Sabunabad
Sabunabad...
Dünyanın ən qədim, ən güclü və ən əəəən xalqı olan sabunabadlılara həsr edilir.
Sabunabad , Qafqaz sıra dağlarının və Xəzər dənizinin
ətrafında yerləşən gözəl bir ölkədir. Vaxtilə bu ölkənin ərazisi 410.000
kv.km-dan çox olub. Amma qonaqpərvər və qədim sabunabadlılar hər gələnə bir az
verə-verə 86,6.000 kv.km-lik ərazidə məskunlaşıb ki, onun da 20.000 kv.km sahəsi
onun tarixi ərazilərində yaradılan Hayastan tərəfindən işğal edilib. Bu iki
dövlət arasında atəşkəs 25 il öncə imzalansa da hələ də hər gün bir
sabunabadlının cəsədi gəlir evinə. Özü də maraqlı olan orasıdır ki, şəhid
olanların hamısı kasib sabunabad əhalisidir. Bir nəfər də olsa varlı
sabunabadlı şəhid olmur. Çünki onların balaları əsgər kimi , paytaxt Sabunoba və
ona yaxın ərazilərdə xidmət edir. Bu sabunabadlıların dilində xalq şairlərindən
birinin
“Mənə bir varlı məmur sabun göstər,
Balası şəhid olsun” –sözləri əzbər olsa da, öz
aralarında, “mən niyə övladımı ön cəbhəyə yollayıram ki, qoy nazirlərin ,
deputatların, rəislərin balası da getsin də” desə də, yenə də fərqi yoxdu.
Çünki qarşı tərəfin dilində əzbər olan “Vətəni sevmək imandandır, Vətən sərhəddən
başlayır” sloqanları hər dəfə kasıb xalqı necə susdurursa , girən yenə də kasıb
sabunabadlılara girir. Sonra isə təsəlli olaraq vətəni sevmək kasıba varlıya
baxmır, vətəni sevmək onun uğrunda ölmək hər kəsin borcudur deyərək yanan qəlblərini
ovutmağa çalışırlar. Bu xalqın hərbi xidmət anlayışları da , hərbi mədəniyyəti
də fərqlidir. Məsələn hərbidə yaxşı və pis oğlan söhbəti necə geniş yayılıbsa hətta
bu söhbətə görə qardaş belə qardaşdan uzaq durur bəzən. Belə ki, hərbidə kimin
pulu, day-dayı, gücü varsa olur yaxşı oğlan. Kim ki, zəif və kasıbdırsa olur
pis oğlan. Nə xidmət varsa hamısına məhz o zəif və kasıb pis oğlanlar göndərilir.
Bəzən bu pis oğlanlardan kimsə öz haqqlarını müdafiə etmək üçün üsyan edib
ayağa qalxıb söz deyəndə bir neçə yaxşı oğlan onu tutub tualetə salıb başına
çiş edir ki, ona öz yerini göstərsin. Yəni ki, kasıb və zəifsənsə yerin budur,
yaşayacağın tale budur. Bununla da digər pis oğlanlar sayları çox olsa da
qorxuya düşüb bir daha söz deyə bilmir. Halbuki birləşə bilsəydilər özləri
yaxşı oğlan olacaqdı. Əmma ki bunun özündə də bir əmma var. Bunlar birləşib o
yaxşı oğlanları devirib özləri yaxşı oğlan adını qazansalar da , az sonra özləri
bir-birlərini didib dağıdacaq və özləri bir-birini pis oğlan olmaqda ittiham edərək
parçalanacaqlar. Düşmən səngərin o başında olsa da , bir-birini düşmən görən ,
bir-birinə qarşı mübarizə aparan yeganə xalq məhz bunlardır. Bildiyiniz,bu
sabunabadlılar çox fərqli və kreativ düşüncələrə sahibdirlər.
Bunların hərbi həyatları kimi, mülki həyatları da
olduqca kreativdir. Məsələn pul verib hərbiyə yararsız adını alan bir şəxs sənə
hərbidən , vətənpərvərlikdən elə dərs deyər ki, vallahi matın qutun quruyar. Hərbidə
olduğu kimi elə adi həyatda da yaxşı və pis oğlan söhbəti var bu ölkədə.
Konstitusiya kimi ali qanunları qoyub “Oğru qanunları” ilə hərəkət edən yüz
minlərlə insandan danışmadım sizlərə. Əllərini ağdan qaraya vurmayan, öz
valideynlərindən pul qoparıb çayxanalara yığışan bu gözəl varlıqlar bir qayda
olaraq narkotik aludəçiləri olur. Kimi damara vurur , kimi ciyərinə çəkir.
Damara vurduqları narkotikə “mal” , çəkdiklərinə isə “şey” deyirlər. Elə ki
ciblərində pul bitdi ova çıxırlar. Harda kasıb və zəif görsələr tutub döyüb
pulun telefonun əlindən alıb deyirlər ki, polisə şikayət etsən olacaqsan
satqın, suka, cırıq. Birləşib bir zəifi döyərək qəhrəmanlıq edən bu gözəl
varlıqların özləri polis görəndə az qalırlar onun dötünü öpsünlər.
Hansısa bir oğlanın bacısı ya arvadı qısa geysə vəssalam. O oğlan avtomatik
olaraq onların gözündə olur peysər. Təbii ki, əgər kasıbdırsa. Yox əgər pulu
varsa elə o oğlanın da dötünə girəcək qədər mənəviyyata sahibdir bu gözəl
varlıqlar. Elə xalq da eynən bucürdü. Filan kasıbın arvadı səliqəli, biraz qısa
geyirsə qadınlı kişili hamı ona alçaq kimi baxır. Yox əgər filan varlının
arvadı ya qızı açıq saçıq geyirsə buna dəb deyirlər. Bu xalqın bir düşüncəsi də
odur ki, harda maşın sürən qadın görsələr avtomatik olaraq düşünürlər ki, yüz
faiz bu kiminsə saxladığıdır. Day düşünə bilmirlər ki, bəlkə atası, əri,
qardaşı , bəlkə elə özü pul yığıb və ya
kreditlə alıb . Əsas odur ki maşın sürürsə deməli kiməsə verir.
Bu xalqın kişilik və cəsarət anlayışı da fərqlidir.
Xırda bir müqayisə edim. Avropada bir balaca qiymət artımı olsa, hökümət nəsə
etməyə çalışsa xalq küçələrə axışır , mübarizə aparır öz haqqların qoruyur.
Burda isə fərqlidir. Hökümət hər gün nə istəsə edir, necə istəsə elə davranır.
Bunlar isə susur. Atalarına dəhşət bağlı olan bu xalq danışmaq gümüşdürsə
susmaq qızıldır prinsipindən istifadə edərək elə susur ki, hətta onlarla məzələnən
hakim və məmurlar əsəbləşir ki, ayə biraz etiraz edin də. Bir səsnizi çıxarın
biz də nəsə edək, tutub basaq içəri, biraz pul sağaq filan. Amma bu xalq susur.
Ayə mən qalxsam nə olacaq nə dəyişəcək, kim gələcək mənimlə, bu müxalifət elə
özlərinindir, guya bundan sonra gələn yaxşı olacaq, bu yeyib doyub heçolmasa,
başqası gəlsə daha pis günə qoyacaq bizi deyə-deyə xalq özü-özünü təmizə
çıxarmaq istəyir ki, vicdanı rahat olsun. Amma anlamırlar ki, onlar vicdanı
çoxdan laaaaap çoxdan itirib. Qonşularına edilən haqsızlıqlara susanda itirdilər
bu vicdanı. Başqalarını şərləyib tutanda itirdilər bu vicdanı. Haqqı tapdayıb,
zülmə boyun əyib susanda itirdilər bu vicdanı. 250 manat maaş alıb, qorxudan
şükr bu günmüzə deyəndə itirdilər bu vicdanı. Buna baxmayaraq yenə də dünyanın ən
vicdanlı xalqı məhz özləridir. Hakimiyyətin qabağında sussalar da, hansısa bir
qadın və ya bir yazıçı haqqı deyəndə o saat şirə, pələngə dönür bu xalq. Keçən
dəfə 20 yaşlı bir qız müharibə əleyhinə bir yazı paylaşıb , qəhrəmanlıq haqda
düşüncələrin fərqli olduğunu dediyi üçün xalq necə ayağa qalxdısa , elə bildim
hökümət çevrilişidir. Sən demə bir qızcığaza görə belə ediblərmiş. Özü də ən
murdar formada apardılar bu qıza qarşı mübarizəni. Hətta hansısa palkovnik
durub məhkəməyə də verdi o qızı. Amma hər gün gözlərinin önündə nə qədər məmur
bu xalqı ələ salıb, alçaltsa da, rüşvət tələb etsə də , biri ayaqa qalxıb məhkəmə
nədir, heç M hərfini belə dilə gətirməz. Avropada bir nazir dövlətin ona
verdiyi maşını iş saatından sonra sürdüyü üçün xalq tərəfdən məhkəməyə verilib
işdən azad ediləndə, bu xalq ancaq haqqı deyənləri məhkəməyə verir. Bu xalq ancaq haqq uğrunda mübarizə
aparanları əzib tapdalayır. Sabunabadlıların
ən bədbaxt tərəfindən biri də odur ki, ziyalıları, qələm sahibləri, müəllimləri
belə sabundur. Bu ölkənin qələm sahibləri
yazmadan öncə qələmlərini sabunlayırlar ki, yazdıqları yuxarıların
xoşuna gəlsin ki, bəlkə ev, vəzifə zad qopara bildilər. Bəziləri isə sabun tapa
bilməyəndə sadəcə susaraq ədəbiyyat xatirinə yazdığını deyir. Müəllimləri demirəm
hələ. Şagirdlərə elə ilk günlərdən zərbəni məhz müəllimlər vurur. Varlı və məmur
balalarını gözlərinin qarası kimi əziz tutan müəllimlər seçki olan kimi
başlayırlar kütləvi saxtakarlıqlara. Bir iki artıq dərs saatı üçün etmədikləri
qalmır. Təhsil nazirliyi isəı ildə iki dəfə dərs metodikası dəyişir. Olan isə
yazıq şagirdlərə olur.
Müəllimdən danışıb həkimdən deməsəm haqsızlıq olar.
Bu ölkədə Tibb universiteti həkim yox, şərəfsiz, əzrayıl məzun edir. Hansı həkimə
baxsan savadı az, amma , pulu çoxdur. Dərman firmaları ilə birləşib keyfiyyətsiz
və baha dərmanları xalqa məcbur verdirirlər ki, faiz əldə etsinlər. Vay o gündən
hansısa xəstəni müalicə etsinlər. O xəstə ya öləcək ya da yarımcan halda xaricə
qaçaçaq. Baş ağrısı ilə həkimə getsən bil ki, böyrəyində daş, mədədə yara
tapacaqlar. Bir sözlə təhsili kimi, səhiyyəsi də bərbad gündədir binəva
sabunabadlıların. Xəstələndinsə sağalmalısan yox, sağılmalısan prinsipi işləyir
bu ölkədə.
Aristotelin bir sözü var: Xalqı xalq edən onun
siyasi mədəniyyətidir. Bu xalq elə gündədir ki, iqtidarı da müxalifəti də məlum
deyil. Hər biri bu xalqı əzmək üçün çalışır. Məsələn götürək elə hakimiyyətdə
olan Yeni Sabunlar Partiyasını. Müstəqilliyin ilk illərində qurulub, yeni üfüqlər,
yeni gözəl həyat vəd etsə də, bu partiya ölkəni elə bir hala saldı ki, xalq hər
yeni gün gələndə köhnə günə şükr edir. Partiyanın əsas iş prinsipi rəhbərliyi
elə ailə içində saxlamaqdır. Belə ki yaradıldığı gündən bu yana Sabunsevərzadələrin
başçılıq etdiyi bu partiya bir işi yaxşı bacardı. Ölkə nə qədər pis gündə olsa
da, ustalıqla xalqı aldada bildilər ki, guya bu xalq hamıdan yaxşı yaşayır və
bu xalq regionun ən güclü dövlətinə sahibdir. Binəva sabunabadlılar bunların
yalan olduğunu bilə-bilə inandılar. Daha doğrusu inanmağa vadar edildilər.
Çunki kimsə inanmayıb haqqı deyəndə partiyanın polisləri o adamı narkotik
satıcısı, silah qaçaqmalçısı, vətən xaini adı ilə həbs edirlər. Bu azmış kimi o
adamın ailəsin nəsil nəcabətin də işdən atdırıb elə səfil gününə salırlar ki,
başqalarına da göz dağı olsun . Müxalif partiyalar isə hakim partiya ilə
mübarizə aparmaq yerinə elə bir-birlərin
qırıb kimin daha gözəl müxalifət olduğunu isbat etməyə çalışırlar.
Bildiyiniz, xalq üçün çalışan yoxdur bu ölkədə. Bunların heç biri xalqın vecinə
deyil. Aclıq olsun kef olsun, ac ol kişi ol deyən sabunabadlılar özlərini
dünyanın ən xoşbəxti sayır. Özlərini bədbəxt görənlər isə o müxalif
partiyaların birinə yazılıb 5-10 sutka həbs cəzası almağa çalışır ki, Avropaya
qaçıb orada yaşasın ki bəlkə xoşbəxt oldu. Qarın qardaşdan irəlidir, məndən
ötdü qonşuma dəydi kimi atalar sözləri olan bu xalq ancaq özün düşünür. Öz
qarnın öz namusun. Məsələn arvadını qızını bacısını evdən çölə qoymayıb
,namusun başqa gözlərdən qoruyan sabunabadlılar rahatlıqla öz qonşularının ,
dostlarının , qohumlarının arvadları ilə yata bilərlər. əsas mənim namusumdur
deyən sabunabadlılar buna haqq qazandırmaq üçün yenə də öz atalarına istinad
edirlər: dana göz eləməsə kələ dırmaşmaz. Yəni ki , başqa qadın baxmasa biz belə
etmərik. Hətta başqa qadın baxmayanda veclərinə almayanda da yenə də o qadın
sonuçda əxlaqsız çıxır. Bir sabunabadlı hansısa bir qadına göz qoyursa və ona əli
çatmırsa ,acıqdan ətrafda o qadın haqda elə kompaniya qurur ki, hər kəs o
qadını fahişə kimi tanıyır.
O qədər şeylər danışa bilərəm ki bu xalq haqqında.
Məsələn pul töküb universitetə hazırlaşıb sonra da oxumamaq üçün rüşvət verənlərdən.
Vicdan namus xalq mentalitet deyib rüşvət
alanlardan. Mentalitet demişkən, bunlar dini , milli və mənəvi dəyərləri hələ də
ayıra bilmirlər. Məsələn ərəbin adət ənənəsini , dini qaydalarını öz milli dəyərləri
kimi qələmə verirlər. Müqəddəs kitablarını oxumadan , onun haqqında bir cümlə
bilmədən saatlarla səninlə din haqqında danışa bilərlər. Nə qədər gözəl insan
olsan da əgər dinə inanmırsansa sənə biqeyrət deyəcəklər. Dini camiə bir neçə
yerə ayrılıb. Şiə sünni vəhabi nə bilim nurçu süleymançı filan. Əslində hamı
bir-birinə düşməndir. Bir-birinin qanın içməyə hazırdılar. Əgər bilsələr sən
dinə inanmırsan o saat birləşib sənin qanını içəcəklər. Sonra da İslam
birliyindən danışacaqlar saatlarla.
Hələ kimsə bu xalq uğrunda mübarizə aparsa deyəcəklər
yüz faiz Amerikanın adamıdır. Ölkədə narazılıq olub xalq bir yerə yığışmaq istəsə
elə bu dindar kütlə ayağa qalxacaq ki, həzərat sakin olun, bu amerikalıların,
sionistlərin işidir . Ölkədə bu qədər zülm varkən heç bir dindar ayağa qalxmır.
Hakimiyyət Allahın iradəsidir deyib susurlar. Bir iki dəfə hicaba görə şiə
qismi ayağa qalxsa da nəticəsiz oldu. Çünki şiələrin özləri belə parçalanıb.
Bildiyin cəmiyyətləri kimi dini əqidələri də darmadağındı. Hərə öz əqidəsini
düz bildiyi üçün digərləri ilə birləşmir. Sonra bunun da günahın Amerikada
görürlər. Guya Amerika qoymur bunları. Biri namaza gələrkən Bismillahdan öncə
ilk olaraq masonlar haqda öyrənir. Bu dindar kütləyə görə dünyada demokratiya
adında bir şey yoxdur əslində. Hər ölkədə rəhbərləri məhz gözəgörünməz masonlar
seçir. Əgər kimsə onlara işləməsə o vaxt hakimiyyət dəyişikliyi olur. Şiəsi
İrana, sünnisi Türkiyəyə, vəhabisi Küveyt və Ərəbistana, nəqşibəndisi isə
Rusiyaya meyl edən bu xalqın heç bir dindarı öz ölkəsinə bağlı deyil. Ən pisi də
odur ki özlərini sudan elə quru çıxarırlar ki söz tapmırsan deməyə.
-
Sən
bunları 1 həftənin içində necə analiz etdin əziz dost? Sən danışdıqca öz ölkəmizə
şükr etdim. Qurban olum Azərbaycanımıza.
Vallah elə qurban olaq ölkəmizə. Sülh əmin amanlıq.
Bir tikə çörəymizi yeyib dinc formada yaşayırıq. Aha bir də onu da deyim ki ,
ora istirahətə getmə əziz dost.
-
Niyə?
Axı oralar cənnətdi.
Düzdü cənnətdir. Amma bilsələr ki turistsən dibinəcən geydirəcəklər
sənə. Taksilər 5 manatlıq yolu 50 manata aparacaq. Otellər 50 manatlıq otağı sənə
200 manata verəcək. Bu xalq saxtakarlığı aldatmağı özünə qəhrəmanlıq bilir. Özlərini
o qədər aldadırlar ki, bunun əvəzini turistlərdən çıxırlar. Dincəlmək istəsən
Gürcüstana get. Özləri də bunu öz xalq şeirləri ilə deyir:
Gəzməyə qərib ölkə,
Ölməyə vətən yaxşı...
Hələ çox şeyi demədim. Gələn dəfə danışarıq.
Yorumlar
Yorum Gönder