərdir
bir-birin tanıyırlar. Yarım saat tez gəlib keçdi. Məcbur qalxıb pinəçidən
ayaqqabıları götürüb ayaqlarına geyib hər ikisi metroya tərəf addımlamağa
başladı.
Ravin
bir daha necə görüşə biləcik, bəlkə bir-birimizdən nömrə götürək deyəndə,
Ülviyyə cavab verdi: Nömrə lazım deyil, gəl biz fərqli olaq. Hər həftə sonu elə
ilk görüşdüyümüz yerdə , bukinistin yanında görüşək saat beş tamamda. Baxaa
indidən deyirəm geciksən gözləyən deyiləm.
-Heç
gecikərəmmi Ulviyyə xanım?
Bilmək
olmaz. Geciksən çətin taparsan deyib gülümsəyərək metroya girən Ülviyyə yenidən
geriyə dönərək təkrarladı: Həftə sonu saat beşdə.
Cibindəki
son pullarını pinəçiyə və çaya verdiyi üçün evə piyada getməyə məcbur olan gənc
pianoçu yol boyu gülümsəyərək , tanımadığı hər kəsə salam verərək evinə getdi.
Onun həyatında ilk dəfə idi günəş doğurdu. Sarı saçları, mas mavi gözləri olan
bu Zaqatalalı qız onun həyatının günəşi idi. İlk dəfə idi gənc pianoçu Bakını
belə sevirdi, ilk dəfə idi o Bakının toz qaldıran küləklərinə sehrli bir qüvvə
kimi baxırdı. Hər şey onun gözündə gözəl idi .Hətta iki dəfə onu cərimələyən
yol polisini də bağrına basacaq qədər sevgiylə dolu idi qəlbi.
Evə
çatıb piano arxasına keçib, Bethovenin fur Elise parçasını elə bir tərzdə ifa
etdi ki, hətta mətbəxdə qabları yuyan və musiqiyə etinasız olan dul qalmış
bibisi də başını qapının çərçivəsinə söykəyib onu dinləməyə başladı. Ilk dəfə
idi əri vəfat edən bibi musiqinin necə gözəl olduğunu anladı. çünki musiqidə
sevgi vardı. Günlər bir-birini əvəz edirdi. Ülviyyənin xəyalı ilə alışıb yanan
gənc pianoçu həftə sonunu gözləyə bilmirdi deyə hər gün Pedaqoji Universitetə
gedib, korpus-korpus gəzərək o qızı axtarardı. Tapa bilməsə də həftə sonunu
ümidlə gözləyirdi. Beləcə o gün gəldi. Saat beşin yarısından bukinistin
qabağında heykələ dönən gənc pianoçu Ülviyyəsinin gəldiyini görüb sevinsə də o
qürurlu addımlarla qıza tərəf irəlilədi. Qeyri adi bir yerə getmək istəsə də
qız bu dəfə özü dilləndi ki , bəlkə həminki çay evinə gedək ? birlikdə Rəsul
dayının çayxanasına gedib açıq havada əyləşdilər. Iki saat durmadan söhbət edib
çay içdikdən sonra hər ikisi dəniz sahilinə getməyi qərara aldılar. Qız
qalasının yanından Azneft dairəsinə kimi addımlayıb söhbət edə-edə bir az da irəli
gedəndə sahildə bir yaşlı balıqçı gördülər. Tilovu olsa da çöməlib əli ilə balıq tutmaq
istəyirdi bu adam. O üzdən maraq xatirinə bu qocanın yanına gəlib salamlaşıb
söhbətə başladılar.
Ay
əmi tilovunuz olduğu halda niyə əl ilə balıq tutmağa çalışırsız? Qoca əli ilə
sahildən kənarda , dənizin içindəki torpaq sahəsin göstərib cavab verdi: Bala o torpağı görürsənmi ?
-əlbəttə
.
Bilirsənmi
o nədir elə ?
-dəniz
səviyyəsi düşəndə yaranır o torpaq sahəsi, su gəldikdə isə altda qalır.
Bala
bura vaxtilə Səbayil qalası olub. Deyilənə görə Səba dövlətinin hökmdarı
Bilqeyis məhz bu qalada yaşayıb. Süleyman peyğəmbər ilə ailə qurarkən öz
taxtını Süleymana hədiyyə edib. Süleyman isə əvəzində ona ölməz balıq
bağışlayıb. Bu balığı ancaq əl ilə tuta bilərsənmiş. Və tutanda isə o sənin qəlbindən
keçən ilk arzunu yerinə yetirəcək, bir şərtlə ki, onu həmən buraxasan. Yoldaşım
xəstə olduğu üçün gəlirəm bura. Bəlkə tuta bildim. Nə qədər ki dəniz səviyyəsi
qalxmayıb ümidim var. Dəniz qalxsa balıq buradan uzaqlara gedir.
-Əmi
heç o balığı tutan olubmu ?
Yəqin
ki olub bala. Olmasaydı boş yerə bu əfsanə olmazdı ki.
Ravin
ilə Ülviyyə qoca balıqçıya uğur dilənib oradan uzaqlaşdılar ki, birdən gənc
pianoçu dilləndi: Ulya kim bilir bəlkə də gün gələr son ümid kimi ora gedərəm səni
görməyə.
-Elə
demə , bizim dostluğumuz gözəl olacaq. əsl dostlar isə heç vaxt ayrılmaz.
gənc
pianoçu bu dost sözündən kədərlənsə də biruzə vermədi. Daha sonra isə öz-özünə
Ülviyyəyə haqq da qazandırdı. İlk görüşdə başqa hansı sözü gözləyə bilərdiki ?
Amma yenə də dost olmasaydı daha gözəl olardı deyib gülümsənərək qıza baxıb
dedi: Ən yaxın dostun olacam Ulya.
Əslində
hər ikisi dərk edirdi ki, onların dostluğu sevgidir. Sadəcə bu sözü dilə gətirmək
olduqca çətin idi .
Ilk
görüş Baksovet metrosunun qarşısında sona çatdı. Yenə də gənc pianoçu son
pullarını da xərclədiyi üçün evə piyada getməli idi. Amma bu ona piyada gəzmək
yox, uçmaq kimi gəlirdi. Sanki qanadları var idi. evə çatanda isə təzad başlayırdı.
Həmin o xoşbəxtliyin yerini sonsuz əzab bürüyürdü. Çünki o darıxırdı. Ardıyca
yenə də sevinc gəlirdi. Düşünəndə ki bir həftə sonra yenə görüşəcək ,
darıxa-darıxa sevinirdi. Günlər bir-birini yola saldıqca xoşbəxtlik daha da
artırdı. Beləcə yenə də həftə sonu yaxınlaşdı. Yenə eyni yerdə görüşdülər.
Senari eyni idi. Yenə də Rəsul dayının çay evi və sahil gəzintisi. Bu dəfə də o
qoca balıqçı sahildə idi. keçəndəfəkindən fərqli olaraq bu dəfə tilov ilə balıq
tuturdu. Maraq güc gəlmişdi deyə yenə də qocaya yaxınlaşıb ikisi eyni anda
soruşdu: Salam əmi, nə əcəb bu dəfə əllə tutmursuz?
-Qabarma
başlayıb iki gündü . Səbayil qalası suyun altda qalanda o balıq uzaqlara gedir.
İndi nəvəmin doğum günü üçün balıq tuturam. Bir də qismət olsa bir neçə il
sonra sular çəkiləndə əl ilə cəhd edəcəm. o torpaq görünməsə tutmaq olmur.
Ülviyyə
ilə Ravin sağollaşaraq oradan uzaqlaşarkən birdən gənc pianoçu dilləndi: Əgər nə
vaxtsa məni itirsən son ümid kimi buraya gələrsənmi?
-Yox.
Biz ki dostuq. Dostdan çox dostum var. sadəcə
şirin-şirin xatırlayaram səni.
Ülviyyənin
gülümsəyərək verdiyi bu cavaba Ravin də gülümsədi. Çünki bunun zarafat olduğunu
bilirdi .
Yenə
də görüş Baksovet metrosunun qarşısında sona çatdı. Beləcə hər həftə sonu,
payız, qış, yaz demədən eyni yerdə görüşərdilər. Bir-birlərinə dəli kimi elə
bağlanmışdılar ki, hər ikisi görüşə vaxtından tez gəlirdi ki, biraz daha artıq
vaxt keçirsinlər. Bu dəli eşq onları nə qədər havalandırsa da yenə də “dost”
olaraq qalırdılar.
Artıq yay gəlmişdi. Ravin akademiyanı bitirir,
Ülviyyə isə imtahanları verib rayona getməyə hazırlaşırdı. Hər ikisinin başı
son imtahanlara bərk qarışsa da görüş
günü olduğu üçün hər bir işi atıb görüşə tələsirdi. Bu dəfə bir-birindən xəbərsiz
düz bir saat hər ikisi tez gəlmişdi görüşə. İlk dəfə idi onlar görüşərkən
dostyana əl uzatmaq yerinə qucaqlaşdılar. Sanki nə isə dammışdı içlərinə.
1992-ci ilin yayı da qəribə idi. bir yandan heç vaxt görülməyən istilər, bir
yandan da Qarabağda gedən qanlı müharibə. Hər gün qəzetlərdə onlarla şəhid adı.
Qəribə bir hal baş verirdi. Kimin dostu qohumu tanışı cəbhədə idisə hamı sanki
qara xəbər gözləyirdi. Ümidsizlik yağırdı Bakıdan. Bu ümidsizlik ən dərin
sevgilərə də siraət etmişdi sanki. Bu görüş o birilərindən daha uzun və daha
gözəl keçdi. Yenə də sahildəki qocanı ziyarət edib birlikdə gəzərkən Ravin dilləndi:
Gələn görüşümüzdə səni akademiyaya aparacam. Sənə bəslədiyim əsəri öz əllərimlə
ifa edəcəm pianoda.
-Mənim
üçün mahnı bəstələmisən ?
Mahnı
yox, kiçik həcmli əsər. Hər notunda dost sevgisi olan bir əsər.
Dost
sözün xüsusi eyhamla dediyinə görə Ülviyyə dodaqaltı gülümsəyib, gözləri ilə elə
baxdı ki , bu baxışlar “ dost desəndə sevdiyini bilirəm” mənasına gəlirdi.
Əslində
isə gənc pianoçu heç bir əsər bəstələməmişdi. Bu sadəcə bir fikir idi ki anidən
oyandı. Qarşıdakı bir həftədə Ravin on belə əsər də bəstələyə bilərdi deyə
rahatlıqla bunu dilə gətirmişdi. Bu dəfə Ravin “dostunu” metro yox, düz evinəcən
ötürməyə qərar verib Ülviyyə ilə birlikdə metroya girdi. . Evə çatmağa az
qalmış bu görüşü bir az daha uzatmaq üçün yaxınlıqdakı restorana girib ən ucuz
menyunu sifariş etdilər. Qarşılarındayı yarım porsiyonluq dolmanı asta-asta
yeyirdilər ki , daha çox söhbət edə bilsinlər. Gənc pianoçu ilk dəfə məhz bu
gün anladı ki, əslində dolma qatıqla yox , sevgi ilə daha gözəl dadır. Əfsus
ki, dolma da bitdi. Az sonra hesabı ödəyib qalxaraq Ülviyyəsini evə ötürən
Ravin əllərini cibinə salıb, Nərimanovdan piyada Yasamala doğru yol aldı. Yol
boyu Ülviyyə üçün bəstələcəyi əsər haqqında düşünürdü. Bir saat sonra artıq evdə
idi. içəri girəndə qəribə bir mənzərə ilə qarşılaşdı. Hamı yasa batmışdı sanki.
Əvvəl elə bildi ki qonşuları Rasimin qara xəbəri gəlib. Daha sonra isə aydın
oldu ki sən demə onun özünə müharibəyə çağırış bileti gəlibmiş . Bibisi sərt
bir hərəkətlə çağırış biletini gənc pianoçuya uzadaraq , “çay gətirimmi səninçün”
adlı mənasıb bir sualı verdi. Çağırış sabah səhər on tamama idi. Heç Ülviyyə ilə
sağollaşmağa da vaxt yoxdur deyə dərindən köks ötürən pianoçu , otağına keçərək
təcili bir məktub yazdı.
“Salam
Ülviyyə. Səhər tezdən orduya getməliyəm. bilirəm ora mənim yerim deyil. Çünki
silah tutmaq bir yana, mənim əllərim heç yumruq belə olmayıb. Yenə də getməliyəm.
Qayıdan kimi gələcəm yanına. Qurban sənə, məktubu alan kimi mümkün olan bütün əlaqə
vasitələrin yaz göndər bizə. Gəlib səni tapacam. Qayıdacam Ülviyyə. O əsəri sənin
üçün öz əllərimlə ifa etməyə qayıdacam.
Sənin dostun Ravin...”
Məktubu
kitabın arasına qoydu ki, səhər tezdən anasına verib bir yolla göndərtsin
Ülviyyə qalan i binaya. Gecəni ailəsi və dostları ilə keçirib səhər tezdən əynini
geyinib çağırış məntəqəsinə yola düşmədən öncə anasını kənara çəkib dedi: Ay
ma, nə olar kimsə bilməsin. Bunu yazdığım o ünvana apar. O binada Ülviyyə adlı
qız qalır, tələbədir. Mavi gözləri var. bunu ona ver qurban sənə. ..
Bir
neçə saatdan sonra çağırışçıların hamısı ailələri ilə sağollaşaraq avtobuslara
doluşub yola düşdülər. Hər kəs ağlayırdı. Həm gedənlər, həm göndərənlər.
Günün
sonunda artıq hər kəs Ağdamdakı gənclər
taborunda idi. Hər yerdə bir intizamsızlıq, hər yerdə bir qaça-qaç vardı. Tələsik
bu gənclərə necə gəldi hərbi formalar paylanılıb on dəqiqədən sonra təlim
meydançasında yığışmağı tapşırdılar. Hərbi formaların demək olar ki hamısı fərqli
rənglərdə idi. Ölmüş əsgərlərin üzərindən çıxarıldığı da bəlli olurdu. Çünki
çoxusunda qan ləkəsi vardı. On dəqiqədən sonra hər kəs meydançada yığışmışdı. Hərbi
hissə komandiri tribunaya qalxanda birdən kimsə uca səslə bağırdı: Hərbi hissə
fərəqət. Hərbidən başı çıxmayan gənclər çaşqınlıq içərisində idi. Nə edəcəklərini
də bilmirdilər. Bu an komandir sözə başladı. Başımızın üzərin qara buludlar
alıb. Uzun illər qardaş dost dediyimiz ermənilər indi əllərinə silah alıb xaincəsinə
bizi qırmağa başlayıb. Onlara dur demək lazımdır. Qoy görsünlər bizim gücümüzü.
Sizlər buna görə varsız. Bu gecə sizə silah atmaq öyrədiləcək . sabah isə müqəddəs
vətənimizi qorumaq üçün hamınız cəbhəyə yollanacaqsız. Unutmayın ki, ən böyük
zirvə şəhidlikdir. Gedin bu vətən uğrunda şəhid olun.
Qəribəsi
o idi ki, heç kəs şəhid olmaq istəmirdi. Hamısı yaşamaq istəyirdi. Sadəcə bu şəhadət
kəliməsi namus kimi ağır olduğu üçün kimsə çürət edib etiraz edə bilmirdi.
Səhərəcən
zabitlər bu yeni gələnlərə silah haqqında uzun-uzadı danışıb , səhər açılan
kimi isə yemək verib, bölüklər halına salaraq , bölük-bölük səngərə göndərdilər.
Bunun bir adı vardı- başıpozuqluq. Belə əsgər hazırlamazdılar. Bu rəsmən ölüm
idi.
Ravin
,Qubadan olan Nurullayev Eynulla adlı həvəskar zabitin bölüyündə idi. Görünüşcə
köstəbəyə oxşayan bu adamın üzündə nur adlanan, nura oxşayan heç nə yox idi.
Boyu səngərdən qısa olan bu adam hələ mənasızcasına boynundan binokl da
asmışdı. Bir-bir gələn əsgərlərə baxıb İosif Stalinə bənzəməyə çalışan bu dırnaqarası komandir sözə
başladı: Mən sizin komandirinizəm. burada bir qanun var. o da mənim sözümdür.
Kim sözümdən çıxsa onu bax bu tapança ilə vurub ,vətən xaini kimi cəhənnəmə
göndərəcəm deyərək, əlini qurşağındakı tapanca qoburunun üstünə qoydu.
Bütün
bu gördükləri gənc pianoçunu bir dünyadan götürüb tamam başqa bir dünyaya
atmışdı. İlk gün səngərdə var-gəl edən Ravin , axşam olunca sığınacağa daxil
olub yatmaq istəyirdi ki,
birdən köstəbək
komandir içəri daxil olub qışqırdı: yatmaq yoxdur əsgər. Qalx keç növbəyə .
Bura atanın xarabası deyil. Ravin yerindən qalxaraq sakitcə çıxıb səngərə doğru
getdi. Elə təzəcə səngərə girmişdi ki,
gördü bir həşir var ki burada. İki gün
öncə açıq döyüşdə şəhid olan ona yaxın əsgərin cəsədin gətirmişdilər. Səs küy
isə ona görə qalxmışdı ki, cəsədlərin arasında səhvən üç erməni meyiti də
vardı. Bəziləri deyirdi bunları yandıraq, bəziləri isə yox, olmaz , ölənlərimzlə
dəyişək fikrin müdafiə edirdi. Birazdan köstəbək də gəlib çıxdı. əsgərlər bu
erməni meyitlərini nə edəcəklərini soruşanda komandir dedi: bunların formasın
çıxarıb gizlicə neytralda müsalman kimi
basdırın. Bu oğraşlar harada müsəlman qəbri görürsə dağıdırlar. Qoy özləri öz
dığalarının qəbrin dağıtsın. Hamı şaqqanaq çəkib güləndə Ravin isə yerdə qalan
cəsədlərə baxırdı. İnsan-insanı necə öldürə bilər axı . bu düşüncəylə səngərin
divarına söykənib, sayrışan ulduzlara baxdı. Üç erməni cəsədi köstəbəyin canına yağ kimi
yayılmışdı deyə o, gənc əsgərlərə gedin dincəlin deyib özü də dincəlməyə getdi.
Gecənin bir
yarısı yenidən səs-küy düşdü və hər kəs səngərlərə doluşdu. Ermənilər yenə
hücuma keçmişdi. Göz gözü görmürdü,amma, güllələr havada vulkan lavası kimi
axırdı. Səhərəcən davam edən aramsız atışma, hava açılanda sona çatdı. Hər kəs
yorğun idi deyə, hərə başını bir kənara qoyub elə səngərdəcə yatdı.
Beləcə günlər
davam edərkən gənc pianoçu da müharibənin bir hissəsinə çevrilirdi. Artıq
üçüncü ay idi . Ravindən başqa hər kəs erməni vurmuşdu. O isə düşmən də olsa
kimsəyə güllə ata bilmirdi deyə hər dəfə atışma zamanı avtomatı yuxarı tutub atəş
açardı ki, insan qatili olmasın.Bu ağır günlərdə onun tutunduğu tək şey hərbi
hissənin Bobbi adlı iti idi. Alman iti olan Bobbi adam kimi dil bilirdi. O üzdən
Ravin tez-tez öz yeməyinin yarısını götürüb onun yanına gedər və iti
sığallayaraq söhbət edərdi. Sanki bir doğmalıq , dostluq yaranmışdı onunla it
arasında. Bir gün də səhər yeməyinin yarısın götürüb Bobbinin yanına gedərkən
gördüyü mənzərə onun qanını belə dondurdu. Bobbi yerdə ikiyə bölünmüş halda
uzanmışdı. Gecə bu tərəfə keçən erməni kəşfiyyatçıları , it hürməsin deyə onu
bıçaqla öldürmüş , sonra isə iki hissəyə bölüb içalatın çölə tökmüşdü. Hadisənin
təfərrüatını tam öyrəndikdən sonra gənc pianoçu, Bobbinin parçalanmış cəsədi
qarşısında insanlığını itirdi. Axı bu dilsiz ağılsız heyvandır. Öldürürsən adam
kimi öldür də ay oğraş bu nə qəhbəlikdir deyib bir başa səngərə yollandı.
Ehtiyyat güllə daraqlarını və bir neçə qumbara götüb tək başına düşmən tərəfə
hücuma keçdi. Bunu görən ermənilər atəşə başladığına görə, Ravinin əsgər
yoldaşları da cavab atəşi ilə düşməni yayındırmağa çalışırdı. Pianoçu artıq erməni
səngərinə daxil olmuşdu. Gözlərindəki insanlıq qığılcımını Bobbinin qanı
tutmuşdu deyə , içindəki nifrəti üzündə qara bulud kimi əks olunan Ravin
Seyidov ilk öncə qumbaralarla səngərdə önünü açıb , atəş aça-aça irəliləyirdi. Qarşısına
çıxan hər kəsə atəş açan pianoçu birdən dayandı. Qabağında arıq , cılız təxminən
on üç ya on dörd yaşı olan bir erməni uşağı əlində silahla qorxudan səngərin divarına qısılıb qalmışdı. Qarayanız
olan bu uşağın qorxudan rəngi ağarmışdı. Balağından isə sidik damcılayırdı.
Qorxu bu uşağı elə bürümüşdü ki , əlindəki silahdan belə istifadə edə bilmirdi.
Öz-özünə uşaq öldürmək olmaz , olmaaaaz deyə bağıran Ravin , uşağa qaç deyə
işarə verdi. Erməni uşaq isə yerində donub qalmışdı. Uşağa başı qarışan Ravin
birdən ayağında istilik hiss etdi. Yaraladığı ermənilərdən biri arxadan onun
buduna atəş açmışdı. İstilikdən sonra ağrı yenicə başlayırdı ki, eyni ayağından
, dizdən aşağı bir istilik daha qalxmağa başladı. Arxadan baldır nahiyəsindən
ikinci atəş açılmışdı. Tarazlığını itirən pianoçu yerə yıxıldı. Elə
yıxılmağıyla da ermənilər onun başının üstünü alıb , tez əl-qolunu bağladılar. Əlləri
bağlandıqca gözləri qaralıb huşunu itirən Ravin bir də iki gün sonra əsir kimi
özünə gəldi. Oyandığını görən erməni komandiri Azərbaycan dilində özünə gəldinmi
türk beçəsi deyib üzünə tüpürdü. Qardaşımın oğlu sizdə olmasaydı qanını tualetə
tökəcəkdim. Çünki türkün qanı müqəddəs erməni torpaqlarına haramdır sözlərini
deyib hərbi rabitə telefonu ilə qarşı tərəfə, yəni Ravinin komandiri ilə əlaqəyə
girir:
-Ara sənə
demişdim axı qardaşımın oğlun səndən alacam. əsgərin məndədir. Sən mənim
qohumumu verirsən mən də sənin əsgərini. Güllələrin də çıxarmışıq. Sağlamdır.
Telefonun o
biri ucundan xırıltılı səs eşidilir: Mənim erməniyə əsir düşən əsgərim ola bilməz.
əsir düşübsə öldür. Yoxsa qayıtsa özüm öldürəcəm. Dəstək asıldı. Stalin də əsir
düşmüş oğlunu alman fedmarşalına dəyişməmişdi deyə özünü Stalin kimi aparan
komandir Eynulla Nurullayevin Stalindən fərqi onda idi ki, Stalin öz oğlunun həyatı
ilə qərar vermişdi, o isə əsgərlərinin canı bahasına Stalinlik edirdi. Öz
qohumlarını isə müharibədən uzaq tuturdu. Hansısa tanışı ya qohumu cəbhəyə gələndə
müxtəlif bəhanələrlə onları geri göndərir, xalqın balalarını isə ölümə sürükləyirdi.
Onun üçün Ravin həyatı haqqında əmr vermək asan idi. Çünki öz oğlu Bakının mərkəzində
“Vərəm xəstəsi” kimi müalicə alırdı.
Erməni
komandir yerdə yatan Ravinə baxıb dedi: Komandirin səni öldürməyimi tapşırdı mənə.
-Öldür o zaman.
Türkə asan
ölüm yoxdur, bunu bilmirsənmi ?
-necə də olsa
sonu ölümdür. Öldür oğraş.
Erməni
komandir yanındakı zabitlərdən birinə tapşırıq verdi ki, bizə lazım olan hərbi
məlumatları almamış öldürməyin. Məlumatları almaq üçün nə lazımdısa edin. Sonra
da ayağına daş bağlayıb dərənin kənarında qazdığımız içi dolan tualetə atın.
Türkün yeri oradır.
Tam beş saat
pianoçunu nəyi var döydülər. Yumruqlardan üzü şişib tünd göy rəngə bulanmışdı.
Qırmızı qan ilə bu tünd göy rəng qeyri adi bir xarizma verirdi ona. Döyməkdən
ermənilər də yorulmuşdu,amma, bir hərbi məlumat belə ala bilməmişdilər. Erməni
komandir yenidən otağa daxil olub yerdə qan içində yatan Ravinə baxıb soruşdu:
Ara sən kəşfiyyatçısan, ya sportsmen?
-Heç biri.
Bəs nəsən ?
-Pianoçu .
Nə piano?
-karsan?
Pianoçuyam .
Komandir
yanındakına Ravini yan otağa gətirməyi əmr edib özü otaqdan çıxdı. Ravini
sürüyüb ikinci otağa-komandirin kabinetinə gətirdilər. Otaqda hər şey köhnə
idi. Küncdə isə köhnə bir piano vardı. Komandir başı ilə piano göstərib Ravinə
baxaraq soruşdu: Çala bilərsənmi ? Ravin isə bir divara söykənib taqətsiz
oturub pianoya baxırdı. Komandir özü pianonun qarşısına stul qoyub ərkanla
pianoçunu yerdən qaldırıb stula oturdaraq , özü pianonu açdı. Ravin nə qədər
döyülüb taqətsiz olsa da , pianonu görən kimi bir anlıq bütün həyatı gözündə
canlandı. Özündə güc tapıb Bethovenin Für Elise əsərini ifa etməyə başladı.
Köhnə piano ilk dəfə idi belə sehirli görünürdü erməni komandirin gözlərində.
Musiqi səsləndikcə komandir də kiçik çərçivəli pəncərədən uzaqlara baxaraq xəyala
qapılmışdı. Əsər bitdikdən sonra komandir Ravinə baxıb dilləndi: demək
pianoçusanmış həqiqətən. Bu yaxşı oldu. Indi bilirəm nə etmək lazımdırsa. Elə
bu an yan otaqdakı zabitlərdən birini çağırıb dedi: buna barmaqları əzizdir.
Barmaqları olmazsa bir daha belə gözəl formada pianoda çala bilməz. Aparın
bundan nə lazımdırsa soruşun. Vermədiyi hər cavaba görə barmaqların sındırın.
Pianoçunu sürüyüb otaqdan çıxardılar. Yenidən işgəncə başlamışdı.
Cavab ver
alçaq türk. Neçə əsgəriniz , tankınız, iri çaplı silahınız var. cavab ver.
Ravinsə
bilmirəm deyə-deyə bir-bir sınan barmaqlarının ağrısından bağırırdı. Yarım saat
sonra hər iki əlinin barmaqları sınmışdı. O isə heç bir məlumatı verməmişdi.
Komandir yenidən içəri girəndə zabit əlindəki silahı pianoçunun başına dirəyib
atəş açmaq istəyirdi. Bunu görən komandir soruşdu: yenə də heç nə demədi?
-
Xeyr yoldaş komandir.
Düşmən də
olsa , şərəfli düşməndir. Bu deyəsən türk deyil. Türk olsaydı çoxdan
tutuquşu kimi hər şeyi demişdi. Bunu
salın donuzxanaya. Qoy erməni donuzlarının peyinini təmizləsin ölənə kimi. Son
nəfəsinə kimi donuzlarla yaşasın. Kimsə bununla danışmasın. Donuza dönsün
orada. Donuz iyi versin. Aparın .
Pianoçunun
hökmü kəsilmişdi. Onu ilk öncə sürüyüb həkimin yanına aparıb barmaqların necə gəldi
gipsə qoyub , daha sonra elə sürüyərək də donuzxanaya aparıb atdılar. Qara günlər
indi başlayırdı. Barmaqları sınıq və gipsdə olduğundan əlləri ilə yeyə bilmirdi
deyə qabağına atılan yeməyi məcbur elə donuz kimi palçığın içindən yeməyə məcbur
idi. beləcə günlər ötür, aylar keçirdi. Pianoçu barmaqlarını beş aydan sonra tərpətməyə
başlayanda iki erməni gəlib onun əlindəki gipsləri çıxarıb getdilər. Nəcisin
içində və donuzların arasında yaşamağa məcbur qalan pianoçu bir neçə dəfə özünü
öldürmək istəsə də , hər dəfə son anda bəlkə qurtulub xilas oldum ümidi ilə bu
fikirdən vaz keçmişdi. Donuzların arasında vaxt ötdükcə, donuzlar da pianoçunu
özlərindən biri kimi qəbul etməyə başlamışdı. Artıq soyuq havalarda o,
donuzlara sığınıb yatır, yeni doğulan donuzlara isə qulluq edirdi. Gündüzlər
donuzxananı təmizləyir, gecələr isə balaca donuzları qucaqlayıb ulduzlara
baxa-baxa xəyallara dalırdı. Görən anam necədi, Ülviyyə nə edir. Xəbərləri
varmı əsirlikdə olduğumdan. Artıq ayları illər əvəz edirdi. Pianoçu donuzlarla
birlikdə yatıb durur, insanla bir kəlimə də kəsə bilmirdi. nifrət etdiyi erməniləri
görəndə isə sevinirdi ki, bəlkə danışa bildi. Ermənilərin onu öz dilində söyüb
alçaltdığını bilsə də , insan səsi
pianoçuya ən gözəl musiqi kimi gəlirdi. Hər gecə pianonu unutmamaqdan ötrü körpə
donuzları dizləri üstündə yatırıb xəyalında klavişləri canlandıraraq
barmaqlarını asta-asta tərpədərək xəyalən musiqi ifa edirdi. Tək əyləncəsi bu
idi. fəsillər və illər bir-birini əvəz edirdi. Pianoçu elə donuzxanda
yaşlanırdı. Artıq neçənci ilin olduğunu da unutmuşdu. Bircə fəsilləri ayıra
bilirdi. İllər keçdikcə ümidlər dü tükənirdi. Bütün ümidlərinin kəsilib qəti
olaraq özünü asmaq qərarı verdiyi an bir də gördü ki donuzxananın qapısı
açıldı. Bir erməni əsgəri ona əli ilə gəlməyi işarə edirdi.
Artıq 2018-ci
il idi. O hərbi hissəyə gənc bir zabit komandir kimi göndərilmişdi. Gənc
komandir də hər şey haqqında yanındakılardan soruşub , hərbi hissə haqqlnda məlumat
alarkən pianoçunun da hekayəsini eşidib heyrətlənmişdi deyə onu görmək üçün
yanına gətirilməsini əmr etmişdi. Pianoçu bir anlıq sevinmişdi. Düşündü ki , yəqin
ona ehtiyac qalmayıb deyə öldürəcəklər. Necə də olsa başqası tərəfindən
öldürülmək, intihardan daha rahatdır. Erməni əsgər, pianoçunu komandirin yanına gətirərkən gənc komandir onun halını görüb elə pəncərədən
ermənicə qışqırdı ki, aparın onu çimizdirib adam halına salıb gətirin. Tam
olaraq 25 il sonra pianoçu ilk dəfəydi hamam üzü görürdü. Birdən gözü hamamdakı
güzgüdə əksinə sataşdı. Ilahi bu nə idi? o gənc pianoçu artıq saçı ağarıb,
arıqlıqdan yanaqları içəri batmış, üzü qırışlanmış bir kişiyə çevrilmişdi. 46 yaşını ilk dəfə güzgüdə gördü. Bu həqiqətən
əzab idi. anlatılması mümkün olmayan bir
əzab.
Bir saatdan
sonra pianoçunu adam şəklində gənc erməni komandirin kabinetinə gətirdilər. Elə həmin otaq idi. cüzi dəyişiklik
edilmişdi. Həmin o köhnə piano da eyni küncdə qalmışdı. Pianoçunun qarşısında
hündürboy sarışın gənc zabit durmuşdu. Zabit gözləri ilə onu süzüb yemək və
içki olan masaya əyləşib pianoçunu da masaya dəvət etdi. Sonuncu dəfə onunla bu
otaqda mədəni davranarkən barmaqları qırılmışdı deyə bir anlıq qorxudan əllərini
arxasında gizlədən pianoçu asta addımlarla masaya yaxınlaşdı. Erməni komandir
ona yemək çəkib araq süzüb özü də yeməyə başladı. Pianoçu illər sonra ilk dəfə
idi , isti yemək görürdü. Nə qədər ac
olsa da qürurla davranaraq astaca yeməyə başladı. əslində isə bir anda masadakı
hər şeyi gözünə təpmək istəyirdi. Gənc zabit yemək yeyə-yeyə pianoçu ilə nə qədər
danışmaq istəsə də , nə qədər sual versə də o, bir kəlimə də olsa dinmədi. Illərdi
kimsə ilə danışmırdı axı. O üzdən sakitcə gah erməni zabitə qısa aralıqlarla
baxır gah da xörəkdən yeyirdi. Komandir araq qədəhin qaldırıb pianoçunun qədəhinə
vuraraq içəndə ona da içməyi təklif
etdi. Pianoçu qədəhi bir dəfəyə başına çəkdi. Beləcə ard-arda altı qədəh içdikdən
sonra pianoçu , erməni komandirin “niyə hərbi sirrləri verib canını bu zülmlərdən
qurtarmadın” sualına cavab verdi:
-sevirdim.
Hər kəs vətənin
sevir.
-mən başqasın
sevirəm.
Onun sirrə nə
dəxli var ki ?
-qorxdum gedib
oralara çıxıb ona da xətər yetirərsiz. Bobbini parçalayan erməni ona nələr edərdi?
Bobbi? Hindi
aktrisası?
-xeyr , bizim
itimiz. Onu siz öldürdüz. Iki hissəyə
böldüz. Bobbi. O it idi.
Erməni zabit
pianoçuya baxaraq azacıq susduqdan sonra yenə soruşdu: deyirlər pianoçusan .
bir şey ifa edə bilərsənmi ?
-xeyr.
Xahiş edirəm.
Erməni
zabitin bu xahişi ona qəribə gəlmişdi. O üzdən astaca yerindən qalxaraq pianoya
doğru addımlayıb, stulu altına qoyub əyləşərək pianonun qapağını qaldırıb
sakitcə baxmaöa başladı. Iyirmi beş il sonra ilk dəfə idi əlləri pianoya
toxunurdu. Sınıqdan sonra bir əyri-üyry
bitişmiş barmaqlarına, bir də pianoya baxaraq sakitcə qırışlanmış əllərini
pianoya uzatdı. Bir anlıq gözlərini yumub donuzların üstündə xəyalən çaldığı
musiqiləri yadına salaraq barmaqlarını klavişlərə toxundurdu. Şopenin
Nokturnesini ifa etməyə başladı. Gözlərini yumub dəli kimi, ağlaya-ağlaya
Nokturneni elə çalır, pianonun klavişlərinə elə toxunurdu ki, sanki uzun illər
sonra ana öz ovladına qovuşmuşdu. əsər bitəndə pianoçu zabitin gözlərindəki
yaşı gördü. Zabit göz yaşını sakitcə silərək soruşdu: evinə getmək istəyirsənmi
? Bu sualı pianoçu gözləmirdi. O üzdən
donub qalmışdı. Mənim Türkiyədə dostlarım var. səni oraya qaçırıb saxta türk
pasportu düzəltdirib evinə göndərə bilərəm deyən zabitin sözləri pianoçunun
içindəki ölən ümidləri yenidən oyandırdı.
-bunu niyə
edirsənki ?
Mən də sizlərdən
biriyəm əslində.
-Azərbaycanlısan?
Bəli. Anam əsir
düşəndə mənə hamilə idi. əsl atam isə müharibədə ölmüşdü. Uşaqı olmayan erməni
zabitlərindən biri anamın hamilə olduğunu bilib onu əsirlikdən çıxarıb evinə
aparıb özünə arvad etdi. Məni də öz oğlu kimi böyütdü. Bir ata oğlu üçün nə edə
bilərdisə atam hamısın etdi mənimçün. Mən genetik olaraq sizlərdən biri olsam
da, ruhən erməniyəm. atam bizi necə xilas etmişdisə mən də sənə yardım edəcəm.
-bəs əvəzində
nə etməliyəm sizin üçün?
Heç nə. Nə
vaxtsa müharibə bitsə oralara gəlsəm , qonaq edərsən . başqa heç nə.
İki gün sonra
Ravin artıq İqdırda idi. Gizli yolla Türkiyəyə aparılan Ravini orada bir erməni
qarşılayıb balaca bir evə apardı. Bir həftəyə yaxın orada qalan Ravin , saxta
pasportu hazır olduqdan sonra erməninin ona verdiyi 200 dollar ilə özünə bilet
alıb təyyarə ilə Azərbaycana gəldi. Gözlərinə inanmırdı. İlahi. Hər şey necə dəyişərmiş.
Hava limanı möcüzə idi. Limandan kənara çıxdıqda isə qarşısındakı mənzərə onu
daha da heyrətləndirdi. Bura Bakıdırmı deyə öz-özünə çaşqınlıqla sual verdi.
Iri göydələnlər müasir avtomobillər, müasir geyimli adamlar . hər şey onu
çaşdırmışdı. Axı o buradan gedəndə Bakı belə deyildi. Taksilərin birindən
Sovetskiyə necə getmək lazım olduğunu soruşanda sürücü ona “iyirmi ver aparım səni
“ dedi. Yol boyu sürücü ilə söhbət edərkən Sovetskinin dağıdıldığını,
insanların başqa yerə köçdüyünü öyrənəndə inanmadı. Elə ki Sovetskiyə çatıb
yerində uçulmuş evləri gördükdə ayaqları tutuldu. Məhəllələrinə doğru qaçıb evlərinin
də uçulduğunu görüb dəhşətə gəldi. Axı onlar hara gedə bilərdilər? Bütün
qohumları elə burada , məhz sovetskidə yaşayırdı deyə getməyə başqa yeri
olmadığı üçün çarəsiz halda piyada oradan Qız Qalasına- xatirələr məkanına getməyi
qərara aldı. Yarım saat sonra Qız qalasına çatıb Elmanın bukinistin görüb
sevincək içəri girəndə buranın eynilə 25 il öncəki kimi qaldığını görüb elə
hisslər keçirdi ki, sanki yenidən o illərə- iyirmi beş il öncəyə qayıtmışdı.
Bir anlıq özünü itirib Elmanı qucaqlayıb bağrına basmaq istəsə də özünü
toparlayıb gülümsəyərək soruşdu: Sizdə not dəftəri varmı?
-var.
hansından verim? Beş manatlıq yoxsa 17 manatlıq ?
Beş
manatlığın verin zəhmət olmasa.
Elmanın saçı
ağarsa da heç dəyişməmişdi. Elə həminki qısa , lakonik danışan sərt Elman
olaraq qalmışdı. Pianoçu not dəftərin götürüb çölə çıxıb qapının ağzında
dayanaraq, vaxtilə Ülviyyənin kabluku qırılan yerə baxdı. özündən ixtiyarsız
gedib təxminən həmin yerdə dayandı. Gözləri yaşarırdı. Bu yaşda özünü yetim
kimi hiss etmək də varmış taleyində. Sakitcə not dəftərini qoltuğuna vurub
sahilə üz tutdu. Vaxtilə Ülviyyə ilə birlikdə gəzdiyi sahil tam dəyişmişdi. Bu dəyişiklik sahili ögeyləşdirsə də , Ülviyyənin
gözləri kimi mas mavi olan Xəzər doğma idi. Asta-asta köhnə xatirələrlə
addımlaya-addımlaya Azneft dairəsinə gəlib çatdı. İlahi bura həmin yer idi.
Qoca balıqçının əl ilə balıq tutduğu yer. ətrafda insan çox idi. kimi gəzir,
kimi oturub dənizə baxır, söhbət edirdi.Balıqçı isə orada yox idi. çünki çoxdan
rəhmətə getmişdi. Sakitcə gəlib həmin yerdə oturub sahilə baxa baxa keçmişə səyahət
edərək ailəsi və Ülviyyə haqqında fikirləşirdi. Görən hardadılar nə edirlər.
Ülviyyə ailə qurubmu ? İndi necə görünür ? O , bu fikirlərə qapılarkən bilmirdi
ki, vaxtilə anası gedib min bir əziyyətlə Ülviyyəni tapıb o məktubu
çatdırmışdı. O heç bilmirdi ki, özü sağ olsa da ölüm xəbəri gəlmiş və bu xəbərdən
anası dözə bilməyib dünyasın dəyişmişdi. Dənizin kənarında oturub sakitcə dənizə
baxarkən birdən gözləri dənizdəki torpaq sahəsinə sataşdı. Dəniz çəkilmişdi deyə
torpaq üzə çıxmışdı. Birdən qoca balıqçının sözləri onun qulağında cingildədi:
“Bala bura vaxtilə Səbayil qalası olub. Deyilənə görə
Səba dövlətinin hökmdarı Bilqeyis məhz bu qalada yaşayıb. Süleyman peyğəmbər ilə
ailə qurarkən öz taxtını Süleymana hədiyyə edib. Süleyman isə əvəzində ona ölməz
balıq bağışlayıb. Bu balığı ancaq əl ilə tuta bilərsənmiş. Və tutanda isə o sənin
qəlbindən keçən ilk arzunu yerinə yetirəcək, bir şərtlə ki, onu həmən
buraxasan. Yoldaşım xəstə olduğu üçün gəlirəm bura. Bəlkə tuta bildim. Nə qədər
ki dəniz səviyyəsi qalxmayıb ümidim var. Dəniz qalxsa balıq buradan uzaqlara
gedir.”
Elə
bu an pianoçu əlindəki not dəftərin yerə qoyub son ümidlə dənizə yaxınlaşaraq əlini
suya saldı. Birinci cəhddə əli yosunlara dəydi. İkinci dəfə əlin sonacan dənizə
saldı. Bu dəfə əli daşa toxundu. Birdən yerindən qalxıb qurşağacan dənizə girib
bir addım da atdı. Su artıq sinəsində idi. Son dəfə əyilib tam suyun altına
girdi. İlahi. Əlinə balıq keçdi. Barmaqları arasında balığı tutan kimi bircə
şeyi istədi: İlahi nə olar Ülviyyəni görə bilim. Suyun altından çıxanda gördüyü
şey onu özündən ixtiyarsız dəli kimi gülməyə məcbur idi. Əlindəki adi kiçik siyənək balığı idi. O , balığa baxıb gülümsəyərək
“heç olmasa sən arzumu o balığa çatdır” deyib buraxdı. Ağır addımlarla sudan
çıxarkən birdən gözləri təxminən yüz metr kənarda oturan bir qadına sataşdı. O
da əlini dəniza salıb nə isə axtarır. Sanki tapa bilmirmiş kimi əlini yenidən
suya salırdı. Görəsən o da balıq axtarır fikri ilə asta asta , üstündən su
axa-axa qadına doğru yaxınlaşanda qadın birdən döndü.
Ülviyyə.
Ülviyyə bu sənsən?
-
Ravin ?
Ülviyyə.....
Yorumlar
Yorum Gönder