Kayıtlar

Haziran, 2017 tarihine ait yayınlar gösteriliyor
Kəşfiyyat üçün gedənlər atıq bir aydan yuxarı idi ki, kasapların yanında idi. Kasapların yeni lideri də bacardıqca onlara hər şeyi danışsa da bütün bunlar olduqca gərəksiz söz yığını idi. Göydən gəldilər savaşdılar sonra getdilər. Hamı eyni sözü təkrar edirdi. Hamısı ümidsiz idi. İstər Lili və Neyton istərsə də Martinin dəstəsi heç nə tapmamışdı. Onların bir aydan yuxarı çəkdikləri əziyyətləri bəhrəsiz olduğu üçün hamı geri qayıtmaq istəyirdi. Beləcə hazırlaşıb qaldıqları alaçıqfason çadırdan çıxıb hörülmüş evlərin arasından keçərək getmək istədikləri anda Kasap qəbiləsinin ən yaşlı sakini Martini gördüyü an oturduğu yerdən qalxıb onu  qəribə nəzərlərlə süzməyə başladı. Sanki hardasa Martini görmüşdü və onu tanıyırdı. Əslində Liligil bu bir ay ərzində ilk dəfə idi ki, bu kişini görürdülər. Sanki bir deyib peyda olmuşdu. Üzünə baxan kimi olduqca yaşlı olması açıq aydın nəzərə çarpan bu kişi Martinə baxaraq gedək sizə bir şey göstərim deyəndə Lili onun dediklərini tərcümə edərək get...

Yarımallah ilk hissə

Resim
İlk dəfə deyildi ki, Stiv Harldson doğum günün tək qeyd edirdi. Amma bu gözəl may səhəri Stivin 30 yaşının tamam olduğu gün sanki ölüm günü kimi bir şey idi. Yeddi ay öncə gənc arvadını və körpə qızını yol qəzasında itirən Stiv səhər 11-ə işləmiş sanki başına dəyən ağır zərbədən gözləri qaralan adamlar kimi yuxudan qalxıb əynini geyinməmiş soyuducuya yaxınlaşıb , qutunun dibində qalan yarım stəkanlıq meyvə şirəsin stəkana süzmədən başına çəkərək pəncərəyə yaxınlaşdı. Pəncərəni açıb çöldəki təmiz havanı içinə çəkmək əvəzinə siqaret yandırıb elə təzəcə çəkməyə başlamışdı ki birdən qapı zəngi çalındı. Çox güman ki poçtalyondur deyərək qapıya yaxınlaşıb açdı. Doğrudan da gələn poçtalyon idi. Axı ailəsini itirdikdən sonra onun qapısını kimsə açmırdı. Hamını acılayıb özündən ayrı salmışdı. Lüt olduğu üçün qapını azacıq aralayıb poçtalyondan zərfi alıb qapını bağladı. Arxeoloqlar birliyindən gəlmişdi bu zərf. Yenəəəə ? deyərək zərfi açmadan bir kənara tullayıb siqaretini evin içində çəkə-çək...