Nəsimi
Müdirimlə dava edib işdən qovulandan sonra demək olar ki həyat məğlubiyyətləri ard-arda gəlirdi. İşsiz olmaq qəribə bir şeydir. Hətta evdə doğma anan da qabağına yeməyi minnətlə qoyur. Dostların səndən qaçır ki, birdən görüşəndə siqaretlərin çox çəkərsən. Sevdiyin qadın isə... Eyni günlər davam edirdi. Çiskinli bir mart səhəri yuxudan oyanıb anamın iynəli sözlərin eşitməməkdən ötrü kostyumu geyinib, qalstuku bağlayıb iş axtarmaq adıyla bir başa Rasimin çayxanasına yollandım. Çox gözəl insandır Rasim. Bircə dəfə göz vursam bilir ki, pulum yoxdur. Heç adımı qara dəftərə də yazmayıb. Bu dəfə də elə oldu. Səhər olmasına rəğmən insanla dolu olan çayxanada televizorun önünəki boş masada oturub Rasim oradan müəllimə bir çay deyib , pultu əlimə alaraq maraqlı veriliş axtararkən bir də gördüm hansısa kanalda Nəsimi filmi gedir. Şəmsin əli qolu bağlı və Nəsimiya baxaraq “vəsf et məni şair” deyirdi, Nəsimi isə əvəzində “vəsf zamanı deyil Afət, səni bu hüsnü camalu bu kamal ilə g...