Cəmiyyətimizin bu günü..
Millət olaraq qəribəyiq vallah. Iki il öncə sosial şəbəkələrdə kitab təbliğatı dalğa kimi başladı. Demək olar hamını bürümüşdü. Nə qədər gəncimiz başlamışdı kitabla şəkillər çəkdirib paylaşmağa. əsas o idiki, hətta oxumayan insanlar belə kitaba meyl edirdi. Amma bəzi ağzıgöyçəklər başladı ki, əşşi onlar özlərin reklam edirlər, kitabla gözə girirlər, qız tutmağa çalışır bu əxlaqsızlar. Nəticədə insanların kitaba olan sevgisini məhv etdilər. Ay şərəfsiz!!! Sənin kimilər maşınlarına Ələsgəəər ay ələsgər siqanlı qoyub , Üzeyirin mənasız mahnılarıyla qız, qadın dalınca düşəndə olar, amma , bir gənc kitabla bir qıza yaxınlaşa bilməz? Bax millət olaraq özümüz işıq gələn hər dəliyə barmaq edirik. And ola Zevsə ki, Sabirin, Cəlilin dövründəki həmin xalqıq. Heç dəyişməmişik. Dəyişən sadəcə geyimlərimiz və şəhərlərimizdir. Zehniyyət baxımından 100 il öncəki xalqıq. Haradan elm təhsil mədəniyyət qoxusu gəlirsə ora düşmən münasibətilə baxırıq. Bir gənc oğlan kitabxanaya gedir ona mamauşağı da...