Kayıtlar

Ocak, 2019 tarihine ait yayınlar gösteriliyor

Sabunabad

Sabunabad... Dünyanın ən qədim, ən güclü və ən əəəən xalqı olan sabunabadlılara həsr edilir. Sabunabad , Qafqaz sıra dağlarının və Xəzər dənizinin ətrafında yerləşən gözəl bir ölkədir. Vaxtilə bu ölkənin ərazisi 410.000 kv.km-dan çox olub. Amma qonaqpərvər və qədim sabunabadlılar hər gələnə bir az verə-verə 86,6.000 kv.km-lik ərazidə məskunlaşıb ki, onun da 20.000 kv.km sahəsi onun tarixi ərazilərində yaradılan Hayastan tərəfindən işğal edilib. Bu iki dövlət arasında atəşkəs 25 il öncə imzalansa da hələ də hər gün bir sabunabadlının cəsədi gəlir evinə. Özü də maraqlı olan orasıdır ki, şəhid olanların hamısı kasib sabunabad əhalisidir. Bir nəfər də olsa varlı sabunabadlı şəhid olmur. Çünki onların balaları əsgər kimi , paytaxt Sabunoba və ona yaxın ərazilərdə xidmət edir. Bu sabunabadlıların dilində xalq şairlərindən birinin “Mənə bir varlı məmur sabun göstər, Balası şəhid olsun” –sözləri əzbər olsa da, öz aralarında, “mən niyə övladımı ön cəbhəyə yollayıram ki, qoy nazirlər...